Icma.az
close
up
RU
Müğənni qadınları fahişəliyə cəlb etməsi iddiasından danışdı

Müğənni qadınları fahişəliyə cəlb etməsi iddiasından danışdı

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Son günlər barəmdə yayılan xəbərlər şayiədir. Əgər mən qadınları fahişəliyə cəlb etmişəmsə, niyə azadlıqdayam?”

Globalinfo.az xəbər verir ki, bunu Lent.az-a açıqlamasında müğənni Elçin Göyçaylı deyib. Onun sözlərinə görə, barəsində yayılan bu xəbəri mətbuatdan və yaxınlarından eşidib:

“Həmin Mətanət adlı xanımla Moskvada el şənliklərinin birində tanış olmuşam. Məni məclisə dəvət ediblər, oxuyub qonorarımı almışam. Bütün yaxınlarımın içində biabır olmuşam. Əgər bu işdə mən suçlu olsaydım, indi evimdə yox, həmin qadınla birgə cəzaçəkmə müəssisəsində olardım. Saytlar xəbəri dəqiqləşdirmədən və mənim fikrimi öyrənmədən paylaşıblar. Həmin sayt rəhbəri ilə danışdıqda məndən 300 manat müqabilində xəbəri siləcəyini bildirdi. Mən heç bir qadını əxlaqsızlığa sövq etməmişəm və bu məsələdə mənim adımın hallanması şəxsi, eləcə də iş həyatıma mənfi təsir göstərib. Hər kəs də bilir ki, mən 44 günlük Vətən müharibəsi zamanı vətənpərvərlik mahnıları bəstələyərək ifa etdim. Təkcə mənim “Noldu Paşinyan” adlı mahnım dillər əzbəri oldu. Artıq vəkil tutmuşam və həmin saytları məhkəməyə verəcəyəm”.

Müğənni onu da bildirib ki, bu xəbərin yayılmasının arxasında ona qısqanclıq edənlər durur:

“Təxminən ay yarım bundan qabaq Əhmədli qəsəbəsində evimə gedərkən 3 nəfərin hücumuna məruz qaldım. Onlar mənə ciddi xəsarətlər yetirərək çənəmi sındırdılar. Hüquq-mühafizə orqanları məsələyə həssas yanaşdılar və həmin şəxslər barəsində cinayət işi açıldı. Hazırda Xətai Rayon Məhkəməsində işimiz davam edir. Bu hadisədən sonra barəmdə böhtan xarakterli xəbərlərin yayılması məni heç də təəccübləndirmədi. Ümid edirəm ki, həmin dezinformasiyanı ötürənlər və xəbəri ilk paylaşan saytlar cəzasını alacaq”.

Qeyd edək ki, mətbuatda müğənni Elçin Göyçaylının qadınları Moskvaya apararaq fahişəliyə cəlb etməsi ilə bağlı xəbərlər yayılıb. Belə ki, Rusiyada “Maşa” ləqəbi ilə tanınan Mətanət Məmmədova Moskva şəhərində xeyli sayda icarəyə götürülmüş kafe və restoran işlədib, həmçinin azərbaycanlı müğənnilərin Moskvada kafe və restoranlarda çıxışlarına təşkilatçılıq da edib.

O, 20-yə yaxın azərbaycanlı qadını Moskvada fahişəliyə cəlb etməkdə ittiham olunub. Mətanət Məmmədovanı zərərçəkmiş qadınların bəziləri ilə müğənnilik fəaliyyəti ilə məşğul olan “Elçin Göyçaylı” kimi tanınan şəxsin tanış etməsi də məlum olub. Elçin qadınları yüksək maaş vədi ilə Mətanət Məmmədovanın yanına göndərib. Şahid qismində “Elçin Göyçaylı” ilə duet ortağı olan qadının da məhkəmədə ifadəsi alınıb. Məhkəmənin qərarı ilə Mətanət Məmmədova 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Yanvar 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see460

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see345

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see291

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see287

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see258

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see243

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see240

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see236

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see230

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see230

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see223

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see221

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see220

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see218

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see211

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see202

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see199

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see186

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see185

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri