Icma.az
close
up
RU
Müharibə dövründə 4 mindən artıq ukraynalı Moldova vətəndaşlığı üçün müraciət edib

Müharibə dövründə 4 mindən artıq ukraynalı Moldova vətəndaşlığı üçün müraciət edib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Kişineu, 18 avqust, AZƏRTAC

Ukraynada müharibə başlayandan bəri 4 mindən çox ukraynalı Moldova vətəndaşlığı üçün müraciət edib. Belə ki, 2,6 mindən çox ukraynalı Moldova vətəndaşlığını qəbul edib və təxminən bir o qədər də həmin ölkənin vətəndaşı kimi tanınıb. Bu barədə Moldova Baş Miqrasiya Müfəttişliyi məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, Moldovada 2023-cü il martın 1-dən Ukraynadan olan miqrantların müvəqqəti müdafiəsi mexanizmi fəaliyyətə başladığı vaxtdan indiyədək Kişineu 80 minə yaxın Ukrayna vətəndaşına, o cümlədən 18 min 785 yetkinlik yaşına çatmayan şəxslərə müvəqqəti müdafiə sənədləri təqdim edib.

Bununla yanaşı, bu müddət ərzində Moldova hakimiyyəti 3785 Ukrayna vətəndaşına müvəqqəti yaşayış hüququ sənədləri verib, 2685 ukraynalı isə daimi yaşamaq üçün sənədləri qəbul edib.

Avqustun 18-nə olan məlumata görə, sığınacaq sistemində 442 Ukrayna vətəndaşı qeydiyyata alınıb, onlardan biri qaçqındır, 240 nəfər humanitar müdafiədən istifadə edir, 201 nəfər isə sığınacaq istəyib.

2022-ci ildə Ukraynada müharibə başlayandan indiyədək 2630 Ukrayna vətəndaşı Moldova vətəndaşlığını qəbul edib, daha 2843 ukraynalı isə bu ölkənin vətəndaşlığını təsdiqləyib. Ümumilikdə, bu müddət ərzində 4407 ukraynalı Moldova vətəndaşlığı üçün müraciət edib.

Xatırladaq ki, Ukraynada müharibə başlayandan bəri 1,2 milyondan çox ukraynalı Moldova ərazisinə keçib və hazırda bu ölkədə 128 minə yaxın ukraynalı qaçqın qeydiyyatdadır.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Avqust 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see1113

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see256

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see198

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see188

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see147

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see145

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see141

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see140

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see138

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see137

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see137

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see136

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

16 Noyabr 2025 20:49see132

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see131

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see130

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

16 Noyabr 2025 23:38see130

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see127

Dünyanın ən nəhəng abidələri

17 Noyabr 2025 06:02see126

Toral Bayramov millimizin oyununda forma imzaladı Maraqlı kadrlar yalnız da (VİDEO)

17 Noyabr 2025 00:06see123

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri