Icma.az
close
up
RU
Müəllimlərin etirazı davam edir “Bizi arxayın edib aldatdılar”

Müəllimlərin etirazı davam edir “Bizi arxayın edib aldatdılar”

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlər aktual məsələlərdən biri də musiqi müəllimlərinin attestasiyası ilə bağlıdır. 

Belə ki, musiqi müəllimləri attestasiyaya cəlb olunublar  və bu proses nəticəsində yüzlərlə müəllim imtahandan kəsilib. Mədəniyyət Nazirliyi bildirib ki, fevralın sonunda musiqi məktəblərində fəaliyyət göstərən müəllimlərin attestasiyası aparılıb. Proses ilk olaraq Bakı, Abşeron, Sumqayıt şəhərlərində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərini əhatə edib: 

“Attestasiyanın ilk mərhələsi Bakı və Abşeron-Xızı regionları üzrə 47 musiqi və incəsənət məktəbinin 1759 nəfər fortepiano və musiqi nəzəriyyəsi müəllimini əhatə edib. Qanunvericiliyin tələblərinə uyğun olaraq 2024-cü ilin son rübündə növbəti ildə müəllimlərin attestasiyanın keçirilməsi təhsil müəssisələrinin iş planına daxil edilib, müəllimlərə müvafiq bildirişlər göndərilməklə yanaşı, onlara ən azı 3 ay əvvəl attestasiya proqramları təqdim edilib. Attestasiya prosesinin şəffaf təşkili, qiymətləndirmənin obyektiv aparılması məqsədilə peşəkar ekspertlər cəlb olunmaqla hər biri 5 nəfərdən ibarət 10 komissiya yaradılıb. 

2025-ci ilin fevral-mart aylarında keçirilən attestasiyanın ilkin mərhələsində 1675 nəfər iştirak edib ki, bu da attestasiyaya cəlb olunmalı müəllimlərin 95,2 faizini təşkil edir. Attestasiyadan uğurla keçmiş 1183 müəllimin 650 nəfəri, başqa sözlə 55%-i bütün komissiya üzvləri tərəfindən müsbət qiymətləndirilməklə ən yüksək nəticə göstərib. Sevindirici haldır ki, son illərdə müsabiqə yolu ilə işə qəbul olan müəllimlər attestasiyadan uğurla keçib. 

Bununla belə, 492 müəllim attestasiya komissiyalarının qiymətləndirməsinə əsasən tutduğu vəzifəyə uyğun hesab edilməyib. Onlardan 107 nəfər attestasiya komissiyasının bütün üzvləri, 273 müəllim bir nəfər (yerli həmkarlar təşkilatının nümayəndəsi) istisna olmaqla 4 komissiya üzvü tərəfindən tutduğu vəzifəyə uyğun olmayan kimi qiymətləndirilib. 112 nəfər təhsilverən isə komissiya üzvlərindən 2-si lehinə olmaqla, digər 3-ü tərəfindən tutduğu vəzifəyə uyğun hesab edilməyib. 

Attestasiyada tutduğu vəzifəyə uyğun hesab edilməyən təhsilverənlərin musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək hüququ var. Mədəniyyət Nazirliyinin sistemindəki musiqi, incəsənət məktəb və mərkəzlərində çalışan müəllimlərin attestasiya prosesi davam edir. 2025-2026-cı illərdə bütün ixtisaslar üzrə müəllimlərin attestasiyasının keçirilməsi nəzərdə tutulub”. 

Qeyd edək ki, attestasiyadan kəsilən bir qrup müəllim etiraz əlaməti olaraq aksiya keçirib. Attestasiyadan kəsilən müəllimlərdən biri, Səid Rüstəmov adına 13 saylı Musiqi Məktəbinin müəllimi Məhsəti Rəhimova “Cebheinfo.az”-a açıqlamasında proseslə bağlı etirazını bildirib. O qeyd edib ki, attestasiyada şəffaflıq olmayıb: 

“ Mən 19 ildir ki, S.Rüstəmov adına 13 saylı Musiqi Məktəbində müəllim, konsertmeyster vəzifəsində çalışıram. Anam da musiqi müəllimidir və 3 nömrəli G. Əlieyeva adına Musiqi Məktəbində çalışır. Onun 33 il stajı var və bir ailədən iki nəfəri kəsiblər. Bu, hansı qanuna, hansı ədalətə sığır, mən bilmirəm. Tamamilə qeyri-şəffafdır. Şəxsən mən çalışdığım məktəbdə savadlı müəllimlərimiz də çoxdur, ancaq savadsız müəllim attestasiyadan keçib. Hər ikimiz xorda çalışırıq. Məktəbin müəllimləri, direktor da şahiddir ki, dəfələrlə mən o konsertmeystri əvəzləmişəm, konsert, tədbir, imtahanda həmişə onun əvəzinə ifa eləmişəm. 

Ancaq həmin şəxs attestasiyadan keçib, mən kəsilmişəm. Dəfələrlə konsertlərdə, tədbirlərdə, dirijor Fəxrəddin müəllimin kamera orkestrində, Ramiz Quliyevin yubileyində Bakı Musiqi Akademiyasında ifa etmişəm. Həmçinin Şamaxı, Şəki və digər rayonlarda tədbirlərdə çıxışlarım olub. Ancaq bunun müqabilində mən attestasiyadan kəsilmişəm. Direktor özü də bunu təsdiqləyir. Gəlib araşdıra da bilərlər. Əgər mən savadsız müəlliməmsə, necə işləyirəm? Attestasiya zamanı müəyyən proqram verirlər. Həmin proqrama əsasən ifa elədim, məni yarımçıq saxladılar. Yəni primitiv bir səhvə görə saxladılar. İnsanıq, həyəcanlana bilərik, əllərimiz titrəyər. 

Suallar verməyə başladılar. Onlardan ikisinə cavab verdim, üçünə cavab verə bilmədim. Dedilər ki, kəsilmisən. Yəni 19 illik işimizi 15 dəqiqəyə heçə verdilər. Bu, qəti düzgün deyil”. Müəllim deyir ki, proqrama əsasən hazırlaşıb: 

“Hətta mən proqramdan əlavə bir əsər də ifa elədim. Onu da yarımçıq saxladılar. İfaçını yarımçıq saxlamaq düzgün deyil. İmtahandan əvvəl Elm və Təhsil Nazirliyinin rəsmisi Cəsarət Valehov 23 nömrəli məktəbdə bütün müəllimləri yığıb iclas etdi. Orada bildirdi ki, heç bir adam işdən azad olmayacaq, bu imtahan sadəcə bir məqsədlə- müəllimlərin bilik, bacarıqlarını yoxlamaq üçün keçirilir. Bizi belə arxayın edib, aldatdılar. Müdirləri də belə aldadıblar. Bizim məktəbin rəhbəri də bizə bildirdi ki, heç bir müəllim işdən azad olunmayacaq. Bir neçə gün öncə əmək kitabçalarını verdilər. Mən götürmədim. Mənim əlim gəlmədi ki, işdən ərizə yazım çıxım. 

Mənim əmək kitabçam hələ də məktəbdədir. Yəqin ki, müdriyyət göndərəcək. Bizə bildirdilər ki, ərizənizi yazıb işdən çıxmalısız. O halda da nə məhkəməyə, nə apellyasiyaya verə bilirik. Əgər Əmək Məcəlləsinin 70 C bəndi ilə işdən çıxırıqsa, yenidən imtahan verib-verməyəcəyimiz də bəlli deyil. O da sual altındadır. Hər iki halda itirən müəllimdir”. 

Həmsöhbətimiz çox çətin vəziyyət olduğunu deyib: 

“Mədəniyyət Nazirliyinə müraciət etmişik. Gənc müəllimlərə ən azından stajı itməsin. Kəsilən müəllimlərin 99 faizi savadlıdır, baxmayaraq ki, texnikom bitiriblər, konsertə uşaq hazırlayırlar. Mən də texnikom bitirmişəm. Gəlsinlər mənim dərslərimdə iştirak etsinlər. Müəllimi yoxlamaq üçün çox yol var. Gəlib açıq dərs keçirsinlər. İl başa çatır, hələ məktəblərdə jurnal yoxdur. Biz 12, 36 vərəqdən jurnal tuturuq. Nəyə görə? Çünki pul yoxdur. Mənim kimi müəllimləri də kəsib işsiz qoyublar. Məqsəd yeni gələn kadrları hansısa vasitə ilə işə qəbul etməkdir. Mənim kimi neçə yüz müəllim var. Bizim məktəbdən bir neçə müəllim kəsilib ki, hamısı da savadlıdır. Mən yalnız özüm üçün deyil, onlara görə də narahatam. Hamısının problemi, evində xəstəsi, maliyyə çatışmazlığı var. Mən fikirlərimi açıq deyirəm. Heç kimdən də çəkinmirəm”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

 

Açar sözlər: Musiqi müəllimi Müəllimlər etiraz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Aprel 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see463

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see300

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see275

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see188

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see164

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see157

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see156

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see153

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see145

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see143

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see142

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see138

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see137

5 ilə nələr dəyişdi? Fotolar

18 Noyabr 2025 21:22see134

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see133

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see132

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see132

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see129

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see126

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri