Icma.az
close
up
RU
“Müharibə veteranlarının hüquqi maarifləndirməsi” adlı layihənin icrasına başlanıb

“Müharibə veteranlarının hüquqi maarifləndirməsi” adlı layihənin icrasına başlanıb

Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi “Müharibə veteranlarının hüquqi maarifləndirməsi” adlı Layihənin icrasına başladı.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) təşkilatçılığı ilə Şəmkir rayonunda “Müharibə veteranlarının hüquqi maarifləndirilməsi” adlı layihə üzrə tədbir keçirilib.

Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər.

Şəmkir rayonunda keçirilən tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədrinin birinci müavini, layihə rəhbəri Vahid Abdurəhmanov, Nəzarət-təftiş komissiyasının sədri Niyazi Quliyev, Birliyin Səbail rayon şöbəsinin sədri Fəqan Nəsibzadə, Qazax rayon şöbəsinin sədri Vaqif Sadıqov, Şəmkir rayon şöbəsinin sədri Tahir Vəliyev, Şəmkir rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sərdar Namazov, həmin şöbənin böyük məsləhətçisi İlkin Musayev və rayon veteranları iştirak iştirak etmişdir.

Layihə rəhbəri V.Abdurəhmanov iştirakçılara layihə haqqında məlumat verərək bildirdi ki, layihənin məqsədi torpaqlarımızın ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı mərdliklə döyüşmüş I və II Qarabağ müharibəsində iştirak etmiş veteranların hüquqi maarifləndiriməsi, onların yerlərdə üzləşdikləri sosial problemlər və onların həlli yollarının araşdırılması, eləcə də layihə çərçivəsində ehtiyacı olan müharibə veteranlarına hüquqi yardımlar göstərmək və onlara dəstək olmaqdan ibarətdir.

Layihə rəhbəri V.Abdurəhmanov bu şəraiti yaratdıqlarına görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Şəmkir rayon İcra Hakimiyyəti rəhbərliyinə öz minnətdarlığını çatdırdı. Problemlərin həllində İctimai Birlik kimi hər bir veteranın yanında olacaqlarını qeyd etdi. Bu cür tədbirlər Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin yürütdüyü sosial siyasətə dəstək xarakteri daşıyır.

Nəzarət-təftiş komissiyasının sədri N.Quliyev çıxışında bildirdi: “Bizim üçün birinci, ikinci müharibə anlayışı yoxdur. Döyüşçü döyüşçüdür və vətənin müdafiəsində dayanaraq öz sağlamlıqlarını itirmişlərdir. AVMVİB-də müharibə iştirakçılarına və şəhid ailələrinə daim diqqət var. Onların müraciətlərinə dərhal cavab verilir. Daha sonra rayonda yaşayan müharibə veteranlarını maraqlandıran məsələlərə aydınlıq gətirildi.

Qarşıya çıxan problemlərin hüquqi yolla həlli üçün AVMVİB daim veteranlarımızın yanındadır.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://azpost.info
archiveBu xəbər 30 İyun 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see190

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see175

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see173

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see146

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see146

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see137

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see135

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see135

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see134

Amazon arıları dünyada qanuni hüquqları olan ilk həşərat oldular

31 Dekabr 2025 21:46see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri