Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Müğənni Dəniz Əsədovadan ilginc iddialar: Milyonlar necə MƏNİMSƏNİLİB? FOTO

Müğənni Dəniz Əsədovadan ilginc iddialar: Milyonlar necə MƏNİMSƏNİLİB? FOTO

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Müğənni Dəniz Əsədova üzləşdiyi dələduzluq əməlləri ilə bağlı təfərrüatları açıqlayıb. 

Redaktor.az xəbər verir ki, Dəniz Əsədova keçirdiyi mətbuat konfransında özü dələduzluğa məruz qaldığı halda məsuliyyətə cəlb olunduğunu deyib. 

"Əslində isə mən zərərçəkənəm” deyən müğənninin sözlərinə görə, baş verənlərin kökündə vətəndaşlara pensiya düzəltmək dayanıb. Dəniz Əsədovanın iddia edib ki, bu məsələdə əsas təqsirkarlar Sabunçu rayon 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi işləmiş Rauf İsfəndiyarov, 8 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri vəzifəsində işləmiş Şahin Verdiyev və Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi Mehparə Kazımovadır. 

Əsədova deyib ki, əvvəllər tibb sahəsində çalışıb. Rauf İsfəndoyarovla Şahin Verdiyevi bu sahədə çalışarkən tanıyıb. Sonradan Rauf İsfəndiyarov onu Mehparə Kazımova ilə tanış edib. Dəniz Əsədovanın sözlərinə görə, ayrı-ayrı vətəndaşlara pensiya düzəltmək üçün onlardan pullar alınıb.

"Pullar Rauf İsfəndiyarova, Şahin Verdiyevə və Mehparə Kazımoyava verilib. Tanışlarımın əlillik dərəcələrini guya qanuni yolla həll edəcəklərini desələr də, saxta sənədlər düzəldiblər”, deyə müğənni vurğulayıb. O, həmçinin əlavə edib ki, Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edildikdən sonra pensiya təminatı ilə bağlı araşdırmalara başlanıb və xeyli sayda vətəndaşın əlillik dərəcəsi ləğv edilərək pensiyası kəsilib. Bundan sonra həmin vətəndaşlar şikayətçi olublar. "Mən bu işdə adım hallanmasın deyə xeyli sayda vətəndaşın pulunu qaytarmışam. Bunun üçün əmlaklarımı satmışam. Amma buna baxmayaraq, yenə də bu işdə əsas fiqurant kimi mənim addım hallanır, mühakimə edilir və cəzalandırılıram. İşin başında dayananlar, həmin pulları mənimsəyənlər barədə isə heç bir tədbir görülmür”, deyə Dəniz Əsədova vurğulayıb. 

Müğənni daha sonra konkret faktlara keçib. O, jurnalistlərə əlillik dərəcəsi ilə bağlı çoxsaylı sənədlər təqdim edib. Onun iddasına görə, bu sənədlər Mehparə Kazımova tərəfindən düzəldilib. 

"Özünüz baxın. Mən, yaxud vətəndaşlar belə sənədləri necə düzəldə bilərlər? Bu sənədlərin hamısı saxtadır. Xəstə olamayan vətəndaşlara müxtəlif xəstəliklər yazılıb və onlara pensiya düzəldilib. Yaxşı başa düşdüm, bu işdə vasitəçi olmuşam deyə məni də ittiham edirlər. Bəs o zaman işin başında dayanan, saxta sənədləri düzəldən, pulları mənimsəyən Rauf İsfəndiyarov, Şahin Verdiyev və Mehparə Kazımova niyə məsuliyyətə cəlb olunmur? Axı pullar bu adamlara verilib. Əlimdə bütün bunları təsdiq edən sübutlar var. Sizə təqdim etdiyim bu sənədləri istintaqa da təqdim etmişdim. Eyni zamanda hüquq-mühafizə orqanlarına müraciətimdə də bu faktlar əks olunub. Amma nəticə yoxdur”. 

Mart ayında Dəniz Əsədovanın şikayəti əsasında Rauf İsfəndiyarov saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs-qətimkan tədbiri seçilib. May ayında isə barəsində həbs qərarı ev dustaqlığı ilə əvəzlənib. Dəniz Əsədova bu fakta diqqət çəkərək bildirib ki, baş verənlər "pensiya əməliyyatı” ilə bağlı cinayət işinin ört-basdır edilməsinə hesablanıb. 

"Mən başa düşə bilmirəm nə baş verir? Axı necə ola bilər ki, mənim ittiham olunduğum cinayətdə əsas fiqurant olan bu şəxs barəsində bir ay sonra həbs qərarı dəyişir?! Digərləri barədə isə ümumiyyətlə heç bir tədbir görülmür? Bu cinayət ört-basdır etmək deyil bəs nədir?! Təsəvvür edin, Rauf İsfəndiyarovla Şahin Verdiyev öz adamlarına saxta əlillik dərəcəsi verib. Bununla bağlı əlimdə sübutlar var. Amma baxan yoxdur”.

Müğənni deyib ki, bu işə görə sürücüsü Samir də günahsız yerə həbs olunaraq məhkum edilib: 

"Sürücüm Samir də 2020-ci ildə günahsız yerə, əslində Mehparə Kazımovanın törtdiyi əməllərə görə həbs edilib. Mehparə Kazımova öz adamları ilə əlaqəyə girərək guya saxta əlillik dərəcələrinin sürücüm tərəfindən verilməsi planını hazırlayıb. Mehparə Kazımovanı məsuliyyətdən kənarda saxlamaq üçün sürücümü aldadaraq ona cinayət işinə xitam veriləciyi bildirilib. Amma cinayət işinin məhkəmə istintaqı Xəzər və Kəlbəcər rayon məhkəmələrində keçirilib. Samir 2 il şərti cəza alıb. Hazırda sürücüm də şikayətçidir, onun hüquqlarını Mehparə Kazımova və bəzi məmurlar pozublar. Bununla bağlı əlimizdə bununla bağlı kifayət qədər sübutlar var.

Bir daha deyirəm ki, Samirin heç bir təqsiri yoxdur. Elə bir fon yaradıblar ki, guya bütün bunların arxasında mən dayanmışam. Bütün şiakyətçilərə də mənim adımı verirlər. Deyirlər gedin pulunuzu ondan alın. Biz külli miqdarda pullar ödəmişik. Bu adamlar iddia edir ki, guya baş verənlərdə təqsirləri yoxdur. Yaxşı, əgər heç bir günahları yoxdursa, niyə mənə 150 min manat veriblər? Bu, mən əsl həqiqəti ictimailəşdirəndən sonra baş verib. 150 min verdilər qalanını isə ödəməkdən imtina etdilər. Bu fakt da işin arxasında məhz onların dayandığını sübut edir. Mehparə Kazımova öz işçiləri vasitəsi ilə də belə əməllər törədib. Konkret olaraq onun işçilərindən Əfsanə Məmmədovanın adını çəkə bilərəm. Mən heç nəyi sübutsuz danışmıram. Əlimdə daşdan keçən sübutlar var. Hətta kimə pul verilibsə, səs yazıları və videogörüntüləri var”.

Dəniz Əsədova mətbuat konfransında ölkə rəhbərliyinə müraciət edərək bu məsələni diqqətdə saxlamasını xahiş edib: 

"Mənə təzyiq edilir. İstəyirlər ki, danışmayım, susum. Amma susmaq fikrində deyiləm. Mən bu adamların məsuliyyətə cəlb olunmasını, onlara verilən pulları geri qaytarmalarını tələb edirəm. Bu cinayətin ört-basdır edilməsinə imkan verməyəcəm. Cənab Prezidentdən bu məsələni diqqətdə saxlamasını xahiş edirəm. Burada milyonlarla manat puldan söhbət gedir. Hüquq-mühafizə orqanlarına da müraciətlərim davam edəcək”.

Dəniz Əsədova sonda qeyd edib ki, 16 aprel 2022-ci ildə evində oğurluq hadisəsi baş verib. Müğəninnin sözlərinə görə, hadisəni törədən Mirzəzadə Minayə Nadir qızı adlı şəxsdir. Həmin şəxs Dəniz Əsədovanın evində qulluqçu işləyib. "21 min manat dəyərində qızıl, geyim oğurlanıb. Onun oğurluqla bağlı etirafları var. Aufido-video formasında. Etiraf edib ki, hadisəni ehtiyac üzündən törədib. Həmin sübutlar əlimdədir. Amma bununla bağlı heç bir tədbir görülmür. Nə cinayət işi başlanıb, nə də ümumiyyətlə araşdırılıb”, deyə Dəniz Əsədova vurğulayıb.  

Müğənninin "pensiya əməliyyatı” barədə iddiaları bağlı adı hallanan şəxslərin də mövqeyini öyrənməyə cəhd etdik. Rauf İsfəndiyarov istintaq altında olduğunu görə onunla əlaqə saxlamaq mümkün olmadı. Şahin Verdiyevi də tapa bilmədik. Mehparə Kazımovaya gəlincə, vəkili İlqar Rüstəmov onun barəsində müğənninin səsləndirdiyi iddialara hələ ötən il cavab verib. O, Dəniz Əsədovanın dediklərini əsassız adlandıraraq, onun məhkəmyə verəcəklərini bildirib. 

Artıq Mehparə Kazımova Dəniz Əəsədova barəsində Binəqədi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verib. Şikayətə mayın 22-də hakim Vüsal Tağıyevin sədrliyi ilə baxılacaq.

Məlumat üçün deyək ki, Dəniz Əsədova bu məsələ barədə zaman-zaman açıqlamalar yayıb. Lakin işin detallarına toxunmayıb (qaynarinfo.az). 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:231
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 Dekabr 2024 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see722

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see412

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see280

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see279

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see263

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see261

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see258

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see246

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see240

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see227

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see222

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see221

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see219

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see219

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see218

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see214

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see205

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see197

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri