Icma.az
close
up
RU
Müəllimlik ixtisasını bitirən bir gəncimiz MİQ imtahanı üçün hazırlıq kursu axtarırsa...

Müəllimlik ixtisasını bitirən bir gəncimiz MİQ imtahanı üçün hazırlıq kursu axtarırsa...

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Bu gün ir çox ali təhsil müəssisələrimizdə bir çox ixtisasların tədrisi həyata keçirilir. Mənim fikrimcə bu yolverilməzdir. Bu gün bir çox universitetimiz tədris etdiyi bir çox ixtisası beynəlxalq standartlara uyğun tədrisini aparmır".

Redaktor.az xəbər verir ki, bunu təhsil eksperti Ramin Nurəliyev deyib.

Onun sözlərinə görə, xüsusilə də, bir çox özəl ali təhsil müəssisələrində vəziyyət çox dəhşətdir:

"Baxırsan ki, universitetdə mühəndislik ixtisasları verilib, amma universitetin bunu tədris etməsi üçün kifayət qədər maddi-texniki bazası yoxdur, laboratoriyaya malik deyil. Kor-koranə ixtisas tədris edilir və kor məzun yetişdirilir. Sabah həmin məzunlar da əmək bazarında iş tapa bilmir.

Universitetin hər istədiyi ixtisası ona tədris edilməsi üçün verməməliyik. Əgər universitet maşın mühəndisliyi ixtisası açmaq istəyirsə, biz bunun üçün lazımi labaratoriyanın olmasını, maddi-texniki bazasının mövcudluğunu yoxlamalıyıq, hətta kiçik bir zavod formatlı bir praktiki tədris sinifinin mövcudluğunu tələb etməliyik. Bu ixtisasın öhdəsindən gələcək meyarlara cavab verməyən universitetlərə qətiyyən həmin ixtisaslar verilməməlidir".

R.Nurəliyev qeyd edib ki, bu gün bizim bir çox ali təhsil müəssisələrini bitirən məzunlar birbaşa əmək bazarında mövqe tuta bilmir.

"Bunun səbəbi ali təhsil müəssisələrinin kadr hazırlığında qeyri-peşəkar olmasıdır. Bu gün bizim müəllimlik ixtisasları üzrə universiteti bitirən bir gəncimiz MİQ imtahanına girmək üçün müəllim hazırlığı və yaxud hazırlıq kursu axtarırsa, pedaqoji ixtisasları tədris edən ali təhsil müəssisələri bundan nəticə çıxarmalıdır. Bəzi ixtisaslar üzrə keçirilən bəzi fənlər tədrisdən çıxarılmalıdır.

Düşünürəm ki, ali təhsil müəssisələri üzrə kadr hazırlığı istiqamətində yoxlama mexanizmi formalaşdırılmalıdır. Hər hansı bir universitet həmin ixtisası layiqincə tədris etmə qabiliyyətinə malik olmadıqda, həmin ixtisas ona verilməməlidir. Bu zaman illərlə rahatlamış ali təhsil müəssisələri özlərinə nəticə çıxarar. Hüquq fakültəsini bitirən bir tələbə iddia ərizəsi yaza bilmirsə, bu həqiqətən də, ciddi problemdir.

Bəzi universitetlərdə 400-500 ballıq ixtisaslar 200-250 baldır. Hesab edirəm ki, bu, həqiqətən də, acınacaqlı vəziyyətdir. Keçid balı aşağı olan təhsil müəssisələri bu məsələ üzərində ciddi düşünməlidir. Burda iki məsələ var. Ya həmin universitetlərdə həmin ixtisaslar kifayət qədər qənaətbəxş tədris olunmur, ya da həmin ixtisasa uyğun keyfiyyətli kadr hazırlığı yoxdur", - deyə ekspert vurğulayıb.

Turan İSMAYIL

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 Aprel 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see175

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri