Icma.az
close
up
RU
Modinin təlimatı ilə Bakıya səfər: Yeni Dehlinin Azərbaycan planı bəlli oldu

Modinin təlimatı ilə Bakıya səfər: Yeni Dehlinin Azərbaycan planı bəlli oldu

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Elxan Şahinoğlu: "Hindistan Azərbaycandan daha çox neft almaq istəyir”

Azərbaycan Prezidenti oktyabrın 23-də Bakıda Hindistanın xarici işlər naziri Subramanyam Cayşankarı qəbul edib. Hindistanın xarici işlər nazirinin Azərbaycana səfərini bu ölkənin baş naziri Narendra Modinin Şanxay Əməkdaşlıq Təşkilatının Bişkəkdə keçirilən sammitində İlham Əliyevlə dialoqunun davamı kimi qiymətləndirmək olar. 

Sherg.az xəbər verir ki, bu sözləri Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. 

Elxan Şahinoğlu Subramanyam Cayşankar məhz Narendra Modinin təlimatıyla Bakıya gəlməsinin təsadüfi olmadığını deyib:

"İlham Əliyev Narendra Modi ilə Bişkekdə keçirilmiş görüşü və həmin görüş zamanı aparılmış fikir mübadiləsini məmnunluqla xatırladıb. Azərbaycan Prezidenti Hindistanın xarici işlər nazirinin Azərbaycana səfərini yüksək qiymətləndirərək, bunun ikitərəfli münasibətlərin mövcud vəziyyətinin və inkişaf perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini qeyd edib. Görüşdə Azərbaycan ilə Hindistan arasında münasibətlərin mövcud vəziyyətinə dair ətraflı fikir mübadiləsi aparılıb, siyasi, iqtisadi, yüksək texnologiyalar, mədəni, humanitar və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətinə toxunulub. Həmçinin ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədilə siyasi təmasların intensivləşdirilməsinin, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin, o cümlədən iqtisadiyyat və biznes nümayəndə heyətlərinin səfərlərinin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Subramanyam Cayşankar azərbaycanlı həmkarı Ceyhun Bayramovla Hindistanın Azərbaycan və Ermənistan arasında əldə olunmuş irəliləyişdən sevindiyini, bunun uzunmüddətli sülhün əldə olunması üçün şərait yaradacağını vurğulayıb. Subramanyam Cayşankarın sözlərinə görə, Ceyhun Bayramovla qlobal münaqişələrin təsirlərini də müzakirə edib".

Politoloq qeyd edib ki, Hindistan Azərbaycanla ticarəti, o cümlədən enerji sahəsindəki əlaqələri genişləndirmək istəyir: "Subramanyam Cayşankarın “Hindistan şirkətləri neft-qaz sektoruna investisiya yatırmağa maraq göstərir” cümləsi də bundan xəbər verir. Hindistan bir neçə il əvvəl Azərbaycan neftinin əsas alıcılarından biri idi. İki ölkə arasında ticarətin həcmi 1 milyard dollara yaxınlaşmışdı. İran və Hörmüz boğazı ətrafındakı gərginlik Hindistanın neftə olan tələbatını artırıb. Hindistan İran və Körfəz ölkələrinin əvəzinə Rusiyadan ucuz neft alsa da, alternativlərin axtarışını davam etdirir. Bu mənada Hindistan Azərbaycandan daha çox neft almaq istəyir. Digər tərəfdən Mərkəzi Asiya neftinin Azərbaycan üzərindən dünya bazarlarına daşınması da Yeni Dehlinin diqqətini çəkib.  

Hindistan beynəlxalq nəqliyyat dəhlizlərinə əhəmiyyət verir. Misal olaraq Azərbaycanın da iştirakçısı olduğu Şimal-Cənub nəqliyyat dəhlizini göstərmək olar. İran və Hindistan 2024-cü ildə İranın Çabahar limanının idarə edilməsinə dair saziş imzalayıblar. Bu sazişə görə, Hindistan həmin limanın yenidən qurulmasına 500 milyon dollar yatırım qoymalı idi. Ancaq ABŞ və İsrailin İrana qarşı müharibələri və gərginliyin bugünə qədər davam etməsi Hindistanın həmin limanı yenidən qurmaq planlarını müvəqqəti olaraq təxirə salıb. Buna baxmayaraq, Hindistan bu limanla bağlı planlarından imtina etməyib. Hindistan Çabahar limanı vasitəsilə Mərkəzi Asiya, Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan və Rusiya bazarlarına çıxış imkanı əldə edəcək ki, bu Yeni Dehlinin gələcək planlarından xəbər verir. Hindistan hökumətinin Azərbaycanla dialoqu və əməkdaşlığı genişləndirməyə qərar verməsinin arxasında bu amil də dayanır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Oktyabr 2026 20:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri