Icma.az
close
up
RU
Zəfərdən sonra güclü ordu niyə lazımdır?

Zəfərdən sonra güclü ordu niyə lazımdır?

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Güclü ordu xarici siyasət amili kimi 

Prezident İlham Əliyev 2024-cü ilin fevral ayında təşkil olunan Andiçmə mərasimində bəyan etmişdi ki, “güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir”. Bu fikirlərin inkişafına biz Prezident İlham Əliyevin 2026-cı ilin oktyabr ayında keçirilmiş YAP-ın VIII Qurultayında hərbi güclə bağlı ifadə etdiyi əhəmiyyətli tezislərində rast gəlirik. 

Azərbaycan lideri həmin nitqində ifadə etmişdir: “İlk növbədə, əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır. Sual oluna bilər, biz şanlı Zəfər qazanmışıq, Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olub. Bu gün Azərbaycanla Ermənistan arasında münaqişə yoxdur, müharibə yoxdur, sərhədlərdə sakitçilikdir. Sülh müqaviləsi paraflanıb, artıq təmaslar da var. Hətta Azərbaycan Ermənistanla ticarətə də başlamışdır. Bu nə üçün lazımdır? Buna cavab, məncə, çox açıq-aydındır. Bu, həmişə lazımdır, hər bir ölkə üçün. Çünki bizim xalqımız bu faciə ilə üzləşib. Bizim xalqımız ermənilərin nankorluğu ilə üzləşib. Yəni onların şirin sözlərini, sağlığımıza qaldırılan badələri, Azərbaycan dilində sərbəst danışmalarını, hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır”.

Bu fikirlərdən aydın görünür ki, Azərbaycanın xarici siyasətində güclü ordu və bütövlükdə hərbi potensial faktoru konseptual səviyyədə prinsipial yer tutur. Bunun müstəqil dövlət üçün vacib olduğu hər kəsə məlumdur. Ancaq həm də bizim dövlət başçımızın da haqlı olaraq vurğuladığı bir “acı siyasi təcrübəmiz” də vardır. O da qonşularımızdan birinin nankor olması ilə bağlıdır. 

Əlbəttə, xalq və dövlət olaraq bu gerçəkliyə göz yuma bilmərik. O cümlədən, ölkə rəhbərinin xarici siyasətdə bu faktı diqqətə aldığı çox doğrudur. Həmin baxımdan dövlət başçısının YAP-ın VIII Qurultayında ifadə etdiyi aşağıdakı fikirlər güclü orduya malik olmaq baxımından tarixi-siyasi kontekstdə olduqca ciddi əsaslandırmadır. 

Azərbaycan Prezidenti nitqində ifadə etmişdir: “Amma nəticədə nə oldu? Gördülər ki, biz bir az laxlayırıq, gördülər ki, büdrəmişik, arxadan bıçaq vurdular. Yəni birinci dəfə deyil onların tarixində. Eynisini bir əsr ondan əvvəl başqa yerdə də törətmişdilər. Ona görə biz bunu heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq və hər zaman, hər gün onlardan 10 qat güclü olmalıyıq. Necə ki, bu gün belədir, sabah da belə olacaq. Ona görə bu, birinci amildir”.

Deməli, güclü ordu məsələsində Azərbaycanın siyasi təcrübəsinin iki komponenti unudulmamalıdır. 

Birincisi, dövlətin müstəqilliyini və suverenliyini tam təmin etmək üçün güclü ordu tarixin hər mərhələsində zəruridir. Ən yüksək sülh mühitinin olduğu dönəmdə də dövlət güclü orduya malik olmalıdır!

İkincisi, tarixi təcrübə göstərir ki, erməni kimi qonşusu olan müsəlman dövləti daim güclü ordu quruculuğuna xüsusi diqqət yetirməlidir. 

Bütün bunların fonunda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında ifadə etdiyi aşağıdakı ümumi tezis müstəqil dövlətçiliyimiz kontekstində arxivacib prinsip kimi qəbul edilir. Dövlət başçısı demişdir: “Təbii ki, illər keçdikcə taktiki və hətta strateji məqsədlər də müəyyən dərəcədə dəyişir, amma ana xətt dəyişməz olaraq qalır. Müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və öz imkanlarımızdan maksimum istifadə etmə imkanları. Yəni yığcam formada bunu təsvir etmək üçün dediyim amillər, məncə, kifayətdir”.

Beləliklə, Azərbaycanın xarici siyasətində prinsipial şəkildə müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik güclü hərbi potensialla vəhdətdə nəzərə alınır. Bunun anlamlarından biri Zəfər kimi möhtəşəm qələbədən sonra daha güclü ordu quruculuğu və bütövlükdə hərbi potensialın dinamik inkişafı kimi məsələlər ilə əlaqəlidir. Həmin bağlılıqda bir mühüm faktora da baxmaq faydalıdır. 

Xalq-ordu birliyi

Prezident İlham Əliyev nitqində xüsusi vurğuladığı güclü iqtisadiyyatın güclü ordu yaratmağa şərait yaratdığı və öz növbəsində bununla güclü ordunun dövlətin müstəqilliyinin və suverenliyinin əsas təminatlarından biri funksiyasını layiqincə yerinə yetirdiyi məqamı bütövlükdə xalq-ordu birliyi məsələsinin əhəmiyyətini dərk etməyə imkan verir. Yəni Azərbaycanın təhlükəsizliyi, müstəqilliyi və suverenliyinin qorunmasında güclü ordunun monolit xalq birliyi ilə harmoniyası da mühüm şərtdir.

Bununla Azərbaycan etibarlı müdafiə imkanlarını daimi reallaşdırmaq şansı əldə edir. O cümlədən, Azərbaycanın öz hərbi potensialını daim inkişaf etdirməsi, müasir silah və texnologiyalarla təchiz olunması həyata keçir ki, bu da ordunun döyüş qabiliyyətini yüksək səviyyədə saxlamağın mühüm şərtləridir. 

Azərbaycan bu təcrübəni artıq toplamışdır. Bu, Vətən müharibəsində güclü ordu, xalq-ordu birliyi və ardıcıl dövlət siyasətinin qarşılıqlı əlaqədə ərazi bütövlüyünün bərpasında həlledici rol oynamasında təsdiqini tapmışdır. Burada vacib məqam ondan ibarətdir ki, ordu quruculuğu hücum və təhdid vasitəsi kimi həyata keçirilmir. O,  Azərbaycanın sülhünü, təhlükəsizliyini və milli maraqlarını qoruyan əsas güclərdən biri kimi aparılır. Çünki Azərbaycan sülhsevər dövlət olaraq “yumşaq güc” və “ağıllı güc”dən də geniş istifadə edir. 

Nailiyyətlər və sülhün təmini

Yuxarıda vurğulanan xüsusiyyətlər göstərir ki, bütövlükdə Zəfərdən sonra güclü ordu ölkənin əldə etdiyi nailiyyətləri qorumaq və sülhü təmin etmək işində çox əhəmiyyətli rol oynayır. Çünki qələbə əldə etmək qədər onu qorumaq da böyük məsuliyyət tələb edir. Burada nailiyətlərlə məsuliyyətin sülhü təmin etməkdə bir-biri ilə uzlaşması ehtiyacı özünü göstərir. 

Vurğuladığımız müddəaları güclü orduya ehtiyac kontekstində aşağıdakı kimi ümumiləşdirə bilərik:

ölkənin ərazi bütövlüyünü və sərhədlərini qorumaq üçün;

mümkün hərbi, fiziki, informasiya təxribatlarının və yeni münaqişələrin qarşısını almaq üçün;

xalqın və dövlətin suverenliyini və ayrıca, dövlətin müstəqilliyini möhkəmləndirmək üçün;

milli və regional miqyasda sülhü təmin etməkdə diplomatik təşəbbüslərə geniş imkanlar yaratmaq kontekstində ölkənin mövqeyini gücləndirmək üçün;

yeni təhdidlər və risklər kimi qəbul edilən hibrid müharibələrə, kiberhücumlara, xüsusi olaraq informasiya müharibəsinə və müxtəlif növ texnoloji risklərə qarşı hazırlıqlı olma üçün, 
güclü orduya böyük ehtiyac yaranmışdır! 

Konseptual miqyasda bu həm də o deməkdir ki, Azərbaycana güclü ordu müharibə paradiqmasına üstünlük vermək üçün lazım deyil – dövlətimizin zərrə qədər də aqressiv məqsədləri yoxdur! Əksinə, rəsmi Bakı əvvəlcədən yeritdiyi sülh və əməkdaşlıq paradiqmasına tam sadiqdir və müdafiə qabiliyyətini həmişə  yüksək saxlayır ki,  özünə qarşı təcavüzə bir daha imkan verməsin! 

Bununla Azərbaycan müstəqil dövlət olaraq sülhün qorunmasına xidməti milli miqyasdan regional və regionlararası masştaba proyeksiya etmiş olur. O halda Zəfərdən sonra güclü orduya sahib olmağın fəlsəfəsində davamlı sülhün və təhlükəsiz gələcəyin təminatı istiqamətlərinin aparıcı yer tutduğu xüsusi aktuallıq kəsb edir.

Buradan çıxarıla biləcək vacib siyasi nəticələrdən biri Zəfərin bir mərhələdə  müharibənin sonu olması, lakin elə bu statusda da sülhün qorunması aspektində yeni mərhələnin başlanğıcı olması ilə əlaqəlidir. 

Son iki tezisdən daha ümumi xarakterli qənaətlər əldə etmək olar. Onlar aşağıdakılardır.

Təxriabtlara və yeni münaqişələrə sipər

İstənilən dövlət sülhə nail olmaq və həm də onu qorumaq üçün güclü müdafiə qabiliyyətinə malik olmalıdır. Bu halda dövlət həm özünün daxilində, həm də təhlükəsizliyinə məsul olduğu regionda ehtimali təxribatların və mümkün münaqişələrin qarşısını ala bilir. Azərbaycan üçün bu xüsusiyyətin ayrıca əhəmiyyəti və mənası vardır. 

Birincisi, Azərbaycan Zəfəri güclü ordu sayəsində əldə etmişdir. Bu səviyyəni dəyişən geosiyasi-hərbi situasiyada daim yüksəltmək zərurəti mövcuddur. 

İkincisi, Azərbaycan əsrlərdir davam edən qeyri-konstruktiv geosiyasi xətti tamamilə sındırmış və əməkdaşlığa, təhlükəsizliyə, sülhə xidmət edə biləcək geosiyasi trendin əsasını qoymuşdur.

Üçüncüsü, Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi regional təhlükəsizlik və əməkdaşlıq arxitekturasının yaradılmasında aparıcı funksiyasını təmin etməlidir.

Dördüncüsü, Azərbaycan Türk Dünyasının inteqrasiyası prosesinin reallaşması kontekstində TDT miqyasında hərbi potensialın artması, təhlükəsizliyin və əməkdaşlığın təmini üçün aparıcı rolunu yerinə yetirməlidir. 

Güclü ordu bu prosesdə şübhəsiz, əsas rol oynayır! Bununla yanaşı, güclü ordu iki başqa mühüm məsələlərdə çox ciddi funksiya yerinə yetirməlidir. 

Qələbənin nəticələri və suverenliyin təmini

Yuxarıda vurğuladığımız dörd faktorun konseptual mahiyyəti milli, regional və regionlararası miqyaslarda ordunun müxtəlif vəzifələrin öhdəsindən gəlməsi qüdrəti ilə bağlıdır. Bunun fonunda Azərbaycanın hərbi potensialı ümumi səviyyədə həmin dörd faktorun bir-biri ilə ahəngdarlığını təmin etməlidir. Bu, faktiki olaraq milli, regional və regionlararası miqyaslarda Zəfərin nəticələrini qorumaq vəzifəsi ilə suverenliyin təmini missiyasını vahid məntiqi-semantik sahədə sintez etməyi və ona praktiki feili məzmun verməyi tələb edir. Bir tərəfdən, ərazi, sərhədlər və siyasi nailiyyətlər qorunmalı, digər tərəfdən isə  müstəqil dövlət öz təhlükəsizliyini başqalarına həvalə etməməli və güclü ordu hakimiyyətin qərarlarını tam müstəqil qəbul etməsinə imkan yaratmalıdır.

Yeni təhlükələr şəraitində sülh danışıqları

Mütəxəssislər yekdilliklə vurğulayırlar ki, XXI əsrin özünəxas yeni çağırışları vardır. Onlar bütün dövlətlərin daxili və xarici siyasətinə təsir edirlər. Buradan bir neçə vacib məsələlərin həlli zərurəti yaranır. Onların sırasında yeni təhlükələr, risklər və təhdidlər şəraitində səmərəli və nəticəverici sülh danışıqlarının aparılması xüsusi yer tutur. 

Məsələ həm də onunla bağlıdır ki, müasir dövrdə təhlükələr yalnız ənənəvi müharibə ilə məhdudlaşmır. Burada kibertəhdidlər, pilotsuz uçuş aparatları, informasiya müharibəsi və sərhəd təxribatları da ciddi risklər olaraq qəbul edilir. Bu şərtlər daxilində sülh danışıqlarında mövqeyi gücləndirmək üçün xüsusi yanaşmalar hazırlamaq lazım gəlir. Onların sırasında diplomatiyanın səmərəli və daha təsirli olması ayrıca yer tutur. Çünki uğurlu diplomatiyanın arxasında etibarlı müdafiə gücü dayanmalıdır. Bu anlamda güclü ordu müharibə arzulamaq deyil, onun qarşısını almaq faktorudur.

Nəhayət, güclü ordu kontekstində iki mühüm məqamı da vurğulamaq gərəkdir. Onlardan biri ordunun peşəkar şəxsi heyətə, müasir texnologiyalara, yaxşı təlimə, güclü müdafiə sənayesinə və yüksək mənəvi ruha malik olması ilə bağlıdır. Digəri isə yeni səviyyədə ordu quruculuğunda əsas prioritetləri düzgün müəyyən etməkdir. 

Hər iki aspekt hazırda Azərbaycan üçün çox önəmlidir. Dövlət başçısı vurğulanan zəruri şərtlər daxilində Azərbaycan ordusunun dinmaik olaraq daha da güclənməsi, milli və regional miqyaslarda sülhü, əməkdaşlığı və təhlükəsizliyi təmin etmək üçün Silahlı Qüvvələrin istənilən ssenarilərə hazır olması üçün lazım olan bütün addımları atır! Bu, dünya miqyasında etiraf olunan faktdır!

Füzuli Məhəmmədoğıu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Noyabr 2026 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see313

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see301

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see297

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see293

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see293

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see289

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see280

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see277

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see272

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see271

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see249

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see246

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see242

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see240

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see240

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see235

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see229

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see228

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see226

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see224
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri