Icma.az
close
up
RU
MÜĞƏNNİYƏ BİNANIN BİR MƏRTƏBƏSİNİ KİM HƏDİYYƏ EDİB? Deputat susur, müğənni isə...

MÜĞƏNNİYƏ BİNANIN BİR MƏRTƏBƏSİNİ KİM HƏDİYYƏ EDİB? Deputat susur, müğənni isə...

Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Kristal Abşeron” MTK-nın icraçı direktoru Məhayət Nəbiyev “Pişik” ləqəbli müğənni Günel Ələkbərovaya etdiyi hədiyyə ilə gündəmə gəlib.

Deputat Ağalar Vəliyevin sahibi olduğu “Kristal Abseron” MTK-nın Xırdalan layihəsindəki binanın bir mərtəbəsinin tamamının müğənniyə hədiyyə edildiyi iddia edilir.

İddiaya görə, müğənninin sənətinə hörmət əlaməti olaraq belə bir addım atılıb.

Məsələ ilə bağlı jurnalistlər “Kristal Abşeron” şirkətinin marketinq şöbəsindən Rəşad Qurbanovla əlaqə saxlayıb və belə bir “obyekt”in olub -olmaması ilə maraqlandıq. Şirkət rəsmisi müştərilərin məxfi məlumatları barədə heç bir açıqlama verə bilməyəcəklərini açıqlayıb.

Günel Ələkbərovanın da özü ilə əlaqə saxlamağa çalışsaq da “bir azdan zəng edərsiz” deyib dəstəyi asdı. Bir müddət sonra növbəti zənglərimizdə dəstəyi qaldırmadı.

Xatırladaq ki, mətbuatda A,Vəliyevin böyük biznes şəbəkəsinin olması və “Azəraqrartikinti” ASC idarə heyətinin sədri olduğu yazılıb. Həmçinin iddiaya görə İstanbulun Alemdar məhəlləsi, Başmühasip küçəsi -10 ünvanında yerləşən otel Pərviz Vəliyevin 2015-ci ilin avqustun 24-də İstanbul Ticaret Odasında qeydiyyatdan keçirdiyi PZ GRUP TURİZM İNŞAAT SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ üzərindən idarə olunur.

Pərviz Vəliyev Azərbaycandakı PZ ŞİRKƏTLƏR QRUPU-nun rəhbəridir. Ağalar Vəliyev bu şirkət üzərindən plastik pəncərələr istehsal edən fabrikin, betonzavodun və “MƏLƏK” ailə-uşaq əyləncə mərkəzinin sahibidir. “MƏLƏK” ailə-uşaq əyləncə mərkəzinin daxilində kiçik hostel və özəl bağça fəaliyyət göstərir. Bu da P.Vəliyevin özünün nəzarətindədir.

Deputatın Azərbaycanda da böyük biznesi var. Elə Bakıda çoxsaylı ərazilərdə, hətta metro çıxışlarının üstündə, dəmiryol xətlərinin bir addımlığında yüksəkmərtəbəli binalar tikərək, çox baha kredit faizləri ilə satan “Kristal Abşeron” tikinti şirkəti də Ağalar Vəliyevə məxsusdur.

Tezadlar.az onu da xatırladır ki, A.Vəliyev Bakının Nərimanov prospektində (A.Şaiq küçəsi-İmam Hüseyn Məscidi ərazisi, N.Nərimanovun heykəlinin qarşısı) köhnə binaların sökülərək göydələn tikməsi ilə də gündəmdədir. Belə ki, bir qrup sakin redaksiyaya şikayət edərək onların evlərinin çox ucuz qiymətə alınaraq guya ərazidə park salınacağını sakinlərə deyiblər, amma sonradan məlum olub ki, onların evləri müxtəlif kənar şəxslərin adına sənədləşdirilib və s.

“Təzadlar”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:26
embedMənbə:https://mia.az
archiveBu xəbər 30 Dekabr 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see347

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see151

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see150

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see139

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see138

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see135

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri