Icma.az
close
up
RU
Müəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? RƏSMİ CAVAB

Müəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? RƏSMİ CAVAB

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

Bu məlumatlar nə dərəcədə həqiqəti əks etdirir?

Hurriyyet.az xəbər verir ki, məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib ki, təhsilverənlərə sertifikatlaşdırmanın nəticəsinə görə vəzifə maaşlarına aylıq əlavələrin verilməsi onların aylıq tarif (vəzifə) maaşı ödənildikdən sonra müvafiq qaydada (keçid balına əsasən, 10 və ya 35% olmaqla) hesablanaraq ödənilir.

Eyni zamanda, Nazirlikdən qeyd edilib ki, mövcud qanunvericiliyə - "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasın Qanununa əsasən, əmək pensiyası vətəndaşlara əvvəllər aldıqları əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən aylıq pul ödənişidir.

“Əmək Məcəlləsinə əsasən, əməkhaqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.

Qeyd edilənlər nəzərə alınaraq bildirilir ki, təhsilverənlərə sertifikatlaşdırmanın nəticəsinə görə ödənilən pul vəsaitləri Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 18 avqust tarixli 1815 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 20 avqust tarixli 321 nömrəli Qərarına əsasən əlavə ödənc hesab olunduğundan, əməkhaqlarına ödənilən əlavələrin gələcəkdə əmək pensiyasına təsir etməyəcəyi barədə fikirlər əsassızdır”, - deyə məlumatda vurğulanıb.

Mövzu ilə bağlı deputat Vüqar Bayramov da Trend-ə bildirib ki, sosial sığorta haqqında Qanunun 15-ci maddəsində müəllimlərin əməkhaqlarına əlavə edilən mükafatların məcburi dövlət sosial sığorta ayırmalarına cəlb edilməməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmayıb.

“Həmin mükafatlar əmək haqqının tərkibi hesab edildiyi üçün ümumi qaydada məcburi dövlət sosial sığorta ayırmalarına cəlb edilir. Məcburi dövlət sosial sığorta haqqı hesablandığı üçün ümumi qaydada fərdi uçotun formalaşdırılmasında iştirak edir. İşçinin əmək pensiyasının hesablanmasında da nəzərə alınmalıdır”, - deyə millət vəkili əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 06 Fevral 2025 09:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see321

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see257

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see247

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see201

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see199

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see199

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see187

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see160

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see138

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see134

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see123

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri