Icma.az
close
up
RU
Müğənni Elçin qadınları fahişəliyə cəlb edirmiş TƏFƏRRÜAT

Müğənni Elçin qadınları fahişəliyə cəlb edirmiş TƏFƏRRÜAT

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiyanın paytaxtı Moskva şəhərində xeyli sayda azərbaycanlı qadını fahişəliyə cəlb edən "Maşa" ləqəbli Mətanət Məmmədovaya hökm oxunub.

Oxu.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, ötən ilin oktyabr ayında hava limanında saxlanılan 1979-cu ildə Balakəndə doğulmuş, Rusiya Federasiyasının vətəndaşı olan Mətanət Məmmədovaya Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə cinayət işi açılıb, işə baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmədə məlum olub ki, Rusiyada "Maşa" ləqəbi ilə tanınan Mətanət Məmmədova Moskva şəhərində xeyli sayda icarəyə götürülmüş kafe və restoran işlədib. Həmçinin azərbaycanlı müğənnilərin Moskvada kafe və restoranlarda çıxışlarına təşkilatçılıq da edib.

O, 20-yə yaxın azərbaycanlı qadını Moskvada fahişəliyə cəlb etməkdə ittiham edilib. Zərərçəkmiş qadınlardan biri hətta "Maşa" ləqəbi ilə tanınan Mətanət Məmmədovaya görə Rusiyada meşələrin birində ağaca bağlanaraq cinsi təcavüzə məruz qaldığını deyib. Digər zərərçəkmiş qadınlar da yüksək məbləğdə maaş vədi ilə aldanaraq Moskvaya getdiklərini və orada Mətanət Məmmədova tərəfindən cinsi istismara məcbur edildiklərini deyiblər. Hətta bəzi qadınlar Azərbaycana qayıtdıqdan sonra Mətanət Məmmədova tərəfindən video görüntülərlə şantaj edilərək Moskvaya geri dönməyə məcbur ediliblər.

Mətanət Məmmədovanı zərərçəkmiş qadınların bəziləri ilə müğənnilik fəaliyyəti ilə məşğul olan "Elçin Göyçaylı" kimi tanınan şəxsin tanış etməsi də məlum olub. Elçin qadınlara yüksək maaş veriləcəyi vədi ilə Mətanət Məmmədovanın yanına göndərib. Şahid qismində "Elçin Göyçaylı" ilə duet ortağı olan qadının da məhkəmədə ifadəsi alınıb.

Elçin Göyçaylı

Mətanət Məmmədova məhkəmədə özünü qismən təqsirli bilib. Deyib ki, son 32 il ərzində 4-cü dəfədir Azərbaycana - anasının qəbrini ziyarət etmək üçün gəlib. Oktyabr ayında zərərçəkmiş qadınların şikayəti əsasında saxlanılıb. Təqsirləndirilən şəxs zərərçəkmiş qadınları məcburi deyil, öz istəkləri ilə fahişəliyə cəlb etdiyini də deyib: "Qızlara onlarla görüşmək istəyən kişilər olduğunu deyəndə özləri sevinə-sevinə görüşə gedirdilər".

Məhkəmənin qərarı ilə Mətanət Məmmədova 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 Yanvar 2025 21:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see556

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see504

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see346

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see275

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see253

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see246

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see226

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see220

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see217

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see212

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see205

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see196

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see193

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see187

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see186

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see185

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri