Icma.az
close
up
RU
Müharibə qorxusu: Xəstəxanalar sığınacağa çevrilir

Müharibə qorxusu: Xəstəxanalar sığınacağa çevrilir

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Almaniyada təhlükəsizliklə bağlı yeni narahatlıq dalğası yaşanır. Ölkənin Səhiyyə Nazirliyi müharibə ehtimalına qarşı xəstəxanalar üçün xüsusi mülki müdafiə planını işə salıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. Qeyd olunur ki, Almaniyada mümkün genişmiqyaslı qarşıdurma və ya hücum ehtimalına qarşı səhiyyə infrastrukturu hazır vəziyyətə gətirilir.

Yeni plana əsasən, ölkədəki xəstəxanalar enerji, su və rabitə sistemləri baxımından dayanıqlı hala gətiriləcək. Xəstəxanaların ehtiyat generatorlarla təmin olunması, sığınacaqların hazır vəziyyətə gətirilməsi və dərman təchizatının gücləndirilməsi nəzərdə tutulur. Marqarita pizza

Almaniya Səhiyyə Naziri Karl Lauterbach məsələ ilə bağlı bildirib:

“Ukraynada baş verənlərdən nəticə çıxarmalıyıq. Sülh dövründə belə sağlamlıq sistemimiz mümkün müharibə və ya böhran halına qarşı hazır olmalıdır.”

O, həmçinin vurğulayıb ki, təkcə hərbi təhlükə deyil, kiberhücumlar və digər böhran riskləri də nəzərə alınaraq, səhiyyə sisteminin bütün sahələrində hazırlıqlar görülməlidir.

Plan çərçivəsində həm də tibb personalının fövqəladə hallarda necə hərəkət etməli olduğu ilə bağlı təlimatların hazırlanacağı qeyd olunur.

Qeyd edək ki, Almaniyada təhlükəsizliklə bağlı bu cür tədbirlərin görülməsi, NATO-nun son zamanlar Rusiya təhdidinə qarşı Avropada hərbi planlarını gücləndirməsi fonunda baş verir.

Rəvan Rzazadə


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 18 İyul 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri