Icma.az
close
up
RU
Süd niyə bahalaşır? Rəqəmlər diqqət çəkdi

Süd niyə bahalaşır? Rəqəmlər diqqət çəkdi

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

2026-cı ilin ilk üç ayında Azərbaycan xaricdən 5 min 858 ton süd və qaymaq alıb. Rəsmi statistikaya görə, bu idxala 10 milyon 386 min ABŞ dolları vəsait sərf olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 35 faiz, dəyər baxımından isə 61 faiz artım deməkdir. Müşahidə olunan artım tempi bu seqmentdə ciddi struktur dəyişikliklərinin baş verdiyini göstərir. Belə olan halda sual yaranır: süd və qaymaq idxalına çəkilən xərclərin kəskin artımının səbəbi nədir?

Moderator.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Həm idxal, həm də xərc artıb

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin fikrincə, süd və qaymaq idxalına çəkilən xərclərin kəskin artımı təkcə qiymətlərin bahalaşması ilə izah oluna bilməz. Onun sözlərinə görə, burada həm idxal həcminin genişlənməsi, həm də xarici bazarlarda baş verən dəyişikliklər mühüm rol oynayır. Belə ki, idxalda təxminən 35 faizlik artım qeydə alınıb ki, bu da daxili istehsalın mövcud potensialına baxmayaraq, tələbatın yerli imkanlar hesabına tam ödənilmədiyini göstərir. Nəticədə bazarda yaranan boşluq idxal hesabına doldurulur.

Süd niyə bahalaşır? - Rəqəmlər diqqət çəkdi

Ekspert qeyd edir ki, hazırda dünyada müşahidə olunan geosiyasi proseslər də qiymətlərin formalaşmasına birbaşa təsir edir. Enerji resurslarının bahalaşması, nəqliyyat xərclərinin artması və logistika zəncirlərinin uzanması xüsusilə tez xarab olan məhsullar üçün daha ciddi problemlər yaradır. Süd və qaymaq məhsullarının daşınması isə xüsusi "soyuq zəncir" sistemi tələb etdiyindən, bu sahədə xərclər daha yüksək olur. Üstəlik, geosiyasi qeyri-sabitlik dövründə sığorta haqlarının artması da idxalın maya dəyərini yüksəldən amillər sırasındadır. Bu səbəbdən, süd və qaymaq idxal edən bütün ölkələr kimi Azərbaycan da qlobal qiymət artımının təsiri altındadır. Məlumatlara görə, ölkədə bu məhsullar üzrə qiymət artımı təxminən 19,3 faiz təşkil edir.

Premium məhsullara artan maraq

A.Nəsirli diqqətə çatdırır ki, idxal strukturunda da müəyyən dəyişikliklər müşahidə olunur. Belə ki, bazarda məhsul çeşidi genişlənib, yeni brendlər ortaya çıxıb və daha yüksək keyfiyyətli, premium seqmentə aid məhsulların idxalı artıb. Bu isə onu göstərir ki, ölkə daxilində daha keyfiyyətli və fərqli məhsullara tələbat formalaşır. Lakin bu tendensiya ümumi idxal dəyərinin yüksəlməsinə də təsir edir.

Süd niyə bahalaşır? - Rəqəmlər diqqət çəkdi

Ekspertin sözlərinə görə, Azərbaycan uzun illər süd və süd məhsulları üzrə idxalda əsasən daha ucuz mənbələrə, xüsusilə İrana üstünlük verirdi. Lakin son dövrlərdə mövcud geosiyasi və iqtisadi vəziyyət səbəbindən bu istiqamətdə idxal imkanları məhdudlaşıb. Nəticədə, həm ucuz məhsul təklifi azalıb, həm də İrandan gələn məhsulların qiyməti müəyyən qədər yüksəlib. Bu boşluğu doldurmaq üçün alternativ bazarlara yönəlmişik.

Hazırda idxal coğrafiyası daha da genişlənib və Rusiya, Türkiyə, Belarus, Qazaxıstan, Qırğızıstan, eləcə də Avropa ölkələrindən süd və qaymaq məhsulları gətirilir. Lakin bu ölkələrdən idxal olunan məhsulların əhəmiyyətli hissəsi daha yüksək qiymətli seqmentə aid olduğundan, ümumi idxal xərcləri də artır.

Yerli istehsalı zəiflədən amillər

Məsələnin digər tərəfi isə daxili istehsalın niyə bu tələbatı qarşılaya bilməməsi ilə bağlıdır. Ekspertin fikrincə, bu, heyvandarlıq sektorunda mövcud olan sistemli problemlərlə əlaqədardır. Əsas çətinliklərdən biri örüş sahələrinin məhdudlaşmasıdır. Azərbaycanda təxminən 1,5 milyon hektar örüş sahəsinin olduğu bildirilsə də, onun 400 min hektardan çox hissəsi müxtəlif səbəblərlə istifadədən çıxıb və ya başqa təyinatlara yönəldilib. Bu isə heyvandarlığın genişlənməsi imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Bununla yanaşı, istehsal xərclərinin artması da fermerlərin fəaliyyətini çətinləşdirir. Ekspert qeyd edir ki, bəzi ölkələrlə müqayisədə Azərbaycanda dizel yanacağının qiyməti yüksəkdir və bu, istehsalın maya dəyərinə birbaşa təsir edir: "Nəzərə alsaq ki, kənd təsərrüfatında xərclərin 30-40 faizi məhz yanacaqla bağlıdır, bu artımın ümumi qiymətlərə təsiri qaçılmaz olur. Digər mühüm məqam isə subsidiyalaşma mexanizmi ilə bağlıdır. Heyvandarlıq sahəsində subsidiyalar məhduddur. Bunun əsas səbəblərindən biri heyvanların qeydiyyat və identifikasiya sisteminin tam formalaşmamasıdır. Mövcud vəziyyətdə heyvanların cəmi 10-15 faizinin rəsmi qeydiyyata alındığı bildirilir ki, bu da subsidiyaların tam və effektiv şəkildə tətbiqini çətinləşdirir".

Süd niyə bahalaşır? - Rəqəmlər diqqət çəkdi

İstehsal xərclərinin artımı bazarı dəyişir

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Cəfər İbrahimlinin sözlərinə görə, son dövrlərdə yem qiymətlərinin yüksəlməsi süd istehsalının maya dəyərinə birbaşa təsir göstərib. Bu tendensiya xüsusilə qış aylarında daha qabarıq hiss olunub və nəticədə fermer təsərrüfatlarından çıxış qiymətləri ilk dəfə olaraq 98 qəpik-1 manat səviyyəsinə yaxınlaşıb. Südün ilkin satış qiymətində baş verən bu artım emal müəssisələrinin xərclərini yüksəldib və onları alternativ xammal mənbələri axtarmağa sövq edib. Nəticə etibarilə, bir sıra müəssisələr daha sərfəli qiymət və stabil təchizat üçün yaxın xarici bazarlara yönəlib, bu isə süd və qaymaq idxalının artmasına təkan verən əsas amillərdən birinə çevrilib.

İdxal strukturunda dəyişiklik

Ekspert diqqətə çatdırır ki, bazarda başqa bir mühüm dəyişiklik də müşahidə olunur. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə kərə yağı idxalında azalma qeydə alınıb. Bu isə idxal strukturunun dəyişdiyini göstərir: artıq hazır məhsuldan daha çox xammal formasında - yəni süd və qaymaq şəklində məhsullar ölkəyə gətirilir. Bu xammal daxildə emal olunaraq son məhsula çevrilir və bazara təqdim edilir.

Süd niyə bahalaşır? - Rəqəmlər diqqət çəkdi

C.İbrahimli vurğulayır ki, idxal olunan xammalın bir hissəsi yalnız daxili tələbatı ödəmək üçün deyil, eyni zamanda emal edilərək yenidən ixrac üçün də istifadə olunur. Xüsusilə kərə yağı istehsalı bu baxımdan önə çıxır. Bu isə onu göstərir ki, Azərbaycan süd məhsullarının emalı sahəsində müəyyən istehsal və texnoloji potensiala malikdir və bu potensialdan istifadə getdikcə genişlənir.

Ekspertin fikrincə, bu tendensiya müsbət qiymətləndirilə bilər. Əgər xammal bazası gücləndirilərsə, gələcəkdə daxili istehsal hesabına xama, qaymaq və kərə yağı kimi məhsulların istehsalının həcmini artırmaq mümkündür. Bu isə həm idxaldan asılılığın azalmasına, həm də ixrac imkanlarının genişlənməsinə şərait yarada bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 İyun 2026 20:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see360

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see352

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see280

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see265

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see257

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see249

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see248

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see247

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see241

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see240

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see229

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see222

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see217

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see215

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see209

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see204

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see201

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see200

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri