Icma.az
close
up
RU
Müğənni Dəniz Əsədovadan məhkəmədə KONKRET

Müğənni Dəniz Əsədovadan məhkəmədə KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sabunçu rayonu, 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının həbsdə olan keçmiş baş həkimi Rauf İsfəndiyarovun köməkçisi Məhərrəm Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

KONKRET.az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə müğənni Dəniz Əsədova ifadə verib.

Müğənni ifadəsində bildirib ki, təqsirləndiriləni Bəxtiyar adlı şəxsin vasitəsilə tanıyıb. Onun sözlərinə görə, Məhərrəm Məhərrəmov və Əfsanə Məmmədov onun işi üzrə ifadə verərək guya əlillik dərəcəsinin düzəldilməsi üçün ondan pul alındığını iddia ediblər. Dəniz Əsədova qeyd edib ki, həmin məbləği əslində Mehparə Kazımova alıb və o, Məhərrəm Məhərrəmovu tanımayıb. Müğənni əlavə edib ki, Məhərrəm Məhərrəmovun əlillik dərəcələrinin düzəldilməsi ilə məşğul olması barədə məlumatı yoxdur.

İfadələr arasında ziddiyyət yarandığı üçün Dəniz Əsədovanın ibtidai istintaq zamanı verdiyi ifadə məhkəmədə elan edilib. O, istintaqdakı ifadəsində əlillik dərəcəsinin düzəldilməsi üçün alınan pulları Rauf İsfəndiyarova çatdırdığını bildirib.

Lakin məhkəmə iclasında Dəniz Əsədova ilkin ifadəsini dəyişərək həmin məbləği borc kimi verdiyini deyib.

Məhkəmə prosesinin növbəti iclası fevralın 28-də davam etdiriləcək.

Qeyd edək ki, Sabunçu rayonu, 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının həbsdə olan keçmiş baş həkimi Rauf İsfəndiyarovun köməkçisi Məhərrəm Məhərrəmov cinayət məsuliyyətinə cəlb edilib.

İttihama görə, Məhərrəm Məhərrəmov Rauf İsfəndiyarovla müraciət edən şəxslər arasında “körpü” rolunu oynayıb. Həmin şəxslər əlillik dərəcəsi, sosial müavinət və digər sosial təminatlar almaq məqsədilə onun vasitəsilə baş həkimə rüşvət veriblər.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Məhərrəm Məhərrəmova Cinayət Məcəlləsinin 32.5 və 311.3.3-cü (külli miqdarda rüşvət almağa kömək etmə) maddələri və digər maddələri ilə ittiham irəli sürülüb. Onun barəsində məhkəməyədək həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 Yanvar 2026 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri