Mahmud Abbas seçkilərə qədər administrasiya rəhbərini kimin əvəz edəcəyinə dair deklarasiya imzalayıb
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Fələstin prezidenti Mahmud Abbas yeni konstitusion deklarasiya imzalayıb. Sənədə əsasən, Fələstin Milli Administrasiyasının rəhbərliyinə ehtiyac olduğu halda vitse-prezident müvəqqəti olaraq bu səlahiyyətləri icra edəcək.
APA xəbər verir ki, bu barədə WAFA agentliyi tərəfindən məlumat yayılıb.
Sənədə görə, əgər Fələstin Milli Administrasiyasının rəhbərinin vəzifəsi qanunverici şura olmadan boş qalarsa, təşkilatın İcraiyyə Komitəsi sədrinin müavini və Fələstin Dövlətinin vitse-prezidenti yeni prezidentin seçilməsinə qədər səlahiyyətləri üzərinə alacaq. Bu azad seçkilərin keçirilməsi məqsədilə edilir. Fələstin seçki qanununa uyğun olaraq, səlahiyyət sahibi 90 günü keçməmək şərti ilə Fələstin Milli Administrasiyasının prezidentinin vəzifələrini müvəqqəti icra edəcəklər.
Baxış sayı:65
Bu xəbər 26 Oktyabr 2025 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















