Icma.az
close
up
RU
Şərq ədəbiyyatının incisi...

Şərq ədəbiyyatının incisi...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Məhsəti Gəncəvinin doğum günüdür

Zəngin ənənələrə malik çoxəsrlik Azərbaycan poeziyasının tanınmış nümayəndəsi Məhsəti Gəncəvinin ədəbiyyatımızın tarixində özünəməxsus yeri var. Onun yaratdığı söz sənəti nümunələri insanı ucaldan yüksək bəşəri duyğular, nikbin ruh və dərin lirizmlə səciyyələnir. Şairənin ədəbi şəxsiyyəti yaradıcı Şərq qadınının fikir və mənəvi azadlığının parlaq təcəssümü kimi Qərb şərqşünaslarının əsərlərində çox yüksək dəyərləndirilib.

Bu gün şairənin anadan olmasından 936 il ötür. Gəncə şəhərində dünyaya göz açmış Məhsəti Gəncəvi uzun və səmərəli ömür sürüb, müasiri dahi Nizami kimi mükəmməl təhsil alıb, poeziya, fəlsəfə, musiqi, şahmat və başqa sahələrdə dövrünün kişi sənətkarlarından heç də geri qalmayıb. Onun müxtəlif qaynaqlardan toplanmış 200-dən artıq rübaisi Orta əsrlər Azərbaycan renessansının klassik örnəkləri cərgəsində özünə əbədi yer tutub.

Məhsətinin ən böyük nailiyyəti, bir ömür bahasına qazandığı ən başlıca xoşbəxtliyi budur ki, o, şairə olaraq əbədi dirilik, ölməzlik qazandı. O, hüsnüylə, təravətli rübailəriylə, sətrəncdəki istedadıyla, musiqidəki səriştəsiylə, büründüyü şöhrət və diqqət haləsiylə ucaldı.

İlk dəfə olaraq Səhab Tahiri tərəfindən Məhsətinin müxtəlif mənbələrdən rübai, qitə və qəzəlləri toplanıb və 1957-ci ildə 200-ə yaxın şeir parçasından ibarət divanını tərtib edib.

Ədəbiyyatşünasların fikrincə şəhər həyatının, şəhər mədəniyyətinin əsasını təşkil edən əsnaf təbəqəsini - sənət və peşə sahiblərini klassik şeirimizdə Məhsəti səmimiyyəti və Məhsəti qüdrəti ilə öyən ikinci sənətkar yoxdur. O, yaradıcılığının böyük bir hissəsini məhz bu zümrəylə bağlayaraq sənətkarlardan ibarət zəngin obrazlar yaradıb. Məhsəti irsinə bu prizmadan baxarkən onun əsl sənətkar böyüklüyünü anlayırıq və ədəbi hünərinin mahiyyətini dərk edirik. Məhsəti o sənətkarlarımızdandır ki, poetik yadigarlarının bəxtinə sərhədlərdən çıxmaq, ölkələr aşmaq və hər yerdə də qonaq kimi deyil, doğma kimi qarşılanmaq düşür.

Şərq qadınları şahmat oynamaqda yüksək istedad sahibi olublar. Sevimli şairəmiz Məhsəti Gəncəvi də bu müdrik oyunla maraqlanıb. Əmir Əhmədlə şahmat taxtası arxasında oyun zamanı Məhsətinin əqil və fərasəti, istedad və bacarığı sayəsində bədahətən dediyi rübailər onun şahmat oyununun incəliklərinə vararaq, ondan zövq almaq bacarığını göstərir. Azərbaycan qızının yüksək şahmat istedadı alman alimi, şərqşünas F.Meyerin də diqqətini cəlb edir. 1963-cü ildə Visbadendə alman dilində nəşr etdirdiyi “Gözəl Məhsəti” kitabında o, şairənin həyat və yaradıcılığını öyrənmək, onun ədəbi irsini toplayıb nəşr etmək sahəsində faydalı addım ataraq, Məhsətinin Gəncədə doğulduğunu, onun şair, musiqişünas, xanəndə olduğunu, həm də çox gözəl arfa çaldığını göstərmişdi.

Şairə 1160-cı ildə 71 yaşında dünyasını dəyişib. Məhsəti Gəncəvi həqiqi bir şairə oldu, dünyanı daha dərindən duydu, hiss etdi, insan ağrılarına biganə qala bilmədi... Bu, böyük xoşbəxtlik idi ki, ona nəsib olmuşdu!

Yeganə BAYRAMOVA­

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 May 2025 08:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1380

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see670

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see522

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see510

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see497

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see477

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see451

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see433

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see426

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see414

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see398

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see396

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see357

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see345

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see337

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see337

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see322

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see310

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see307

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see269
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri