Icma.az
close
up
RU
Nazir Rəşid Behbudova həsr olunmuş sərgidə olub FOTOLAR

Nazir Rəşid Behbudova həsr olunmuş sərgidə olub FOTOLAR

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dekabrın 17-də Azərbaycan Milli İncəsənət Muzeyində əvəzolunmaz səsi və mahnıları ilə Azərbaycan musiqisini dünyaya tanıdan ölməz sənətkar Rəşid Behbudovun 110 illik yubileyinə həsr edilmiş “Səsin rəngi” sərgisinin açılış mərasimi keçirilib.

"Unikal" xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Rəşid Behbudov Fondunun təşkilatçılığı və Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə keçirilən sərgidə Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və R.Behbudovun şəxsi kolleksiyasından seçilmiş sənət nümunələri yer alır.

Sərginin açılışında Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov, Əməkdar rəssam, ali dərəcəli bərpaçı Natiq Səfərov, Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev çıxış ediblər. Çıxışlar zamanı Rəşid Behbudovun özünəməxsus ifası və aktyorluq məharəti ilə milli musiqi və kino sənətimizə verdiyi dəyərli töhfələr, həmçinin Azərbaycan mədəniyyətini dünyada layiqincə tanıtması xüsusi qeyd olunub.

Tədbirdə Xalq rəssamı Asəf Cəfərovun 1975-ci ildə yaratdığı “Rəşid Behbudovun portreti” əsərinin hekayəsi haqqında qısa video nümayiş olunub. Daha sonra qonaqlar sərgi ilə tanış olublar. 
Sərgidə nümayiş olunan eksponatlar Rəşid Behbudovun zəngin həyatı və parlaq yaradıcılıq yolunun mühüm məqamlarını işıqlandırır. Ekspozisiyada sənətkarın layiq görüldüyü dövlət təltifləri və medalları ilə yanaşı, onun mənəvi dünyasının güzgüsü olan cib Quranı, 1952-ci ildə Moskva teatrı üçün hazırlanan 'Arşın mal alan' operettasının ssenarisi və deputatlıq fəaliyyətinə dair qeyd bloknotu ziyarətçilərə təqdim edilir. Sərginin ən təsirli nümunələri sırasında sənətkarın 1989-cu ildə Moskvada xəstəxanada qələmə aldığı son məktubu və ölməz 'Ey Vətən' mahnısının əlyazması yer alır. Təqdim olunan bu unikal sənədlər Rəşid Behbudovun sənətinə və Vətəninə olan sonsuz bağlılığının əyani təcəssümüdür.

Ekspozisiyada Azərbaycan təsviri sənətinin tanınmış nümayəndələri Nəcəfqulu İsmayılov, Ömər Eldarov, Tahir Salahov, İsa İbrahimov, Cümşüd İbrahimov, İsmayıl Məmmədov, Marqarita Əfəndi, Fuad Salayev, Altay Sadıqzadə, Elturan Avalov, Ülviyyə Həmzəyeva və digər rəssam və heykəltaraşların, eləcə də ABŞ, Rusiya, İran sənətkarlarının Rəşid Behbudovun fenomenal şəxsiyyəti və yaradıcılığını tərənnüm edən əsərləri nümayiş etdirilir.

Sərgidə Xalq rəssamı Asəf Cəfərovun 1975-ci ildə yaratdığı və vaxtilə Şuşa Rəsm Qalereyasının daimi ekspozisiyasında nümayiş etdirilən “Rəşid Behbudovun portreti”nin surəti təqdim olunur. 1992-ci ildə Şuşanın işğalı zamanı əsərin orijinalı digər mədəni irs nümunələri kimi qarət edildiyindən, sənətkarın 110 illik yubileyi münasibətilə portretin fotosu əsasında yeni surətin hazırlanmasına qərar verilib. Bu iş Əməkdar rəssam və ali dərəcəli bərpaçı Natiq Səfərov tərəfindən Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə yüksək peşəkarlıqla həyata keçirilib.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun qazandığı böyük Zəfərdən sonra Şuşa Dövlət Rəsm Qalereyası bərpa edilərək yenidən fəaliyyətə başlamışdır. Bununla əlaqədar olaraq “Rəşid Behbudovun portreti” sənətkarın ailə üzvləri və Azərbaycan Beynəlxalq Bankının rəhbərliyi tərəfindən Mədəniyyət Nazirliyinə təqdim olunacaq və Şuşa Dövlət Rəsm Qalereyasında yenidən öz layiqli yerini tutacaq.

Rəşid Behbudov öz ecazkar səsi və unudulmaz mahnıları ilə hər zaman istedadlı rəssamlarımızı yeni əsərlər yaratmağa ilhamlandıracaq. “Səsin rəngi” sərgisi isə dünyaşöhrətli müğənninin yaradıcılığının əbədiliyini əks etdirən sənət ünvanı kimi daima yadda qalacaq.

Sərgi 31 dekabr 2025-ci il tarixinədək davam edəcək.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:283
embedMənbə:https://unikal.az
archiveBu xəbər 18 Dekabr 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri