Icma.az
close
up
RU
Mühacirət ədəbiyyatının tədqiqinə töhfə

Mühacirət ədəbiyyatının tədqiqinə töhfə

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Abid Tahirlinin “Abay Dağlının həyat və yaradıcılığı” monoqrafiyası haqqında düşüncələr

Bu gün Azərbaycan ədəbiyyatşünaslığında mühacir ədəbiyyatının, mətbuatının tədqiqindən söz düşəndə ilk yada düşən adlardan biri də Abid Tahirlidir. AMEA Nizami adına Ədəbiyyat İnstitutu Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor Abid Tahirlinin adı daha bir tədqiqatı ilə gündəmə gəlib. 

O, 70 illik ömrünün tən yarısını bu sahəyə həsr edib, repressiya illərinin cəmiyyətdən qopardığı işıqlı insanları - söz-sənət adamlarını yenidən üzə çıxarmağa, onların elmi, bədii, ictimai-siyasi fəaliyyətlərini geniş ictimaiyyətə təqdim etməyə nail olub. Bu şərəfli missiyasına ilk əvvəl publisistikasında, jurnalist fəaliyyətində başlayıb, sonradan bu axtarışlar, tədqiqlər bədii-elmi müstəviyə keçib və bu gün paralel aparılır.

Abid Tahirlinin XX əsr Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan mühacir yazıçı, dramaturq Mirzə Abay Dağlının həyat və yaradıcılıq yolundan bəhs edən yeni monoqrafiyasını onun təd-
qiqatçı alim kimi elmi fəaliyyətinin mühüm nailiyyəti, böyük uğuru hesab etmək olar. Xalq yazıçısı Elçin kitaba yazdığı ön sözdə müəllifin mühacirət mövzusuna sadiqliyini yüksək dəyərləndirib: “A.Tahirlinin mühacirət mətbuatı və ədəbiyyatı ilə bağlı araşdırmalarında, məqalə və monoqrafiyalarında qələm sahiblərinə hörmət, ehtiram var, ancaq aludəçilik yoxdur, çünki söhbət tədqiq və təhlil obyektinə ciddi və obyektiv münasibətdən gedir. 

Onun son illərdə yazdığı “Ceyhun Hacıbəylinin həyat və yaradıcılıq yolu” (Bakı, “Elm və təhsil”, 2019.), “Məhəmməd Altunbayın həyatı və yaradıcılığı” (Bakı, “Xəzər” Universiteti Nəşriyyatı, 2023.) kimi monoqrafiyalarından sonra “Abay Dağlının həyatı və yaradıcılığı” monoqrafiyası yeni yaradıcılıq uğurudur və Abid bu silsiləni belə bir ardıcıllıqla davam etdirsə, elə bilirəm ki, ədəbi mühacirətşünaslığımızın mənzərəsi bütövlük, müfəssəllik baxımından qazanmış olar”.

Mühacirət ədəbiyyatını, xüsusən bu ədəbiyyatın XX əsrin 30-60-cı illər dövrünü tədqiq etməyi əksər ədəbiyyatşünas alimlər iynə ilə gor qazmaq adlandırırlar. Səbəb də budur ki, həmin dövrdə mühacirət etmiş şair, nasir, publisistlərin yazılı irsi repressiya xofundan, stalinizmin vahiməsindən, demək olar ki, məhv edilib, arxivlərdəki az-çox mənbələri üzə çıxarmağa isə günün bu günündə də müəyyən maneələr yaradılır. Güman qalır qonşu Türkiyə Cümhuriyyətinin və bir çox Avropa ölkələrinin arxivlərinə ki, Abid Tahirli də elmi tədqiqatında ən çox bu mənbələrdən bəhrələnib. Professorun Türkiyə, Fransa, Almaniya muzey və arxivlərindən olan paylaşımlarını diqqətlə izləyənlər bilir ki, tədqiqatçı alimin bu gedişləri təsadüfi deyil, yeni, növbəti elmi araşdırma mövzusudur, yeni monoqrafiyanın yazılması üçün zəmindir, növbəti addımdır.

Mütəxəssislər Abid Tahirlinin yeni nəşr olunmuş “Abay Dağlının həyat və yaradıcılığı” monoqrafiyasını bu yaradıcı şəxsiyyətin bədii irsinin araşdırılması istiqamətində sanballı və fundamental tədqiqat işi hesab edirlər. Xatırladım ki, Abid müəllimin mühacirət mətbuatı və ədəbiyyatının tədqiqi mövzusunda bu günə kimi 19 kitabı və onlarla məqaləsi işıq üzü görüb. 

Görkəmli ədəbiyyatşünas alim Xeyrulla Məmmədovun Abid Tahirlini tədqiq etdiyi sahənin “lokomotivi” adlandırması da təsadüfi ifadə, gəlişigözəl söz deyil, araşdırmaçı alimə uzun illər boyu apardığı silsilə elmi tədqiqatlarına görə verilən dəyərdir. Qeyd edək ki, son monoqrafiyasında Abid Tahirli Abay Dağlının “Onlar türklərdi” romanını, “Dədə Qorqud”, “Malazgirtdən Sakaryaya”, “Sakarya çətəsi”, “Sakarya”, “Atatürk”, “Atamızın gəncliyi”, “Sakaryada 22-ci gün”, “Ata anıları”, “Albay”, “Okullular”, “Füzuli”, “Əsir ruhlar” pyesləri və sair əsərlərini, onun “Mücahid” dərgisində dərc etdirdiyi məqalə və şeirlərini tədqiqata cəlb edib. 

Maraqlı, mürəkkəb və zəngin bir yaradıcılıq yolu keçən Abay Dağlının yaradıcılığı iki mərhələdə tədqiq olunur – mühacirətəqədərki və mühacirət dövrü. Professor A.Tahirli Abay Dağlının mühacirət dövrü yaradıcılığını həm sənətkarlıq, həm də mövzu-ideya baxımından daha zəngin hesab edir, onun “Onlar türklərdi” romanını repressiyanın, bolşevizmin, faşızmin bədii ittihamı adlandırır. 

Abay Dağlının “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında qələmə aldığı “Dədə Qorqud” pyesini təhlil edərkən Abid Tahirli əsərin milli-mənəvi, bəşəri dəyərlərinə xüsusi diqqət çəkir. Bu diqqəti müəllifin təhlil üçün seçdiyi şeir parçalarında da görmək mümkündür:

Yurdunu sevmirsə böyük hökmdar,
Bilməm ki, nasıl bir böyüklüyü var.
Başda olan kişi yol açmalıdır, 
Ətrafa hər zaman nur saçmalıdır.

Abid Tahirlinin monoqrafiyası təkcə elmiliyinə, bədiiliyinə görə əhəmiyyətli deyil, yurd həsrəti ilə qərib ölkələrdə həyatdan köçən oğullarımızın tanıdılması istiqamətində atılmış növbəti bir addımdır, onlara sözlə qoyulmuş abidədir, milli yaddaşımızı oyaq saxlayan əcəl zəngidir: 

Yetər unutduğum kəndi adımı, 
Dilimi, ruhumu və əcdadımı.

Oxuculara bir anons da verim. Professor Abid Tahirli daha bir monoqrafiya üzərində çalışır. Nağı Şeyxzamanlının həyat və yaradıcılığından bəhs edən bu monoqrafiyasında da Abid müəllim mühacirət mövzusuna sadiq qalır. 

Esmira İsmayılova, 
filologiya üzrə fəlsəfə doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 İyul 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see393

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see383

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see336

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see311

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see305

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see244

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see244

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see242

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see239

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see219

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see213

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see210

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see206

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see202

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see201

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see201

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see197

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see197

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see190

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri