Icma.az
close
up
RU
Direktor seçimi niyə dalana dirənib? Müəllimlər etiraz edir

Direktor seçimi niyə dalana dirənib? Müəllimlər etiraz edir

Tribuna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Təxminən bir il öncə nazirlik tərəfindən məktəb direktorlarının işə qəbulu ilə bağlı müsabiqə elan olunmuşdur. Nazirliyin açıqladığı qaydalara əsasən, müsabiqə üç mərhələdən ibarət idi:

Yazılı imtahan

Esse mərhələsi

Müsahibə

Mövcud qaydalara görə, müsabiqə prosesi maksimum 6 ay ərzində yekunlaşmalı idi. Lakin artıq 6 aydan uzun bir vaxt keçməsinə baxmayaraq, müsabiqənin yekun nəticələri hələ də açıqlanmayıb.

Müsabiqənin nəticəsi elan edilmədiyi halda, nazirlik tərəfindən 10 noyabr tarixinə qədər direktorların işə qəbulu üçün imtahansız müraciət pəncərəsi açıldığı barədə açıqlama verilib. Bu qərar imtahanın bütün mərhələlərini uğurla keçmiş yüzlərlə müəllim arasında ciddi narazılıq yaradıb. Digər yandan nazirliyin sanki özlərinə yaxın adamlar üçün imtahansız şərait yaratması barədə iddialar səslənir.

Direktorların işə qəbulu ilə bağlı bir il əvvəl elan edilən müsabiqənin nəticələri nə üçün hələ də açıqlanmayıb?

Müsabiqənin nəticələri açıqlanmamışkən, direktorların işə imtahansız qəbuluna dair yeni qərarın verilməsi hansı qanunvericilik bazasına əsaslanır?

Mövzu ilə bağlı Tribunainfo.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib:

“İlk növbədə qeyd edim ki, direktorların işə qəbulu prosesinin uzadılması idarəetmə mexanizmlərində institusional dəyişikliklərin sürətləndiyi bir mərhələdə baş verdiyi üçün bu gecikməni yalnız texniki problem kimi qiymətləndirmək mümkün deyil. Təhlil göstərir ki, əvvəlki illərdə tətbiq olunan direktor seçimi mexanizmi real liderlik keyfiyyətlərini yox, daha çox test bacarıqlarını ölçürdü və bu, məktəb rəhbərliyinin keyfiyyətinə istədiyimiz təsiri göstərmirdi. 2023–2024-cü illərdə direktorlarla bağlı 1100-dən çox şikayətin Elm və Təhsil Nazirliyinə daxil olması da bu modelin nə qədər səmərəsiz olduğunu nümayiş etdirirdi. Yeni modelə keçidin məhz buna görə zəruri idi.

Qanunvericilik aspektindən baxdıqda, “Təhsil haqqında” Qanunun 30.1-ci maddəsi təhsil müəssisələrinin idarə olunmasının rəqabət, şəffaflıq və peşəkarlıq prinsiplərinə əsaslanmasını tələb edir. Qanunun 32.2-ci maddəsi dövlət ümumi təhsil müəssisələrinin rəhbərlərinin işə qəbulunun xüsusi qaydalarla tənzimlənməsini nəzərdə tutur və bu qaydalar yazılı, esse və müsahibə mərhələlərinin məcburiliyini bəyan edirdi. Lakin əvvəlki qaydalar direktorların seçimini yalnız imtahan nəticələri üzərində qurduğu üçün real idarəetmə bacarıqlarını ölçmürdü. Dünya təcrübəsi də bunu təsdiqləyir: Finlandiyada direktor seçimi zamanı namizədin 5–7 illik pedaqoji və idarəetmə təcrübəsi əsas götürülür, Estoniyada namizəd məktəb inkişaf planı təqdim edir və ictimai müsahibədə iştirak edir, Sinqapurda isə direktorlar əvvəlcə “Leadership Track” proqramından keçərək 9 ay davam edən rəhbərlik təlimi alırlar. Yəni aparıcı təhsil sistemləri liderlik potensialını imtahanla deyil, kompetensiya əsaslı qiymətləndirmə ilə müəyyən edir. Köhnə qaydalar isə yalnız test balı ilə məhdudlaşdığı üçün ən yaxşı rəhbərlərin seçilməsini təmin etmirdi.

Elm və Təhsil Nazirliyinin son illərdə apardığı islahatlar bu çatışmazlıqları aradan qaldırmağa yönəlib və bu istiqamətdə nazirliyin yanaşması müsbət qiymətləndirilə bilər. Nazirlik 2020–2024-cü illər ərzində məktəb rəhbərlərinin menecment hazırlığı üçün 3500-dən çox müəllimi təlimlərə cəlb edib, bu isə əvvəlki dövrlə müqayisədə 4 dəfə çoxdur. Eyni zamanda məktəb şəbəkəsində ixtisaslı direktor defisiti 21%-dən 14%-ə düşüb ki, bu da idarəetmə keyfiyyətinin yüksəldilməsi istiqamətində ciddi irəliləyişdir. Direktorların attestasiyası ilə bağlı yeni hazırlanmış meyarlar məktəb idarəetməsində şəffaflığı artırır və beynəlxalq standartlara uyğun ölçmə mexanizmi yaradır.

Müsabiqənin nəticələrinin gecikməsi bu transformasiyanın məhz hüquqi və inzibati mərhələsində baş verməsi ilə bağlıdır. Qaydaların yenilənməsi, qiymətləndirmə meyarlarının dəyişdirilməsi, direktor vəzifələrinin təsnifatının yenidən hazırlanması, məktəblərin idarəetmə modeli üzrə struktur dəyişikliyi nəticələrin təsdiqini yubatmış ola bilər. Bu dəyişikliklər “Normativ hüquqi aktlar haqqında” Qanunun 28-ci maddəsinə görə məcburi hüquqi ekspertiza tələb etdiyindən proses zaman alır. Yəni gecikmə əvvəlki sistemin yaratdığı uyğunsuzluqların aradan qaldırılması üçün aparılan mexanizm yeniləmələrinin nəticəsidir.

Yeni qərarla açılmış imtahansız müraciət pəncərəsi isə yalnız keçid dövrü üçün tətbiq edilən, əsasən direktor vəzifələrinin vakant qaldığı məktəblərdə idarəetmənin dayanmasının qarşısını almağa yönəlmiş texniki həll kimi qiymətləndirilə bilər. “Təhsil haqqında” Qanunun 30.4-cü maddəsi nazirliyə idarəetmədə fasilə yaranmasın deyə müvəqqəti mexanizmlər tətbiq etmək səlahiyyəti verir və bu pəncərə daha çox həmin səlahiyyətin tətbiqinə uyğundur. Bu, daimi sistem deyil, keçid mərhələsini tənzimləyən mexanizmdir. Müsbət tərəfi odur ki, uzun müddətdir vakant qalan məktəblərdə idarəetmə boşluğu yaranmır. Mənfi tərəfi budur ki, ilkin baxışda müsabiqə iştirakçıları arasında narazılıq yaradır və bunun aradan qaldırılması üçün nazirlikdən izah və şəffaf mexanizm tələb olunur.

Bundan sonra dəyişəcək əsas məqam direktor seçiminin yalnız imtahanla deyil, liderlik keyfiyyətlərinin, məktəb vizyonunun, kommunikasiya bacarıqlarının və idarəetmə təcrübəsinin qiymətləndirilməsi ilə həyata keçirilməsi olacaq. Dünya təcrübəsində direktorlar məktəbin təhsil nəticələrinə 25–40% təsir edən əsas fiqur kimi qəbul edilir. Estoniyada məktəb rəhbərinin professional inkişaf proqramlarının nəticəsi olaraq PISA göstəricilərində 2012–2022 dövründə 24 ballıq artım qeydə alınıb. Azərbaycanın yeni modeli də məktəblərdə liderlik potensialını yüksəltməklə oxşar hədəflərə yönəlib və bu istiqamətdə Elm və Təhsil Nazirliyinin addımları müsbət qiymətləndirilə bilər.

Hesab edirəm ki, dəyişməli olan əsas prinsip direktor seçiminin şəffaflığının artırılması, nəticələrin vaxtında açıqlanması, müsabiqə və imtahansız pəncərə mexanizmlərinin hüquqi əsaslarının daha aydın göstərilməsi və idarəetmənin kompetensiya əsaslı modelə tam keçidi olacaq. Bu mexanizmlər düzgün qurulduqda Azərbaycanın məktəb idarəetmə keyfiyyəti 3–5 il ərzində nəzərəçarpacaq dərəcədə yüksələ bilər. Yeni yanaşma köhnə qaydaların çatışmazlıqlarını aradan qaldırır və yaxşı direktor seçilməsinə daha real imkan yaradır”.

Dəniz Pənahova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 20 Noyabr 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see402

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see392

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see345

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see327

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see310

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see254

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see250

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see248

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see227

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see221

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see220

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see213

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see208

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see206

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see203

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see202

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri