Icma.az
close
up
RU
Muğam müsabiqəsi elan edilir

Muğam müsabiqəsi elan edilir

Olay.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Muğam müsabiqəsi elan edilir

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən “Muğam aləmi” 7-ci Beynəlxalq Muğam Festivalı çərçivəsində muğam ifaçıları müsabiqəsi elan edilir.

OLAY yazır ki, müsabiqə 18-20 iyun 2025-ci il tarixində Azərbaycan Milli Konservatoriyasında keçiriləcək.

Ənənəvi musiqi ifaçılığına həsr olunan müsabiqə yaşı 35-i ötməyən (18 iyun 1990-cı il və daha gec təvəllüdlü) vokal və instrumental ifaçıların iştirakına açıqdır. Müşayiətçilərə (5 nəfərdən çox olmamaq şərtilə) yaş məhdudiyyəti qoyulmur.

Müsabiqə iki mərhələdən ibarətdir. Birinci mərhələ 15 dəqiqəlik proqramı, ikinci mərhələ isə 25 dəqiqəlik proqramı əhatə edir.

İştirakçılar təmsil etdikləri musiqi ənənəsinin zənginliyini və xüsusiyyətlərini əcnəbi dinləyicilərə cəlbedici şəkildə çatdırmalıdırlar. Bu məqsədlə əlavə vasitələrdən (mühazirə, şərhçi, audiovizual media, səhnə quruluşu) istifadəyə icazə verilir.

Müsabiqəyə qeydiyyat yalnız onlayn şəkildə, https://spaceofmugam.culture.az/ saytı vasitəsilə aparılır. Ərizədə qeydiyyat forması, rəqəmsal şəkil (minimum 300 dpi), pasport məlumatları, yaradıcılıq xülasəsi və 10 dəqiqədən çox olmayan videoyazı təqdim edilməlidir.

Son qeydiyyat tarixi: 1 iyun 2025-ci il. İlkin seçimin nəticələri 4 iyun 2025-ci ilədək elan olunacaq.

Ətraflı məlumat üçün: https://spaceofmugam.culture.az/

Əlaqə nömrəsi və e-mail: (+994) 55 310 83 96, [email protected]

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://olay.az
archiveBu xəbər 14 May 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see313

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see302

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see289

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see283

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see279

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see269

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see251

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see248

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see245

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see241

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see240

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see238

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see234

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see227

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see226

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see221

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see202

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see197

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see193

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri