Icma.az
close
up
RU
Müəmmalı okean hadisəsi qeydə alınıb

Müəmmalı okean hadisəsi qeydə alınıb

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


ABŞ-nın Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) kosmik peykləri hələ ki, izahı mümkün olmayan okean hadisəsi qeydə alıblar. Qeydlərdən məlum olur ki, okean öz üzərində dairələr çəkir və onları bir saniyə ərzində silir. NASA alimləri bununla bağlı agentliyin rəsmi saytının səhifəsində çox maraqlı material da yerləşdiriblər.
Reyting.az
-ın məlumatına görə, tədqiqatçıların bildirdiyi kimi, sanki uzaq kosmos yenidən Yer kürəsinə təəccüblə baxır. NASA, eləcə də ESA peyklərinin çəkdiyi fotolardan da görsənir ki, okeanların müxtəlif sulu ərazilərində çox mükəmməl formaya malik olan, həmçinin su sərhədləri açıq-aydın seçilən nəhəng burulğanlar var.
Alimlərin fikrincə, okean sahələrindəki dairələr qəfildən yaranır, çox böyük sürətlə fırlanır və sonra yox olur. Sanki kimsə, yaxud da şüurlu bir qüvvə onları düymə ilə söndürür.
Burulğanların diametri onlarla kilometrə çatır. Peyk məlumatlarına əsasən, bir neçə saatdan bir neçə günə qədər okean dairələri yaranır və yoxa çıxır.
Tədqiqatçılar onların bəzilərinin isti, bəzi hissələrin isə soyuq olduğunu söyləyirlər. Lakin həmin proses zamanı onların heç biri külək şəraitinə uyğun gəlmir, üstəlik, məlum okean axınları ilə əlaqəsi yoxdur, çünki fəaliyyətlərində hava, yaxud sualtı vulkanik aktivləşmələr də görsənmir.
Tədqiqatçıların belə bir müəmmalı okean dairəsi barədə fikirləri belədir:
"Onlar heç bir şeyin olmadığı yerlərdə görünürlər".
Mütəxəssislərin ehtimallardan biri budur ki, bu burulğanlar səthdən görünməyən suyun tam temperaturunda və həmçinin sıxlığındakı dərin qradiyentlərdən əmələ gəlir.
Alimlərin digər fərziyyələrinə görə, sualtı tektonika, mikro cərəyanlar və hətta Ayın təsiri ilə də belə hadisələr baş verə bilər. NASA tədqiqatçıları belə bir müəmmalı okean hadisəsini dərindən öyrənməklə yanaşı, həm də bildiriblər ki, bütün bunlar fərziyyələrdir və elmi izahı yoxdur.
Qeyd olunur ki, hazırda heç bir nəzəriyyə burulğanların meydana gəlməsinin qanunauyğunluğunu və onların qəfil bu cür yoxa çıxmasını elmi cəhətdən izah edə bilmir.
Digər ehtimal dəqiq elmi yozumu olmayan və həmçinin çox sayda ehtimal nəzəriyyələrinə əsaslanır. Eyni zamanda da alimlər okeanlardakı bu cür sərhədli, eləcə də tezliklə yoxa çıxan sirli dairələri fizika hadisəsi sayırlar. Lakin müasir elm, xüsusilə NASA alimləri əsasən "okean anomaliyaları"-nı yaradan səbəbləri öyrənirlər. Tədqiqatçılara görə, bundan əvvəl irəli sürülmüş nəzəriyyələr, bütün ehtimallar və fərziyyələr tamamilə yanlışdır.
NASA tədqiqatçılarının dediklərindən, aparılan kosmik peyk müşahidələrindən belə nəticəyə gəlmək olar ki, artıq dünya okeanlarına sadəcə uçurum kimi yox, canlı kimi yanaşmaq lazımdır.
Oqtay QORÇU
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://reyting.az
archiveBu xəbər 10 Aprel 2025 08:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri