Icma.az
close
up
RU
Müəllimlər xəstələnir, tədbirlər dəhlizdə keçirilir, hər yer nəmişlik: Sakinlər etiraz edir…

Müəllimlər xəstələnir, tədbirlər dəhlizdə keçirilir, hər yer nəmişlik: Sakinlər etiraz edir…

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Masallı Rayonu Boradihah qəsəbəsinin bir qrup sakini prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya və Elm və təhsil naziri Emin Əmrullayevə müdaciət ediblər.

Müraciətin səbəbi isə “Bu dəqiqə aşar, indi yıxılar” vəziyyətində olan, hər an uçmaq təhlükəsi ilə üzbəüz dayanan N.Gəncəvi adına 1 saylı orta məktəblə bağlıdır.

Sakinlər 50 yaşı olan məktəbdən savadlı kadrların çıxdığını bildirir və indi həmin məktəbin bu vəziyyətdə olmasını qəbul edə bilmirlər.

Gununsesi.info xəbər verir ki, sakinlər həm də 1974 cü ildə istifadəyə verilən məktəbin fəaliyyət göstərdiyi müddətdə xeyli istedadlı və savadlı şagirdlər yetişdirdiyini bildirir və bu gün onların sırasında müxtəlif sahələrdə çalışan xeyli sayda elmlər doktorları və alimlərin olduğunu vurğulayırlar.

Üstəlik, sözügedən məktəbdə vətənə sevgiylə tərbiyə edilən xeyli gəncin torpaqlarımızın mənfur düşmənlərdən azad olunmasında da böyük şücaət göstərdiyi bildirilir.

“Şəhid Qeysər Məmmədov, Zəfər Cavadov, İnqilab Nağıyev, Fərasət Paşayev, İbrahim Rükabzadə və xeyli sayda qazilərimiz bu məktəbin məzunları olublar.”,-deyə sakinlər əlavə edib.

Belə ki, müraciətdə məktəbin son illərdə qəzalı vəziyyətə düşdüyü və bundan dövlət qurumlarının da məlumatlı olduğu deyilir.

“2022 ci ildə Elm və Təhsil Nazirliyinin Tikinti idarəsi əsaslı təmir məqsədilə məktəbin dam örtüyünün bir hissəsini (akt zalı, idman zalı və bufet hissəsini) sökmüş, ertəsi gün isə söküntü dayandırılmışdır.”,-şikayətçilər tərəfindən bildirilib.

Sakinlər səbəbini bilməsələr də, idarə rəsmiləri məktəbi H.Əliyev Fondunun əsaslı təmir edəcəyini deyib.

Lakin elə o vaxtdan heç bir təmir işləri aparılmayıb.

“Binanın bir hissəsinin damı söküldüyündən məktəb yağış və qarın altında qalaraq, daha da qəzalı vəziyyətə düşüb. Hər an uçmaq təhlükəsi var. 2023 cü ildə Bakı Şəhərsalma idarəsinin əməkdaşları məktəbə baxış keçirib, binanın qəzalı vəziyyətdə olduğunu təsdiqləyiblər. Lakin yenə heç bir təmir işləri görməyiblər. Şagirdlər məktəbdə normal idman dərslərini keçə bilmirlər, akt zalının olmamasından tədbirlər dəhlizdə keçirilir.”- müraciətdə bildirilib.

O cümlədən şagirdlərin bufet xidmətindən istifadə edə bilmədiyi deyilir.

Üstəlik, deyilənə görə, istilik sistemi dağıldığından sinif otaqları odun peçi ilə qızdırılır. 270 şagirdi, 25 müəllimi, 17 texniki işçisi olan məktəbin otaqları həddən artıq soyuq olduğundan şagirdlər və müəllimlər tez-tez xəstələnir. Bu isə dərsə davamiyyətə çox ciddi təsir göstərir.

“Xahiş edirik, tezliklə məktəbin əsaslı təmiri üçün bizə köməklik göstərəsiniz”-sakinlər son olaraq bildiriblər.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 Noyabr 2024 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri