Müəllimlərin NƏZƏRİNƏ: Əməkhaqqı artımı üçün həlledici mərhələ başlayır
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Müəllimlərin sertifikatlaşdırılması prosesinin növbəti müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar şəxsi kabinetlərə göndərilib.
Oxu.Az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi məlumat yayıb.
Bildirilib ki, müəllimlər portal.edu.az platformasında yerləşən "Sertifikatlaşdırma" bölməsinə daxil olaraq müsahibə ilə bağlı məlumatlarla tanış ola bilərlər.
Qeyd olunub ki, müsahibə mərhələsinə dair məlumatlar müəllimlərin şəxsi kabinetlərinə hissə-hissə göndərilir.
Xatırladaq ki, test imtahanında keçid balını toplayan müəllimlərin əməkhaqqına 10 %, 51 və daha çox bal toplayanların əməkhaqqına isə 35 % əlavə ediləcək. Bu əlavələr yalnız müsahibə mərhələsində də uğur qazanan müəllimlərə şamil olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 17 Sentyabr 2025 21:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















