Icma.az
close
up
RU
Müəllimlərin maaşına hansı hallarda əlavələr edilir?

Müəllimlərin maaşına hansı hallarda əlavələr edilir?

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son günlər müəllimlik fəaliyyətinə görə ilk maaşını alacaq müəllimlər arasında əməkhaqqıya təyin olunan əlavələrin məbləği müzakirələrə səbəb olub.

Sosial şəbəkələrdə gedən müzakirələrdə H1, H2 əlavələrinin məbləği məsələsi də yer alıb.

Globalinfo.az-ın xəbərinə görə, mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablayan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, müəllimlərin əməkhaqqı əmək müddətinə görə kateqoriyalara bölünür:

“Müəllimlərin əməkhaqqı Nazirlər Kabinetinin 2023-cü il 7 mart tarixli 67 nömrəli Qərarı ilə təsdiq edilib. Qərar 2023-cü il fevralın 1-dən tətbiq edilir. Bu qərara əsasən, müəllimlər əmək müddətinə görə kateqoriyalara bölünür. Birinci kateqoriya – 3 ilə qədər müəllimlik fəaliyyəti ilə məşğul olanlar, ikinci kateqoriya – 3 ildən 8 ilə qədər müəllimlik fəaliyyəti ilə məşğul olanlar, üçüncü kateqoriya – 8 ildən 13 ilə qədər müəllimlik fəaliyyəti ilə məşğul olanlar, dördüncü kateqoriya – 13 ildən 18 ilə qədər müəllimlik fəaliyyəti ilə məşğul olanlar, beşinci kateqoriya – 18 ildən yuxarı olanlar”.

Yuxarıda göstərilən kateqoriyalara uyğun müəllimlərin əməkhaqqı hesablanır.

Ekspertin sözlərinə görə, ümumi təyin olunan əməkhaqqıdan əlavə müəllimlərin maaşlarına müxtəlif əlavələr edilir:

“Əgər müəllim həm də sinif rəhbəridirsə, bu zaman onun maaşına 40 manat məbləğ də əlavə olunur. Habelə, ümumi məbləğə sertifikasiya imtahanın da xüsusi təsiri var. Sertifikasiya imtahanında müəllim 50-60 bal nəticə əldə edirsə, həmin müəllimin ümumi hesablanmış əməkhaqqına 35%, 30-50 bal arası nəticə əldə edərsə, 10% əlavələr hesablanır”.

R.Nurəliyev çaşqınlıq yaradan H1 və H2 məsələsinə də aydınlıq gətirib:

“H1 və H2 – buradakı H – həvəsləndirmə sözünün ilk hərfi kimi götürülür. Həvəsləndirmə əsasən rayon məktəblərinin gənc müəllimlərinin (35 yaşa qədər) həvəsləndirilməsi istiqamətində tərtib olunan metoddur. H1-də şəhərin mərkəzindən 3 kilometrə qədər məsafədə olan məktəbdə müəllim dərs keçirsə, onun ümumi maaşına 60 manat əlavə olunur. H2-də isə 3 kilometrdən daha uzaq məsafədə fəaliyyət göstərirsə, maaşına 160 manat əlavə olunur. Bununla bərabər Elm və Təhsil Nazirliyinin (ETN) ayrıca yanaşması var. Müəllim ucqar kənd məktəblərində yaşayış yeri olmayıb könüllü əsasla dərs deməyə gedib, əmək fəaliyyəti ilə məşğuldursa, onlara yaşayışının təmin olunması üçün də əlavə dəstəklər göstərilir. Habelə akademik göstəriciyə əsasən də, müxtəlif əməkhaqqı müəyyənləşdirilir, “Əməkdar müəllim” adına layiq görülən şəxsin maaşına da əlavələr edilir”.

Ekspert bildirib ki, ETN-in rəsmi səhifəsində yer alan onlayn kalkulyator vasitəsilə müəllimlər öz maaşlarını hesablaya bilərlər.

Onun qənaətinə görə, müəllimlər üçün təyin olunan həvəsləndirmənin məbləği qaneedici deyil, məbləğ azdır.

“Hansısa bir müəllim əmək fəaliyyətinə görə rayonlara, regionlara üz tutursa, bu zaman o məcburdur ki, kirayə ev tutsun. Bu səbəbdən ETN və Nazirlər Kabineti əməkhaqqı məsələlərində kirayə xərclərini də nəzərə almalıdır. Onun elektrik, qaz təminatı diqqətdə saxlanmalıdır. Bunlara əsasən, əlavə ödənc məbləği 300-400 manat arası olarsa, daha məqsədəuyğundur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:416
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Noyabr 2024 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see387

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see361

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see348

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see326

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see314

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see285

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see280

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see274

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see269

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see245

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see245

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see243

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see239

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see237

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see233

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see230

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see222

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see214

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see194

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri