Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

“Media Savadlılığı”: Müəllimlər üçün seminarlar keçirilir

“Media Savadlılığı”: Müəllimlər üçün seminarlar keçirilir

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu il növbəti dəfə təşkili planlaşdırılan “Media Savadlılığı” Həftəsinə hazırlıq çərçivəsində ümumtəhsildə media savadlılığının əhatə olunması məqsədilə Medianın İnkişafı Agentliyi və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə müəllimlər üçün TOT seminarı keçilib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova bildirib ki, media savadlılığının artırılması, dezinformasiyaya qarşı mübarizənin gücləndirilməsi, müvafiq sahədə görülən işlərin effektivliyinin yüksəldilməsi, əhatə dairəsinin genişləndirilməsi məqsədilə 2022-ci ildən etibarən Agentlik tərəfindən davamlı və koordinasiyalı tədbirlər həyata keçirilir.

“Təhsildə media savadlılığı: beynəlxalq təcrübə və yerli tətbiq perspektivləri” mövzusunda çıxış edən Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdir müavini Nəriman Qəhrəmanlı və Azərbaycan Respublikası Təhsil İnstitutunun Dil fənlərinin proqramları şöbəsinin müdiri Turan Zəkəriyayeva qeyd edib ki, müasir dövrdə informasiya bolluğunun mövcudluğu bu məlumatları istehlak edən şəxslər üçün bir sıra ciddi risklər yaradır.
Yeniyetmələrin, məktəblilərin həssas auditoriya olduğu nəzərə alınaraq, onların doğru və yalan informasiyanı ayırd etmə bacarıqlarının inkişaf etdirilməsi, eləcə də məsuliyyətli və səriştəli media istehlakçısı və iştirakçısına çevrilməsi məqsədilə media savadlılığının artırılması xüsusi əhəmiyyət daşıyır.

Bakı Dövlət Universitetinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xatirə Hüseynova “Saxta məlumatların müəyyənləşdirilməsi üsulları, etibarlı mənbəni necə tapmalı?” mövzusunda çıxış edərək informasiya mühitində manipulyativ məzmunların aşkarlanması, mənbələrin etibarlılığının yoxlanılması və xəbərin dəqiqliyinin qiymətləndirilməsi ilə bağlı müzakirə aparıb.

Bakı Dövlət Universitetinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının dosenti Könül Niftəliyeva “Media savadlılığının tədrisi: metodika və effektiv yanaşmalar” mövzusunda təqdimatla çıxış edərək pedaqoji yanaşmaların modernləşdirilməsinin, şagirdlərin analitik düşünmə və məlumatları düzgün qiymətləndirmə bacarıqlarının inkişafına yönəlmiş dərs modellərinin tətbiqinin vacibliyini vurğulayıb.

“Mediada rəqəmsal izlər: istehsalçı və istehlakçı davranışı” mövzusunda təşkil olunan sessiyada isə “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev tərəfindən “rəqəmsal iz” anlayışının mahiyyəti, onun media savadlılığının əsas komponentlərindən biri kimi əhəmiyyətindən bəhs edilib.

Diqqətə çatdırılıb ki, bu gün media ekosistemində hər bir istifadəçi təkcə məlumat istehlakçısı deyil, eyni zamanda məlumat istehsalçısı kimi çıxış edir və bu özlüyündə rəqəmsal məsuliyyət anlayışını daha da ön plana çıxarır.

ABŞ, Çin və digər müxtəlif ölkələrdə fəaliyyət göstərmiş beynəlxalq kommunikasiya mütəxəssisi, 10 ildən artıq akademik və peşəkar təcrübəyə malik, hazırda ABŞ-nin Valparaiso Universitetində magistr proqramının direktoru və dosenti kimi fəaliyyət göstərən Tiffany J. Bell “Yanlış narrativlərin aşkarlanması və mediada mesajları anlama” mövzusunda çıxış edib.

O, dezinformasiya və manipulyativ məzmunların aşkarlanması, rəqəmsal mühitdə düzgün informasiya istehlakçısı olmağın yolları, həmçinin ictimai rəyin formalaşmasında media mesajlarının təsir mexanizmləri barədə danışıb.

Bakı Psixologiya Mərkəzinin uzman psixoloqu və psixoterapevti Nərmin Osmanlı isə sosial medianın yeniyetmə və gənclərə psixoloji təsirləri, media savadlılığının effektiv tədrisi ilə bağlı praktiki psixoloji metodlar barədə danışıb. 

O, rəqəmsal mühitdə düzgün davranış modelinin formalaşmasında psixoloji faktorların nəzərə alınmasının, informasiyanın təsirlərinə qarşı dayanıqlılığın artırılmasının və tədris prosesinə psixoloji yanaşmaların inteqrasiyasının əhəmiyyətini diqqətə çatdırıb.

Sonda seminar iştirakçılarına sertifikatlar təqdim olunub.

“Cebheinfo.az”
 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Noyabr 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see355

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see297

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see288

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see287

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see270

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see266

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see263

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see254

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see254

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see253

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see236

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see235

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see227

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see219

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see217

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see214

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see212

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see209

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see203

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri