Icma.az
close
up
RU
Mühafizəçisi Şumaxerin ailəsini görüntülərlə şantaj edib Məhkəmə başladı

Mühafizəçisi Şumaxerin ailəsini görüntülərlə şantaj edib Məhkəmə başladı

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Almaniyanın qərbində Vuppertal şəhərində (Şimali Reyn-Vestfaliya federal torpağı) əfsanəvi pilot Mixael Şumaxerin ailəsini şantaj etməkdə ittiham olunan üç kişiyə qarşı məhkəmə prosesi başlayıb.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə DPA agentliyi xəbər yayıb.

Bildirilib ki, təqsirləndirilən şəxslər günahlarını etiraf ediblər.

Onlardan biri xüsusilə böyük məbləğdə hədə-qorxu ilə tələb etməkdə, digər ikisi isə köməkçilik və təhrikçilikdə ittiham olunur.

Əsas şübhəli şəxs təkcə məhkumluğa malik deyil, həm də saxlanılan zaman sınaq müddətində olub. Buna baxmayaraq, prokurorluq onun üçün maksimum dörd il azadlıqdan məhrumetmə cəzası gözləyir, hökmün yeni ildən tez olmayacağı düşünülür.

Qeyd edilib ki, keçən il sentyabrın 25-də Vuppertal prokurorluğu Şumaxer ailəsinin şantaj cəhdi ilə bağlı üç şübhəli şəxsə qarşı ittiham irəli sürüb. Söhbət Şumaxerlər ailəsinin keçmiş mühafizəçisindən və əlbir olduğu şəxslə oğlundan gedir.

İstintaqın versiyasına görə, keçmiş təhlükəsizlik xidməti əməkdaşı şantaj üçün materiallar toplayıb və sonra onları əlbir olduğu şəxsə ötürüb. Həmin şəxs isə oğlu ilə birlikdə yarışçının ailəsini şantaj etməyə cəhd göstərib və əvəzində 15 milyon avro tələb edib. Əks təqdirdə onlar Şumaxerlər ailəsi haqqında məlumatı darknetdə dərc etməklə hədələyiblər.

Məlumata görə, mühafizəçi yarışçının ailəsində beş ildən çox işləyib. O bu müddət ərzində 1500-dən çox şəxsi foto, video, həmçinin Şumaxer üçün tibbi qeydlər və reseptlər toplamağa nail olub. Keçmiş mühafizəçinin borclarına görə cinayət törətdiyi vurğulanır. Saxlanma zamanı sərt disklər, USB yaddaş qurğuları və mobil telefonlar daxil olmaqla çoxlu sayda sübut müsadirə edilib.

Mixael Şumaxer "Formula-1"in yeddiqat dünya çempionu olub və bu çempionatın tarixində ən yaxşı pilotlardan biri hesab olunur. "Formula-1" dünya çempionatında ən sürətli dövrələr (77), ardıcıl çempion titulları (5) bir çox rekordun sahibidir. Qələbələr (91), podiumlar (155) və poullar (68) üzrə bu göstəricilərdə yalnız britaniyalı pilot Lyuis Hemiltondan geri qalır.

Şumaxer 2013-cü ildə, artıq peşəkar karyerasını başa vurduqdan sonra Fransada Alp dağında xizək sürərkən ağır kəllə-beyin travması alıb. O, uzun müddət yatağa bağlı olub və süni tənəffüs aparatına qoşulub. Şumaxer qəzadan 11 il sonra - qızı Cina Mariyanın toy mərasimində ictimaiyyət arasına çıxıb. Ancaq mərasimdə məxfilik tam təmin olunub, heç kimin Şumaxerin şəklini çəkməməsi üçün villanın girişində bütün qonaqlardan telefonlarını təhvil vermələri istənilib.

Keçmiş yarışçının ailəsi onun hazırkı vəziyyəti barədə təfərrüat açıqlamır və onun şəxsi həyatını ciddi şəkildə qoruyur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:258
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 Yanvar 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see329

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see319

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see288

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see288

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see277

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see275

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see250

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see250

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see239

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see233

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see227

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see223

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see223

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see218

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see217

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see212

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see210

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see207

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see195

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri