Icma.az
close
up
RU
Müharibə, yoxsa böyük biznes?

Müharibə, yoxsa böyük biznes?

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

“ABŞ-nin İranla müharibə aparmaqda əsas hədəflərdən biri neft məsələsidir”.

Bu sözləri politoloq Əlimusa İbrahimov “Cebheinfo.az”-a şərhində Prezident Donald Trampın İranın ABŞ-a 20 neft tankeri verəcəyi ilə bağlı bəyanatını şərh edərkən bildirib.

Onun sözlərinə görə, danışıqlarda bu barədə razılıq əldə edilə bilər.

“Prezident Donald Tramp İranın ABŞ-a 20 neft tankeri verməyə hazırlaşması barədə bəyanatında, çox böyük ehtimalla Körfəzdə ilişib qalan neft tankerlərini nəzərdə tutub. Müharibə başlayandan bəri İran həmin tankerlərin Hörmüz boğazından keçməsinə izin vermir. 

Yəqin ki, ABŞ ilə İran arasında aparılan danışıqlarda Tehran 20 neft tankerin Hözmüz boğazından keçməsinə icazə verməyə razılaşıb. Tramp da bu tankerlərin İranın ABŞ-a bağışlayacağı kimi təqdim edir. Bu da normal normal qarşılana bilər.

Əgər İran hakimiyyəti, həqiqətən də tankerlərin Hözmüz boğazından keçməsinə izin vermək istəyirsə, bunu danışıqlar prosesinin nəticəsi kimi qiymətləndirmək lazımdır. Amma müharibənin dayandırılması müqabilində 20 neft tankerin ABŞ-a verilməsi ağlabatan kimi görünmür.

Ümumiyyətlə, hazırkı vəziyyətdə Tehran bu məsələ barədə ABŞ ilə danışıqlara getmək istəmir. İranın şərtləri ABŞ tərəfindən qəbul olunmur. Eyni zamanda ABŞ-nin şərtləri də Tehran tərəfindən qəbul olunmur”.

Ekspert vurğulayıb ki, Tramp Venesuelanın neftinə əl qoyduğu kimi İranın da neftinə əl qoymaq istəyir:

“Ağ Evin rəhbəri danışıqlar prosesini irəli aparmaq üçün 20 neft tankerin ABŞ-a verilməsi məsələsini qaldıra bilər. Burada əsas məqsəd, təbii ki, Trampın bundan danışıqlara getmək, müharibəni dayandırmaq, yaxud da əlehdarlarını susdurmaq üçün vasitə kimi istifadə etmək niyyəti ola bilər.

Hesab edirəm ki, ABŞ-nin İranla müharibə aparmaqda əsas hədəflərdən biri elə neft məsələsidir. Məlum olduğu kimi, İran neftindən ən çox bəhrələnən ölkə Çindir. ABŞ Çinin enerji ehtiyatlarını məhdudlaşdırmaqda maraqlıdır. Bu səbəbdən İran neftinə nəzarət ABŞ üçün prioritetdir”. 

Yunis Abdullayev 
“Cebheinfo.az”

Açar sözlər: müharibə Əlimusa İbrahimov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Mart 2026 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see514

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see466

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see363

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see309

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see290

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see272

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see249

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see245

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see225

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see224

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see220

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see217

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see214

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see201

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see183

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see177

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see174

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri