Icma.az
close
up
RU
MDU nun 100 ə yaxın əməkdaşı mükafatlandırılıb “Scopus”da son 1 ilin təhlili

MDU nun 100 ə yaxın əməkdaşı mükafatlandırılıb “Scopus”da son 1 ilin təhlili

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Mingəçevir Dövlət Universitetində aparılan yenilənmə yalnız təmir-bərpa işləri ilə məhdudlaşmır. Son bir il ərzində universitet əməkdaşları 100-ə yaxın elmi və akademik nəticə əldə edib, bu nəticələrə töhfə verən 100-ə yaxın əməkdaş mükafatlandırılıb. Son bir ayda isə universitet alimlərinin 40 məqaləsi “Scopus” beynəlxalq elmi bazasında indekslənib.
Elmi nəticələr mükafatlandırılır, əmək layiqincə qiymətləndirilir
Son bir il ərzində MDU əməkdaşları dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar, beynəlxalq nüfuzlu elmi jurnallarda indekslənən məqalələr və digər elmi-tədqiqat məhsulları üzrə ümumilikdə 100-ə yaxın uğurlu nəticə əldə ediblər. Bu nailiyyətlərə töhfə verən 100-ə yaxın əməkdaş mükafatlandırılıb.
Əməkdaşların elmi və pedaqoji fəaliyyətinin qiymətləndirilməsi, peşəkar inkişafının dəstəklənməsi və motivasiyasının artırılması məqsədilə universitetdə diferensial əməkhaqqı sistemi tətbiq olunur. Dekabr 2026-cı ildə elmi, tədris və digər akademik fəaliyyət göstəricilərinə əsasən 30 əməkdaşın əməkhaqqı artırılacaq:

Prosesin şəffaf, obyektiv və nəticəyönümlü təşkili üçün universitetdə ASİS (Akademik Stimullaşdırma və İnkişaf Sistemi) platformasının təqdimatı keçirilib. Əməkdaşlara elmi və akademik nəticələrini sistemə yerləşdirmək, göstəricilərini təqdim etmək və qiymətləndirmə prosesində iştirak etmək imkanları barədə məlumat verilib.
Son beş ildə “Scopus”da dinamik artım
Son beş il ərzində universitetin “Scopus” beynəlxalq elmi bazasında indekslənən məqalələrinin sayında əhəmiyyətli artım müşahidə olunur. 2026-cı ilin noyabr ayınadək əldə olunan nəticə 2025-ci ilin göstəricisi ilə müqayisədə təxminən 3 dəfə çoxdur.
Bu nəticələr universitetin elmi inkişafda həm keyfiyyət, həm də kəmiyyət baxmından yeni mərhələyə keçdiyini göstərir. Artım elmi-tədqiqat fəaliyyətinə verilən strateji önəmin, akademik heyətin fəallığının, beynəlxalq elmi əməkdaşlığın genişlənməsinin və tədqiqat mədəniyyətinin inkişafının bəhrəsidir.
“Scopus Elsevier” tərəfindən idarə olunan nüfuzlu elmi-metrik bazadır. Jurnallar bu bazaya beynəlxalq ekspertlərdən ibarət Məzmun Seçimi və Məsləhət Şurasının (CSAB) qiymətləndirməsindən sonra daxil edilir. Bu qiymətləndirmədə elmi keyfiyyət, nəşr etikası, redaksiya siyasəti və resenziya prosesi nəzərə alınır. Bu səbəbdən “Scopus”da indekslənən nəşrlər universitetin beynəlxalq elmi görünürlüyünün əsas göstəricilərindən biridir.
Bir ayda 40 “Scopus” nəşri
Son bir ay ərzində MDU əməkdaşlarının 40 elmi məqaləsi “Scopus” elmi-metrik bazasında indekslənib. Onlardan 8-i ən yüksək kateqoriya olan Q1 kvartil jurnallarında dərc olunub.

Q1 və Q2 kvartil jurnallarındakı nəşrləri ilə fərqlənən əməkdaşlar:

Qeyd edək ki, bu təşəbbüslər universitetdə sağlam akademik rəqabət mühitinin formalaşmasına, yüksək nəticə göstərən əməkdaşların əməyinin layiqincə qiymətləndirilməsinə və elmi-tədqiqat fəaliyyətinin güclənməsinə xidmət edir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 16 Noyabr 2026 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see311

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see308

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see306

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see305

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see296

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see291

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see287

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see287

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see262

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see258

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see254

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see251

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see251

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see249

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see240

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see238

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see237

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see236

Hesablama Palatasından inflyasiya ilə bağlı proqnoz: Bahalaşma davam edəcək

14 Noyabr 2026 13:59see207

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri