Icma.az
close
up
RU
Stiven Bay: Həm turistlər, həm də işgüzar şəxslər yüksək keyfiyyətli interneti əsas xidmət kimi qəbul edirlər

Stiven Bay: Həm turistlər, həm də işgüzar şəxslər yüksək keyfiyyətli interneti əsas xidmət kimi qəbul edirlər

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 27 yanvar, AZƏRTAC

Gələcəkdə turizm və beynəlxalq tədbirlərin uğurla təşkili üçün otellərdə stabil və yüksək sürətli internet bağlantısının təmin olunması həlledici əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı “Ookla” şirkətinin baş icraçı direktoru (CEO) Stiven Bay Azərbaycanın region üzrə “Wi-Fi” performansına dair aparılan genişmiqyaslı təhlillərə münasibət bildirərkən deyib.

Stiven Bay əvvəlcə Azərbaycan hökumətini, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyini (İKTA) və sənaye nümayəndələrini ölkədə fiber-optik infrastrukturun sürətli inkişafı münasibətilə təbrik edib.

“Fiber bağlantı çox güclüdür və sürətlər yüksəkdir. Lakin istifadəçilərin real təcrübəsi çox vaxt otellər daxilindəki “Wi-Fi” şəbəkəsinin imkanları ilə məhdudlaşır. Bu sahədə təkmilləşdirmələr aparmaq üçün ciddi potensial mövcuddur. Aparılan sorğular və monitorinqlər göstərir ki, bəzi otellərdə “Wi-Fi” performansı yüksək səviyyədə olsa da, digərlərində infrastrukturun modernləşdirilməsinə ehtiyac var. Bu boşluqların aradan qaldırılması turist məmnunluğunu artırmaqla yanaşı, ölkəyə gələn turist axınının və ümumilikdə ÜDM-in artımına töhfə verə bilər”, - deyə baş icraçı direktor vurğulayıb.

Stiven Bay, həmçinin “Speedtest Certified” proqramının milli səviyyədə tətbiqinin iqtisadi və rəqabət üstünlüklərindən danışıb. O qeyd edib ki, “Speedtest” brendi həm turistlər, həm də biznes səyahətçiləri üçün etibarlı göstərici hesab olunur: “Bir hotel və ya məkan “Speedtest Certified” statusu aldıqda, bu, istifadəçilərə təqdim olunan xidmətin keyfiyyətinə dair açıq mesajdır. Beynəlxalq tədbirlərin keçirilməsi və ya istirahət üçün məkan seçimi zamanı bu sertifikat performansla bağlı gözləntiləri formalaşdırır və etimad yaradır. Müasir dövrdə həm turistlər, həm də işgüzar səfərdə olan şəxslər yüksək keyfiyyətli interneti əsas xidmət kimi qəbul edir və “Speedtest” sertifikatı bu gözləntilərin real şəkildə qarşılandığını təsdiqləyir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Yanvar 2026 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see282

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see262

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see224

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see209

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see191

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see182

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see178

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see172

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see167

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see165

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see164

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see157

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see150

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see150

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see141

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see137

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri