Icma.az
close
up
RU
“Müəyyən uğurlar olmasına baxmayaraq İRİA texnopark siyasətindəki qüsurları aradan qaldırmağa diqqət yetirmir” Osman Gündüz

“Müəyyən uğurlar olmasına baxmayaraq İRİA texnopark siyasətindəki qüsurları aradan qaldırmağa diqqət yetirmir” Osman Gündüz

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

“Prezidentin fərmanı düzgün icra olunmur, güman ki,  İRİA bununla əlaqəli olan tədbiri də qapalı keçirir. Bu gün İRİA texnopark rezidenti olan 100-dən çox şirkətin nümayəndələri ilə görüş keçirdiyini bildirib.

Hələ üstəlik “Azərbaycanda İKT sənayesi və ixrac təcrübəsi” mövzusunda panel sessiyası da təşkil edib.

Amma maraqlı məqam odur ki, bu görüş və müzakirələr qapalı olub, maraqlı tərəflər cəlb olunmayıb.

Burada söhbət hansı şirkətlərin vergidən azad edildiyindən, rezidentlərin hansı prinsiplər və hansı qərar əsasında müəyyən olunmasından, Prezidentin məlum fərmanından keçən 3 il ərzində hansı nəticələr əldə olunmasından gedir”.

Gununsesi.info bildirir ki, bunu  Multi-Media Mərkəzinin direktoru,  Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz deyib:

“O da maraqlıdır ki, İRİA dövlət qurumu olaraq  onun vəzifələrinə aid olmayan hansısa bir yarışın, müsabiqənin təqdimatına maraqlı tərəfləri toplaya bilur. Amma daha aktual, ictimai əhəmiyyət kəsb edən müzakirələr qapalı keçirilir.

Öncədən də məlumdur ki, məhz yuxarıda adı çəkilən “texnopark rezidenti” məsələsilə bağlı ciddi problemlər var, məhz bu məsələ ilə bağlı İRİA və DVX arasında uzun-uzadı müzakurələr keçirilib. Ötən illər hətta  Prezidentin bu məsələ ilə bağlı 2022-ci ilin sonunda qəbul etdiyi fərmanın düzgün icra olunmadığıdan, düzgün anlaşılmadığından onun ləğvi  və ya şərhi ilə bağlı məsələ gündəmə gəlmişdi.

Xatırladıram ki, Prezidentin adı çəkilən fərmanında indi İRİA-nın açıqladığı fotolardan görünən, “dövlət sifarişləri üzərində oturan” nəhəng İT şirkətlərin vergidən azad edilməsindən söhbət getmirdi.

Fərmanın mahiyyəti ondan ibarət idi ki, xaricə yönəlik fəaliyyəti olan kiçik və orta biznesin, startapların fəaliyyətinə dıstək verilməlidir.

Əlbəttə, oturuşmuş İT şirkətlərə qlobala çıxış üçün dəstək verilməlidir, amma bu məsələ Prezidentin fərmanına məlum fərmanının predmeti deyil.

Amma indiyədək də bu məsələlərə aydınlıq gətirilməyib. İRİA -nın rəhbərliyi köhnə səhvləri indi davam etdirir. Vergidən azad olunma mexanizmi düzgün aparılmır, məəttəl qalası vəziyyətdir ki indiyədək də qanunverivcilikdə nəzərdə tutulan Ekspert Şurası formalaşdırılmayıb.

Bu struktur yaradılmadan qəbul edilən qərarların isə hansısa hüquqi əsası yoxdur.

Təsəvvür edin ki, sadəcə daxili bir imza ilə tenderlərdən milyonla gəlir əldə edən bir nəhəng oturuşmuş şirkət, hansısa innovasiyası və hansısa xarici fəaliyyıti olmadığı halda  bir anda vergidən azad edilir. Bu necə baş verə bilər, anlamıram.

Kənarda isə, yenicə yaranan, xaricə yönəlik fəaliyyəti olan kiçik bir biznes qurumu boynunu bükərək güzəşt axtarır”.

Osman Gündüz  qeyd edib ki, məhz bu tip addımların nəticəsidir ki, İT yönümlü ixrac sahəsində regionda ən aşağı göstərici bizdədir, innovasiya və startap sahəsində qlobal göstəricilər ən aşağı vəziyyətdədir:

“Çox təəssüf edirəm ki, bəzi sahələrdə müəyyən uğurlar olmasına baxmayaraq İRİA texnopark siyasətindəki qüsurları  aradan qaldırmağa diqqət yetirmir, proses qeyri-şəffaf qurulur, qapalı müzakirələr aparır, bir imza ilə anlaşılmaz və mövcud normalara zidd qərarlar verir. Hesabatlılıq yoxdur. Prezidentin bununla bağlı fərmanı düzgün icra olunmur.

Ümid edirəm sektorda qərar verənlər, Prezidentin fərmanlarının icrasına cavabdeh olanlar da baş verənlərin fərqindədir”.

Onu da qeyd edək ki, Prezident İlham Əliyev Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Nizamnaməsində dəyişiklik edib.

Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, İRİA yardımçı dövlət informasiya sistemlərinin siyahısının müəyyən olunması ilə bağlı RİNN-ə təkliflər verəcək, rəqəmsal inkişafın arxitekturasının qurulmasını təmin edilməsində və rəqəmsallaşmanın həmin arxitekturaya uyğun həyata keçirilməsinə nəzarət olunmasında iştirak edəcək, həmçinin, rəqəmsal inkişafla və elektron hökumətlə bağlı görülən işlərə və həyata keçirilən tədbirlərə dair ildə iki dəfə Nazirliyə hesabat verəcək.

Şəbnəm

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Dekabr 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see284

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see251

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see227

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see206

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see172

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see149

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see148

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see142

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see142

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri