Icma.az
close
up
RU
Müharibə texnologiyaları dəyişib: Böyük güclər qarşı qarşıya gəlmək istəmirlər

Müharibə texnologiyaları dəyişib: Böyük güclər qarşı qarşıya gəlmək istəmirlər

Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.

Hazırda dünyada bir sıra ölkələr təkcə ənənəvi silahlı qarşıdurmalarla deyil, həm də iqtisadi, texnoloji və geosiyasi müstəvilərdə müxtəlif formalarda müharibə aparır. Mütəxəssislər bu yeni reallığı “hibrid müharibə” adlandırır. Bu münaqişələr yalnız cəbhə xəttində deyil, həm də diplomatik masalarda, enerji bazarlarında və informasiya məkanında davam edir.


Sfera.az müasir dövrdə bir-biri ilə müharibə şəraitində olan ölkələrlə bağlı araşdırmanı təqdim edir.


Rusiya 2022-ci ilin fevralından etibarən Ukrayna ilə genişmiqyaslı müharibə aparır. Müharibənin fonunda Moskva həm də ABŞ və Avropa İttifaqı ilə sanksiyalar müharibəsinə daxil olub. Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalar Rusiya iqtisadiyyatını ciddi şəkildə çətin duruma salıb. Beynəlxalq analitiklər bu durumu “müharibə iqtisadiyyatı” adlandırır.


İran da müxtəlif cəbhələrdə qarşıdurmalarla üz-üzədir. Bu ölkə uzun illərdir İsraillə siyasi və hərbi gərginlik vəziyyətindədir və bu münasibətlər istənilən an genişmiqyaslı hərbi toqquşmaya çevrilə bilər. Digər tərəfdən, ABŞ tərəfindən tətbiq edilən sərt iqtisadi sanksiyalar İranın enerji sektoru da daxil olmaqla iqtisadiyyatına ciddi zərbə vurur. Tehran bu sanksiyalara qarşı müqavimət göstərməyə çalışır və bölgədəki müttəfiqləri ilə sıx əlaqələr qurur.


ABŞ öz növbəsində bir neçə cəbhədə fərqli xarakterli münaqişələrə daxil olub. Vaşinqton Rusiya və İranla iqtisadi sanksiyalar, Çinlə isə texnoloji və ticarət müharibəsi aparır. Çin və ABŞ arasında mikroçiplər və süni intellekt sahəsindəki texnoloji rəqabət, gələcəyin geosiyasi xəritəsini formalaşdıracaq əsas amillərdən hesab olunur. ABŞ, həmçinin Ukraynaya dəstək və Yaxın Şərqdəki siyasəti ilə birbaşa və dolayı yollarla bir çox bölgədə mövcudluğunu qoruyur.


Cənubi Qafqazda isə Azərbaycan və Ermənistan arasında münaqişə formal olaraq başa çatsa da, sərhəd bölgələrində gərginliklər davam edir. Ermənistanın yeni hərbi hissələr formalaşdırması və silahlanmanı artırması regionda yeni toqquşma risklərini artırır. Azərbaycan isə vəziyyətə qarşı adekvat tədbirlər görəcəyini bəyan edir.


Soyuq müharibə metodlarının yenidən aktuallaşması, xüsusilə ABŞ-Rusiya və ABŞ-Çin münasibətlərində aydın hiss olunur. Qlobal təhlükəsizlik sisteminin qeyri-stabil olması, beynəlxalq hüququn səmərəsizliyi və münaqişələrin diplomatik yollarla həllindəki çətinliklər bu vəziyyəti daha da dərinləşdirir.


Artıq dünya çoxqütblü, ziddiyyətli və gərgin bir mərhələyə qədəm qoyub. Silahlı toqquşmalarla yanaşı, iqtisadi təzyiqlər, informasiya müharibələri və texnoloji qarşıdurmalar bugünkü beynəlxalq münasibətlərin əsasını təşkil edir. Bu yeni müharibə modelləri, qlobal sabitliyə ciddi təhdid olaraq dəyərləndirilir və onların qarşısını almaq üçün sülh təşəbbüsləri və beynəlxalq dialoq daha da aktuallaşıb.


Bəsti Rəfizadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://sfera.az
archiveBu xəbər 11 Aprel 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see211

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see191

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see161

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see160

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see153

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see145

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see145

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see140

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see140

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri