Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...

Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi təhsil sistemində və cəmiyyətdə geniş müzakirə olunan mühüm mözulardandır. Bir çox beynəlxalq təcrübələrdə bu addım müəllim peşəsinin nüfuzunu artırmaq, sosial təminatları gücləndirmək məqsədi daşıyır. Belə bir mexanizmin ölkəmizdə də reallaşması müəllimlik peşəsinin statusuna necə təsir edərdi?
Təhsil eksperti Elçin Əfəndi bu mövzuda Modern.az-a danışıb.

"Azərbaycanda da belə bir status verilərsə, müəllimlər dövlət qulluqçuları üçün nəzərdə tutulan bir sıra güzəşt və imtiyazlardan faydalana bilər. Məsələn, güzəştli mənzillər almaq üçün imkanlar yarana bilər.

Bundan əlavə, dövlət qulluqçusu statusu aldıqdan sonra, müəllimlər müvafiq olaraq vahid iş rejiminə keçid etməlidirlər. Yəni onlar konkret olaraq müəyyən iş saatlarını təhsil müəssisəsində keçirməlidirlər. Bu da müəllimlərin konkret və stabil iş yeri anlamı daşıyır".
Ekspertin sözlərinə görə bu status əmək pensiyasına da təsir edər. 

"Müəllimlər dövlət qulluqçusu statusu alarlarsa, onların ümumi stajları, pedaqoji stajları müvafiq olaraq əmək pensiyasına erkən çıxmalarına imkan yarada bilər. Ölkəmizlə bağlı misal göstərə bilərəm ki, sertifikasiyada müsabiqədən kəsilənlər oldu. Və stajları az olduğuna görə, əmək pensiyasına daha erkən çıxa bilmədilər. Halbuki, dövlət qulluqçusu olduğu zaman onların pedaqoji stajı nəzərə alınmaqla daha erkən əmək pensiyasına çıxmalarına imkan yarana bilər. Yəni bu status bir çox müsbət dəyişikliklər gətirə bilər".

Dünyada bir sıra ölkələr var ki, müəllimlər rəsmi imtahanlardan keçərək işə qəbul olunurlar və birbaşa dövlət aparatının işçisi sayılırlar. Bu ölkələrə Fransa, Almaniya, Türkiyə, İspaniya, İtaliya, Yunanıstan, Portuqaliya və Yaponiya aiddir. Bu ölkələrdə həmin status onlara yüksək maaş, vergi güzəştləri və stabil  iş təminatı verir.

Formal olaraq bu statusa sahib olmayan, ancaq eyni təminat və güzəştlərə sahib ölkələr də var. Bu ölkələrə isə Cənubi Koreya, Finlandiya və Estoniya daxildir. Həmin ölkələrdə müəllimlər "klassik dövlət qulluqçusu" olmasalar da, dövlət qulluqçularının malik olduğu bütün sosial, maddi və hüquqi təminatlara bərabər imtiyazlardan tam yararlanırlar.

Böyük Britaniya, İsveç, Danimarka, Norveç və Niderland kimi ölkələrdə isə müəllimlər dövlət qulluqçusu sayılmırlar. Onlar dövlət sektorunda və ya yerli bələdiyyələrdə əmək müqaviləsi əsasında çalışan işçilərdir.

Lamiyə Cənnətzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Sentyabr 2026 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see633

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see372

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see285

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see268

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see258

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see253

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see252

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see245

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see245

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see237

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see220

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see210

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see210

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see205

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see204

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see203

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see201

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri