Icma.az
close
up
RU
Muğam təkcə bir musiqi növü deyil o, ruhun səsidir

Muğam təkcə bir musiqi növü deyil o, ruhun səsidir

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


23 aprel 2025-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan Muğamı” layihəsi çərçivəsində növbəti yadda qalan konsert baş tutdu. Axşamın qonaqları “Çahargah” muğam dəstgahının sədaları altında milli musiqimizin dərin qatlarına səyahət etdilər.
Tədbirə giriş sözü ilə Muğam Mərkəzinin direktoru, Əməkdar artist Sahib Paşazadə başladı. O, çıxışında müasir dövrdə insanların klassik muğam dəstgahlarını dinləməkdə bəzən səbir və diqqət çatışmazlığı yaşadığını vurğuladı. Amma həmin axşam zalda bir boş yer belə yox idi. Bu, həm konsertin məzmununa olan marağı, həm də muğama duyulan ehtiramı açıq şəkildə göstərirdi. Sahib Paşazadə, eyni zamanda, Çahargah muğamının quruluşu, estetik xüsusiyyətləri və tarixi əhəmiyyəti barədə məlumat verdi.
İfaçılar - Anar Quliyev, Sadiq Qasımov və Vüsal Qasımov – sənətsevərləri real dünyanın səs-küyündən ayıraraq musiqi aləminin dərinliklərinə apardılar. Onların ifasında təqdim olunan “Çahargah” dəstgahı həm texniki ustalıq, həm də emosional dolğunluq baxımından yüksək səviyyədə idi. İfa zamanı səsləndirilən qəzəllər klassik poeziyamızın nəhəngləri – Məhəmməd Füzuli, Əliağa Vahid və Hüseyn Əzim Şirvaniyə məxsus idi.
Sadiq Qasımov ustadı Arif Babayevin yolunu davam etdirərək, xüsusilə muğamın xırdalıqlarında və bəmxanlı ifasında ustalığını nümayiş etdirdi. Anar Quliyev isə geniş diapazonlu səsi ilə diqqət çəkərək sekvensiyalarla zilə qalxıb-enməklə zəngin və dinamik bir ifa təqdim etdi. Vüsal Qasımovun zil registrdəki maraq doğuran interpretasiyası xüsusilə ruh oxşayırdı.
Bu konsert bir daha sübut etdi ki, muğam təkcə bir musiqi növü deyil – o, ruhun səsidir. İfaçılarla dinləyicilər arasında yaranan bağ, səslənən hər bir muğam şöbəsində duyulan peşəkarlıq bunu bir daha təsdiqlədi. Belə tədbirlər muğamın hələ də canlı yaşadığını, yeni nəsillər üçün də ilham mənbəyi olduğunu göstərir. Bu cür layihələrin davamlı olması isə həm sənətkarlarımız, həm də tamaşaçılar üçün mədəni bir missiyadır.

Azərbaycan Milli Konservatoriyasının Musiqişünas tələbəsi, AMK Tələbə Elmi Cəmiyyətinin üzvü
Newscenter.az üçün
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 25 Aprel 2025 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri