Icma.az
close
up
RU
Müharibə belə başladı Məni öldürdülər və ayaqyalın yürüş

Müharibə belə başladı Məni öldürdülər və ayaqyalın yürüş

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Elçin Aslangil yazır...

27 sentyabr. Yuxudan tez oyanmışdım. Pəncərəni açanda havanın ağır, sanki içində yüz illərin nisgili olan bir nəfəs kimi olduğunu hiss etdim. Otağa geri dönəndə yatağımın baş tərəfində qoyduğum kitab diqqətimi çəkdi. Dünən gecə dördüncü dəfə oxuyub tamamladığım kitabın son cümləsi beynimdə dövrə vururdu - "Məni öldürdülər".

Telefonun zəngi çalındı. Bu saatda kim ola bilərdi? Jurnalist dostum idi. Zəngi açdım:

- Alo.

- Deyəsən, yuxulusan? Xəbərin var? Deyirlər, müharibə başlayır. Polad Həşimov şəhid olanda könüllü yazılmışdıq axı. Yəqin, bizi də çağırarlar...

Mən gülümsəyib:

"İndi isə gəl ölüm-ölüm oynayaq.

Əvvəl mən ölüm, sən bilmə,

Sonra sən ölmə, ölmə…" - dedim.

Müharibə mənim üçün belə başladı. Sonra rəsmi açıqlamaları eşitdim, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli çıxışını gördüm və "ölüm-ölüm" oynamağa nə qədər hazır olduğumu anladım. "YouTube" kanalım üçün təbliğat xarakterli bir video hazırladım.

Cəbhədən gələn xəbərləri qaçırmamaq üçün bəzən gecələr səhərə qədər oyaq qalırdım. İnsanlar axın-axın hərbi çağırış məntəqələrinə gedirdilər.

Müharibə üç gün idi ki, davam edirdi. Rayondakı hərbi çağırış məntəqəsinin qarşısında dayanmışdım. Gənclər, qocalar səs-səsə verib: "Ali Baş Komandan, silah ver bizə!" - deyə şüarlar səsləndirirdilər. Bir zabit çağırış məntəqəsinin balkonuna çıxıb qışqırdı: "Qardaşlar, vallah, avtobuslarda yer yoxdur. Lazımlı bildiyimiz şəxsləri də biz özümüz çağırırıq!"

Öndə dayanmış, əlində əsa olan ortayaşlı bir kişi hiddətlə dedi:

- Komandir, and olsun Seyidağa babaya, o yerləri heç kim mənim kimi yaxşı tanımır. Bir də ki, məni qabağa buraxın, minalanmış ərazidə uşaqlara yol açım. Nə olsun, bir ayağım yoxdur, belə olmağıma baxma, cəldəm.

İlahi! Bu mənzərəni görən kim sakit qala bilərdi?! Hamı dişlərini qıcayıb nərə atırdı. Mən fəxarətdənmi, sevincdənmi gözlərindən yaş axmayan adam görmədim. Çağırış məntəqəsinin önünə yığışanların "bayraqdarı" - əli əsalı, Birinci Qarabağ müharibəsinin döyüşçüsü - çiyinlərdə idi. Komandir balkondan qışqırdı: "Ay camaat, mən də gedəcəyəm, hamımız döyüşəcəyik, sakitləşin!"

Gedən getdi, qalan qaldı. Qalanlar gedənlərin döyüş dastanlarını yazdılar - dildən-dilə, ağızdan-ağıza…

Bir gün Suqovuşanın işğaldan azad edilməsi xəbərini eşitdim, amma rəsmi təsdiqi olmadığından susurdum. Həyəcanla bu xəbərin rəsmiləşməsini gözləyirdim. Qəfil dəmir qapımız döyüldü. Müharibə başlayandan hər səsə küçəyə qaçmağa adət etmişdim. Həyətdə anam qapını açırdı. Qapını döyən qonşu qadın idi. Əlində torba vardı. Torbadan bir ovuc konfeti çıxarıb: "Ay Gülşən müəllim, oğlum dünən ağır döyüş keçirdib, salamatdır, şükür Allaha. Mən də buna görə nəzir paylayıram. Ay müəllim, hamıya deyirəm, sizə də deyim - torpaqlarımızın düşməndən təmizləndiyi günə əhd eləmişəm, küçənin bu başından o başına ayaqyalın oynaya-oynaya gedəcəyəm. Kim istəsə, mənə qoşular", - dedi.

Anamın üzündə təbəssüm, gözlərində yaş var idi: "Ay qız, Allah ağzından eşitsin, Allah qəbul eləsin!" - dedi.

Fəqət əvvəl qonşu qadının oğlu öldü, sonra biz ölmədik, ölmədik…

Hər dəfə torpaqlar işğaldan azad edildikcə Ali Baş Komandanın televiziya ekranından çıxışı yayımlanırdı. Onun qətiyyəti, səsi, bir-bir açıqlanan azad edilmiş kənd və şəhər adları həm Orduda, həm də xalqda ruh yüksəkliyi yaradırdı. "Dəmir yumruq" ifadəsi dillərə düşmüşdü. 30 ilə yaxın davam edən işğala son qoyulacağına əminlik daha da möhkəmlənmişdi. Müharibə təkcə səngərlərdə deyil, həm də siyasi və diplomatik müstəvidə gedirdi: İlham Əliyev dünyanın ən nüfuzlu tribunalarında Ermənistanın işğalçılıq siyasətini faktlarla ifşa edir, informasiya cəbhəsində Azərbaycan həqiqətlərini müdafiə edir, beynəlxalq təzyiqlərə baxmayaraq, ölkənin mövqeyini qətiyyətlə qoruyurdu. Onun siyasi səriştəsi, diplomatik çevikliyi və ordunun irəliləməsi ilə paralel apardığı informasiya müharibəsi Azərbaycanın tarixində yeni bir mərhələ açırdı.

44 günlük Vətən müharibəsi xalqla Ordunun, Ali Baş Komandanın birliyinin simvoluna çevrilmişdi. Cəbhədə əsgər vuruşur, arxada xalq dua edir, diplomatik arenada İlham Əliyev haqq savaşının haqq sözünü deyirdi. Bu müharibə həm də göstərdi ki, xalqla lider birləşəndə, dövlətlə vətəndaş bir səngərdə olanda tarix yazılır.

Qonşu qadın isə vədinə əməl etdi. 8 noyabr 2020-ci ildə, Zəfər Günündə başında qara örpək, qadınlarla birlikdə küçənin bu başından o başına ayaqyalın oynaya-oynaya yürüdü. Bu yürüş təkcə onun deyil, bütün Azərbaycanın, 44 günlük müharibədə Ali Baş Komandanın qətiyyəti və siyasi səriştəsi ilə döyüşən əsgərlərin qələbə sevincinin simvolu idi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Sentyabr 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see331

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see316

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see309

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see308

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see289

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see280

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see275

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see266

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see254

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see241

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see240

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see240

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see237

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see236

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see232

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see230

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see222

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see201

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see185

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri