Icma.az
close
up
RU
Müharibə bitmir, sadəcə görüntü yaradılır KONKRET

Müharibə bitmir, sadəcə görüntü yaradılır KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

ABŞ Prezidenti Donald Trampın İranla hərbi əməliyyatların tezliklə başa çatacağına dair açıqlaması bölgədə mümkün atəşkəs və sülh perspektivlərini yenidən gündəmə gətirib. Lakin tərəflər arasında əsas məsələlər üzrə hələ də razılığın əldə olunmadığı bir vaxtda bu bəyanatın nə dərəcədə real olduğu suallar doğurur. Trampın “tezliklə” ifadəsi konkret hansı zaman kəsiyini nəzərdə tutur və ABŞ-İran qarşıdurmasının yaxın günlərdə başa çatması nə qədər mümkündür?

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Donald Tramp daha əvvəl də İranla müharibənin başa çatacağı və tərəflər arasında razılaşmanın əldə olunacağı ilə bağlı oxşar bəyanatlar səsləndirib.

“Tramp indiyədək dəfələrlə bəyan edib ki, İranla müharibə sona çatır və ABŞ ilə İran arasında saziş imzalanacaq. Lakin sonradan məlum olub ki, ortada hər hansı konkret anlaşma yoxdur. Bu baxımdan, qarşıdurmanın davam edəcəyi ehtimalı daha yüksək görünür. İndiki açıqlamalar da əvvəlkilərdən ciddi şəkildə fərqlənmir. Böyük ehtimalla, iki ölkə arasında gərginlik hələ bir müddət davam edəcək”.

Politoloqun sözlərinə görə, hazırkı mərhələdə Tramp administrasiyası üçün müvəqqəti də olsa, atəşkəs və sülh görüntüsü yaratmaq siyasi baxımdan mühüm əhəmiyyət daşıyır.

“ABŞ-da aralıq seçkiləri keçiriləcək. Tramp administrasiyası və Respublikaçılar Partiyası seçkilərə müharibə şəraitində getmək istəmir. Yaxın Şərqdə davam edən hərbi qarşıdurma ABŞ daxilində mənfi siyasi amil kimi qiymətləndirilir və bu, seçkilərin nəticələrinə təsir göstərə bilər. Məhz buna görə də Vaşinqton hazırda hərbi ritorikadan daha çox sülh mesajları verməyə üstünlük verir. Bunun arxasında isə əsasən daxili siyasi maraqlar dayanır”.

Elçin Xalidbəyli hesab edir ki, hazırda ABŞ və İran arasında uzunmüddətli sülhü təmin edəcək əsas şərtlər hələ formalaşmayıb.

“ABŞ və İran arasında davamlı sülhü təmin edə biləcək amillər hələ mövcud deyil. Hər iki tərəfin strateji hədəfləri var və bu məqsədlərə tam nail olunmayıb. Xüsusilə ABŞ-ın qarşıya qoyduğu əsas məqsədlərin reallaşdığı görünmür”.

Politoloq əlavə edib ki, yaxın vaxtlarda atəşkəs və ya sülh sazişi imzalansa belə, bu, Yaxın Şərqdə hərbi-siyasi qarşıdurmanın tam başa çatması demək olmayacaq.

“Yaxın vaxtlarda sülh sazişi adlandırılan hər hansı sənəd imzalansa belə, bölgədə hərbi-siyasi gərginlik uzun müddət davam edə bilər. Tərəflərdən birinin və ya hər ikisinin strateji maraqları təmin olunana qədər bu qarşıdurma beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qalacaq”.

Beləliklə, ekspertin fikrincə, Donald Trampın “tezliklə” ifadəsi ABŞ-İran müharibəsinin yaxın günlərdə tam başa çatacağı anlamına gəlmir. Daha çox müvəqqəti atəşkəsin əldə olunması və diplomatik danışıqların aktiv fazaya keçməsi ehtimalı ön plana çıxır.

Aynurə İsmayıl
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 Avqust 2026 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri