Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Sertifkasiyadan kəsilən müəllimləri nə GÖZLƏYİR...

Sertifkasiyadan kəsilən müəllimləri nə GÖZLƏYİR...

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Azərbaycan təhsil sistemində son illər həyata keçirilən əsas islahatlardan biri olan müəllimlərin sertifikasiya prosesi pedaqoji heyətin bilik və bacarıqlarının qiymətləndirilməsi, keyfiyyətli kadr seçiminin təşkili və müəllim peşəsinin prestijinin artırılması məqsədi daşıyır. Lakin bu mexanizmin tətbiqi fonunda qeyri-məqbul nəticə göstərən müəllimlərin aqibəti, onlara yönələn dəstək proqramları, regional fərqliliklər və qiymətləndirmənin obyektivliyi ciddi müzakirə predmetinə çevrilib. 

Mövzu ilə bağlı təhsil məsələləri üzrə ekspert Kamran Əsədov Modern.az-a açıqlamasında bildirib ki, sertifikasiyanın məqsədi yalnız süzgəcdən keçirmək deyil, həm də inkişaf potensialı yaratmaq olmalıdır. Onun sözlərinə görə, əks halda bu prosesin sosial və psixoloji nəticələri təhsil sistemində neqativ təsirlər doğura bilər.

“Hazırkı hüquqi baza - yəni Nazirlər Kabinetinin 2021-ci il 30 dekabr tarixli, 519 nömrəli qərarı ilə təsdiqlənmiş “Ümumtəhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması Qaydaları” — aydın şəkildə göstərir ki, müəllimlər 60 ballıq test mərhələsində ən azı 30 bal toplamalıdırlar. Qanunun 4.2-ci bəndinə əsasən, 30 baldan aşağı nəticə göstərən müəllimlərin əmək müqaviləsi bir illik müddətə uzadılır və bu müddət ərzində onlar təlimlərə cəlb olunurlar. Əgər bir il sonra keçirilən növbəti sertifikasiya mərhələsində də müəllim yenidən qeyri-məqbul nəticə göstərərsə, əmək müqaviləsinə xitam verilir. Bu müddəa, formal olaraq, şəffaf və obyektiv qiymətləndirmə məqsədi güdür, lakin onun icrası müəllimlərin sosial müdafiəsi və psixoloji hazırlığı kontekstində mübahisəli məqamlar doğurur”.

Statistik məlumatlara əsasən, 2023-cü ildə sertifikasiyada iştirak edən müəllimlərin təxminən 34%-i 30 bal həddini keçə bilməyib. Bu rəqəm, ilk baxışdan uğursuzluq kimi görünə bilər, lakin burada nəzərə alınmalı bir neçə amil var. 

“Əvvəla, həmin müəllimlərin bir çoxu yaşlı nəsil təmsilçiləridir və texnologiya əsaslı test modellərinə adaptasiya qabiliyyəti zəifdir. İkincisi, bu müəllimlərin çalışdıqları məktəblər — xüsusilə dağ kəndləri və infrastruktur zəif olan rayonlar — pedaqoji və metodik resurslarla lazımi səviyyədə təmin olunmayıb. Təhsil Nazirliyi bu kimi regionlarda fəaliyyət göstərən müəllimlərin hazırlıq səviyyəsinin yüksəldilməsi üçün 2022-ci ildən başlayaraq təlim proqramları elan etsə də, həmin proqramların əhatəliliyi və keyfiyyəti hələ də ciddi suallar doğurur. Məsələn, 2023-cü ildə keçirilmiş təlimlərdə iştirak etmiş müəllimlərin yalnız 48%-i təlimlərin praktiki bacarıqlarına real təsir etdiyini qeyd edib”.

K.Əsədov qeyd edib ki, rayonlarda — xüsusilə Lerik, Yardımlı, Qax, Balakən kimi bölgələrdə — sertifikasiya nəticələri Bakı və Sumqayıtla müqayisədə xeyli aşağı olub. Bu isə müəllimin keyfiyyəti ilə yanaşı, regionlar üzrə təhsil imkanlarında struktur bərabərsizliyin mövcudluğunu göstərir:

“Təəssüf ki, hazırda bu rayonlar üzrə diferensial dəstək proqramları tam şəkildə işlək deyil. Həmin bölgələrdə müəllimlər üçün təlim mərkəzlərinin yaradılması, distant təlimlərin daha effektiv texniki bazada keçirilməsi və metodistlərin yerlərdə işə cəlb edilməsi hələ də pilot səviyyəsindədir”.

Təhsil eksperti bildirib ki, dünya praktikasında sertifikasiya modeli daha çevik və inklüziv şəkildə tətbiq olunur. 

“Finlandiyada müəllimlərin sertifikasiyası test əsaslı deyil, fəaliyyətə əsaslanan model üzərində qurulub. Burada portfoliolar, sinif müşahidələri, pedaqoji layihələr və şagirdlərə fərdi yanaşma kimi amillər müəllimin qiymətləndirilməsində əsas rol oynayır. Estoniyada isə sertifikasiya prosesi formativ və summativ qiymətləndirmənin kombinasiyasına əsaslanır. Ən mühüm fərq ondan ibarətdir ki, bu ölkələrdə sertifikasiya müəllimi sıralardan çıxarmaq üçün yox, inkişaf yolu göstərmək üçün istifadə olunur. Azərbaycanda isə qeyri-məqbul nəticə göstərən müəllimlərə dəstək imkanları məhdud olduğundan bu proses daha çox təzyiq alətinə çevrilir”.

O həmçinin qeyd edib ki, müsbət tərəf ondan ibarətdir ki, sertifikasiya prosesi pedaqoji heyətin keyfiyyətinə sistemli yanaşmanı təmin edir, həm təlimat, həm texniki baza, həm də diaqnostik qiymətləndirmə səviyyəsində rasionallıq yaradır:

“Müəllimlərin maaş artımı ilə əlaqələndirilməsi də bu prosesi motivasiya vasitəsinə çevirir. 2023-cü ilin nəticələrinə görə, 60 baldan yuxarı nəticə göstərən müəllimlər əməkhaqqısında 35%-ə qədər artım əldə ediblər. Bu artım isə müsbət dinamika yaratmaqla yanaşı, aşağı nəticə göstərən müəllimlər üçün də təşviqedici mexanizmdir”.

“Lakin mənfi cəhətləri nəzərə aldıqda, sistemin təkmilləşdirilməsinə ehtiyac açıq şəkildə görünür. Qiymətləndirmənin yalnız test formatına əsaslanması müəllimin dərs idarəetməsi, psixopedoqoji yanaşması, şagirdlə emosional əlaqəsi kimi vacib komponentləri diqqətdən kənarda qoyur. Bu səbəbdən, qiymətləndirmə modelinə dərs müşahidəsi, mikro dərs nümunələri, portfoliolar və müəllimin şagird inkişafına təsirini əks etdirən indikatorlar əlavə edilməlidir. Eyni zamanda, nəticəsi zəif olan müəllimlər üçün fərdi inkişaf planı hazırlanmalı, bu plan üzrə monitorinq və mentorluq sistemləri tətbiq edilməlidir”.

Ekspert vurğulayıb ki, sertifikasiya imtahanı vasitədir, məqsəd deyil:

“Əgər bu vasitə müəllimi sistemdən çıxarmağa yox, sistemdə saxlamağa və inkişaf etdirməyə xidmət edərsə, o zaman təhsildə keyfiyyət artımı davamlı və inklüziv olacaq. Bu isə yalnız qiymətləndirmə deyil, eyni zamanda dəstək, psixoloji hazırlıq, sosial ədalət və infrastruktur məsələlərinin paralel həllini tələb edir. Təhsil siyasəti bu məsələlərə kompleks yanaşmadıqca, sertifikasiya keyfiyyət mexanizmi olmadan sadəcə filtr alətinə çevriləcək”.

Aytac Bəhruzqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 İyun 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see655

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see391

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see257

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see256

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see253

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see249

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see245

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see224

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see222

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see214

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see214

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see208

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see206

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see204

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see197

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see182

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see181

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri