Icma.az
close
up
RU
TRT nin redaktoru: Qarabağda 34 ildən sonra FOTOLAR

TRT nin redaktoru: Qarabağda 34 ildən sonra FOTOLAR

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ali Doğan 1990-cı illərdən etibarən Azərbaycanla bağlı hadisələrin canlı şahidi və peşəkar salnaməçisi olmuş jurnalistdir. 1990-cı il 20 Yanvar hadisələrindən sonra Bakıya gələn xarici jurnalistlər sırasında yer alan Ali Doğan Birinci Qarabağ müharibəsi dövründə dəfələrlə cəbhə bölgələrində olub, müharibə müxbiri kimi reportajlar hazırlayıb. 2002-ci ildə TRT Bakı ofisi açıldıqdan sonra müxbir kimi çalışıb, 2006-cı ildə yenidən TRT-nin Bakı ofisində fəaliyyətini davam etdirib. 2010-cu ildən etibarən Türkiyəyə qayıdan Ali Doğan hazırda TRT-də redaktor kimi çalışır.
Bu yazı onun 34 ildən sonra yenidən Qarabağa səfərindən yazdığı publisistik düşüncələridir.

***
Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə erməni işğalına son qoyduğu türk yurdu Qarabağı görmək üçün səbirsiz idim. İmkan yaranan kimi yolumu Qarabağa saldım…

Bu torpaqlara ilk gəlişim deyildi. İllər əvvəl Birinci Qarabağ müharibəsi zamanı, cəbhələrin lap yaxınlığında, silah səslərinin kölgəsində bu coğrafyaya şahidlik etmişdim. O günlərdə Qarabağ ağrının, dağıntının, yarımçıq qalan talelərin adı idi. Bu gün isə insanı tamam başqa bir duyğu ilə qarşılayır: hüznlə yoğrulmuş qürur, sükutun içindən boy atan dirçəliş.

Dağıdılmış şəhərlər, güllə izləri ilə deşik-deşik olmuş divarlar hələ də danışır. Amma artıq bu torpaqlarda təkcə keçmişin ağrısı yox, gələcəyin ümid işığı da var. Qarabağ 34 ildən sonra yenidən özünə qovuşmağın ağır, amma şərəfli sakitliyini yaşayır.

Ətrafa təkcə jurnalist gözü ilə baxmıram; bu torpaqların hekayəsinə birbaşa şahid olmuş bir insan kimi addımlayıram. Və hər addımda bunu hiss edirəm: Qarabağ artıq susmur, Qarabağ yenidən nəfəs alır.

Bu torpaqlara ilk addımımı atanda hiss etdiyim adi bir sevinc deyildi; damarlarımdan keçən qədim bir çağırış idi bu.

Birinci Qarabağ müharibəsini müxbir kimi izlədiyim illərdə Ağdam cəbhəsinə gələndə məscidin arxasında, sadə bir evdə qalardıq. Müharibənin kölgəsində o ev bizim üçün sadəcə sığınacaq deyildi; qorxunun, ümidin və gözləntinin eyni dam altında toplandığı canlı bir şahid idi.

1993-cü ildə ermənilər Ağdamı işğal edəndə təkcə bir şəhər deyil, xatirələrimiz də susduruldu. Tam 27 il ərzində Ağdam xəritələrdə var idi, amma həyatda yox idi.

2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə o sükut pozuldu; Ağdam yenidən azadlığına qovuşdu.

34 ildən sonra Ağdama yenidən gəldiyimdə, qaldığımız o evdən yalnız ayaqda qalmış divarlar vardı. Nə səs, nə iz… Amma hər daş, hər çat keçmişi pıçıldayırdı. Bir zamanlar qeydlər apardığım, cəbhəyə doğru yola çıxdığım o məkan indi işğalın geridə qoyduğu çılpaq bir yaddaşa çevrilmişdi.

Bu gün Azərbaycan dövləti Ağdamı yenidən qurur. Dağıntıların arasından yeni bir şəhər, yeni bir həyat yüksəlir. Və mən, bir vaxtlar ağrıya şahidlik etmiş bir müxbir olaraq, bu dəfə dirçəlişə şahidlik edirəm. Ağdam artıq təkcə cəbhə xatirəsi deyil; dirənişin, səbrin və qayıdışın adıdır.

Ağdamın rəmzi olan Cümə məscidi bu gün sükutun və dirçəlişin şahididir…

İşğalın izləri silinib, divarlar bərpa olunub, amma xatirələr yerli-yerindədir.

Birinci Qarabağ müharibəsində silah səslərinin kölgəsində namaz qıldığım bu məsciddə bu gün başım əyik, qəlbim dolu idi. Bu dəfə 44 günlük Vətən müharibəsində şəhid olanlar üçün dua etdim.

Zaman dəyişmişdi, tale dəyişmişdi, torpaq azadlığına qovuşmuşdu.

Amma Qarabağ yaşananları heç vaxt unutmamışdı.

Xocalının adı sadəcə bir yer adı deyil; türk yaddaşına həkk olunmuş bir yasdır. Orada addımlayarkən torpağın altında qalan məsumların yox, yerə düşməyən bir millət şərəfinin varlığını hiss etdim. İçimdəki türklük səssizcə ayağa qalxdı — qəzəblə yox, səbr və imanla.

1992-ci ildə Xocalı soyqırımından sağ çıxanlarla danışmış, gözlərinin içinə baxaraq müsahibə almışdım. Onların danışdıqları ağrını sadəcə eşitmədim; bir türk, bir jurnalist və bir insan olaraq qəlbimdə yaşadım. İllər sonra Xocalıya baxarkən o gecəni yaşayanların titrək səsləri yenidən qulaqlarımda səsləndi. Onlar obyektivimin qarşısında yox, vicdanımın tam ortasında dayanmışdılar.

O an Xocalını dünyaya çatdırmaq uğrunda canını ortaya qoyan mərhum Çingiz Mustafayevi, eyni həqiqət mübarizəsinin əsgəri İrfan Sapmazı, fədakar, qorxmaz türk oğlu, yol yoldaşımız Mahmud Kəsəmənlini və bu insanlıq cinayətini tarixə qeyd edən əziz qurumum TRT-ni dərin ehtiram və hüznlə bir daha andım. Xocalı mənim yaddaşıma sadəcə bir məkan kimi yox, şahidlik, fədakarlıq və unudulmamalı insanlıq yarası kimi həkk olundu.

Xankəndidə başımı qaldırıb göyə baxdım. O göy Orta Asiyadan Anadoluya, Qafqazlardan Rumeliyə uzanan eyni göy idi. İllərlə yad saxlanılan bu şəhərdə artıq türk taleyinin xətti yenidən görünürdü. Hiss etdiyim qürur hayqıran bir zəfər deyildi; “Biz buradayıq və həmişə var olmuşuq” deyən vüqarlı bir duruş idi.

“İki dövlət, bir millət” burada şüar yox, qanla və tale ilə yazılmış bir həqiqətdir.

Şuşaya çatanda tarix danışdı. Bura təkcə Azərbaycanın yox, bütün Türk dünyasının qalalarından biridir. Cıdır düzündə dayanıb aşağı baxanda Oğuzdan miras qalan bir dirənişi — Alparslanın, Nuri Paşanın, adsız qəhrəmanların ruhunu gördüm. Şuşa yenidən türk səsi ilə nəfəs alırdı.

O an sinəmdə qabaran duyğu bir şəhərin azadlığı yox, türk ruhunun yenidən silkinişi idi.

Laçın yollarında irəliləyərkən dağlar mənə yad gəlmədi. Sərt, susqun və şərəfli idilər; sanki Orxondan qopub gəlmişdilər. İllərlə türkün üzünə bağlanan bu yollar unudulmamışdı. Hər döngədə səbr, hər daşda gözlənti vardı. İndi isə o yollar öz sahibini tanımış kimi idi.

Bu şəhərləri görmək bir milliyyətçi üçün sadəcə coğrafiya tanımaq deyil; tarixin çağırışına cavab verməkdir. Gözlərim doldu, amma başım daha da dikləşdi. Çünki Qarabağda bunu gördüm:

Türkün adı silinmədi, bayrağı düşmədi, duası yarım qalmadı.

Bu gün Qarabağ başdan-başa bir quruculuq meydanıdır.

Amma burada təkcə beton tökülmür, yollar salınmır.

Türkün yarımçıq qalmış tarixi yenidən ayağa qaldırılır.

Buldozerlər, ekskavatorlar, yük maşınları gecə-gündüz işləyir. İşğalın yerlə-yeksan etdiyi şəhərlər Azərbaycan dövlətinin iradəsi ilə yenidən qurulur. Yollar, körpülər, damarlar… Türk yurduna yenidən can verilir.

Mən Qarabağı bu mühitdə gəzdim.

Bir zamanlar azan səsinin susdurulduğu, türk izinin silinmək istəndiyi şəhərlərdə addımladım. Torpaq hələ də şəhidlərin xatirəsini daşıyır; hər addımda tarix danışır.

Bu gün Qarabağda ucalan təkcə binalar deyil —

Türklüyün yaddaşı, şərəfi və iradəsidir.

Bu torpaqlar yenidən türk yurdu olarkən, mən də bu coğrafiyanı bir jurnalist kimi yox, eyni taleyi paylaşan bir türk oğlu kimi dolaşdım.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Dekabr 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see428

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see421

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see299

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see278

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see267

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see261

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see259

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see255

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see253

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see238

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see225

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see219

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see215

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see212

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see211

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see210

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see206

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see206

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri