Icma.az
close
up
RU
“Şahdağ” Xizək Alpinizmi üzrə Avropa Çempionatına, Dünya Kuboku və “Mogul” üzrə Dünya Kubokunun final mərhələsinə ev sahibliyi edəcək

“Şahdağ” Xizək Alpinizmi üzrə Avropa Çempionatına, Dünya Kuboku və “Mogul” üzrə Dünya Kubokunun final mərhələsinə ev sahibliyi edəcək

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qusar, 18 dekabr, Elxan Yusifli, AZƏRTAC

Qış turizmi mövsümünün açılışı ilə əlaqədar Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən “Şahdağ” Turizm Mərkəzinə mediatur təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mediaturun məqsədi Azərbaycanda qış turizminin təşviqi, “Şahdağ” Turizm Mərkəzinin qış mövsümünə hazırlığı, qonaqlara təqdim olunan turizm məhsullarının tanıdılması, o cümlədən kompleksdə aparılan işlər və yeniliklər haqqında ictimaiyyəti məlumatlandırmaqdır.

Tədbir çərçivəsində media nümayəndələrinə “Şahdağ” Turizm Mərkəzinin 2025-ci il üzrə fəaliyyətinə dair video-təqdimat nümayiş olunub, kompleksdə həyata keçirilən yenidənqurma və infrastruktur işləri haqqında məlumat verilib.

Çıxış edən “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov 2025-ci ilin 1 yanvar-15 dekabr tarixlərində mərkəzə səfər edən ziyarətçilərin sayının 300 mindən çox olduğunu qeyd edib.

O, qış turizm mərkəzinin genişləndirilməsinin beşinci mərhələsi çərçivəsində qış mövsümünün sonuna qədər 2 lift bazasının və 76 ədəd qar generatorunun quraşdırılmasının, ümumi uzunluğu 7070 metr olan yeni xizək yamaclarının inşasının, həmçinin 150 min kubmetrlik su anbarının tikintisinin və 26 nömrəli kanat xəttinin istifadəyə verilməsinin nəzərdə tutulduğunu və bunun da gələcəkdə xizək infrastrukturunun inkişafına xidmət edəcəyini bildirib.

Son iki ildə “Şahdağ”ın təkcə istirahət mərkəzi kimi deyil, eyni zamanda, yerli və beynəlxalq səviyyəli idman yarışlarının keçirildiyi nüfuzlu məkana çevrildiyini vurğulayan Rüstəm Nəcəfov kompleksdə müxtəlif beynəlxalq idman tədbirlərinin keçirilməsi üçün 500 nəfərlik FİS (Beynəlxalq Xizək və Snoubord Federasiyası) stadionunun inşa edildiyini, 2026-cı ilin qış mövsümündə “Şahdağ”ın Dağ Xizəyi üzrə Azərbaycan Çempionatına, Xizək Alpinizmi üzrə Avropa Çempionatına və Dünya Kubokuna, eləcə də “Mogul” üzrə Dünya Kubokunun final mərhələsinə ev sahibliyi edəcəyini diqqətə çatdırıb.

Media nümayəndələri turizm mərkəzində qonaqlara təklif edilən xidmətlərlə tanış olub, xizək və snoubord avadanlıqları, kanat yolları, müxtəlif atraksionlar və qış əyləncələrindən istifadə ediblər. Eləcə də media nümayəndələrinə il boyu xizək sürmək imkanı verən xüsusi simulyatorlar nümayiş olunub.

Qeyd edək ki, “Şahdağ”da bu günə qədər həyata keçirilən işlər nəticəsində kanat xətlərinin sayı 15-ə, müxtəlif çətinlik dərəcəsində olan yamacların sayı 37-ə, uzunluğu isə 45 kilometrə çatdırılıb, xizək sürməyə yeni başlayanlar üçün 6 konveyer tipli yol salınıb. Həmçinin xizək yamaclarının daim qarla təmin olunması üçün 600 ədəd qar generatoru quraşdırılıb. Bununla yanaşı qış və yay aylarında açıq və qapalı məkanlarda fəaliyyət göstərən əyləncə növlərinin və attraksionların sayı 40-a, iaşə obyektlərinin sayı isə 64-ə çatdırılıb.

-1 / 5

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Dekabr 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see644

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see254

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see241

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see235

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see203

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see201

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see169

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri