Icma.az
close
up
RU
Sülh, yoxsa müharibə?

Sülh, yoxsa müharibə?

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistan müharibəyə hazırlaşır - İrəvan nisbətən ucuz silah və sursat idxalını həyata keçirmək məqsədilə Hindistanla müdafiə dialoqunu genişləndirir.  Türkiyənin “Star” qəzetinin məlumatına görə, Ermənistan Azərbaycanla 44 günlük müharibə nəticəsində itirdiyi hərbi-texniki potensialını bərpa etmək üçün Fransa və Hindistandan silah almağa başlayıb. İrəvan, həmçinin ABŞ, Yunanıstan, yunan Kipri ilə də hərbi əlaqələri genişləndirmək niyyətindədir.

Qəzetin məlumatında qeyd olunur ki, 2020-ci ildə Ermənistan ilə Hindistan arasında təxminən 2 milyard dollarlıq  ilk böyük müqavilə imzalanıb - son üç-dörd  ildə hər iki ölkə hərbi-texniki sahədə əlaqələri daha da genişləndirib.  “Star” qeyd edir ki, müdafiə naziri Suren Papikyanın başçılığı ilə Ermənistanın yüksəksəviyyəli nümayəndə heyəti fevralın 10-14 - də Yeni Dehlidə “Aero India 2025” beynəlxalq aerokosmik sərgisini ziyarət etmək üçün Hindistana səfər edib - aviasalon çərçivəsində Ermənistan və Hindistan müdafiə nazirlərinin iştirakı ilə hər iki ölkənin nümayəndələri arasında yeni silahların tədarükü və müxtəlif növ silahların birgə istehsalı barədə müzakirələr aparılıb.

Nəşr bildirib ki, Ermənistanı Hindistandan aktiv şəkildə silah-sursat idxal etməyə sövq edən əsas səbəb Ermənistan ordusunu daha müasir silahlarla təmin etmək və  vaxtilə Rusiyadan alınan silahların sayını azaltmaqdır.  Buna görə də Ermənistan 2024-2025-ci illər üçün Hindistandan daha 600 milyon dollar məbləğində silah almağı öhdəsinə götürüb - İrəvan daha çox artilleriya sistemlərinə və hava hücumundan müdafiəyə üstünlük verir. Eyni zamanda Ermənistan Hindistanın “Zen Anti-Drone System” şirkəti ilə pilotsuz uçuş aparatları əleyhinə sistemlərin tədarükü üçün 41 milyon dollarlıq müqavilə imzalayıb və “Hindustan Aeronautics Limited” şirkəti ilə 4 “Su-30 SM” təyyarəsinin təkmilləşdirilməsi məsələsi də müzakirə olunur.

Papikyanın Ermənistanın bu silahlardan “həm müdafiə, həm də hücum üçün” istifadə etməsini deməsi də xüsusi diqqət çəkir.

Maraqlıdır, Ermənistan Baş naziri Nikol Paşinyan son zamanlar regionda sülh və sabitliyin əhəmiyyətindən, qonşularla dostluq münasibətlərin zəruriliyi ilə bağlı bəyanatlar səsləndirir, konstitusiya dəyişikliklərinə gedəcəyini bəyan edir, amma onun müdafiə naziri isə açıq şəkildə Ermənistanın müharibəyə hazırlaşdığını bildirir. Hər ikisinin bəyanatları bir-biri ilə ziddiyyət təşkil edir. Ermənistanın hərəkətləri qeyri-müəyyən olaraq qalır - İrəvan sülhə, yoxsa müharibəyə hazırlaşır?

Ola bilsin ki, Paşinyan  bir tərəfdən ağızdolusu sülhdən danışır,  digər tərəfdən ölkəsini sürətlə silahlandırır. Bu, o anlama gələ bilər ki, Ermənistan manipulyasiya ilə məşğul olur - bu yolla həm vaxtı uzadır, həm də hərbi potensialını gücləndirir.

Məsələ ilə bağlı politoloq Zaur Məmmədov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Ermənistan ciddi şəkildə silahlanmaqda davam edir: “Ermənistan öz silah arsenalını genişləndirir. Bunu bir neçə istiqamətdə həyata keçirir. İrəvan Fransa və Hindistandan həm müdafiə, həm də hücum xarakterli silahlar alır. Eyni zamanda İrəvan hərbiçilərdən ibarət olan Aİ-nin mülki missiyasını Azərbaycanla sərhəd ərazilərə gətizdirib. Bütün bu addımlar bölgənin hərbiləşdirilməsi deməkdir - bu da regional təhlükəsizliyə çox ciddi təhdid yaradır. 90-cı illərdə olduğu kimi Ermənistan yenə də aqressiyaya əl atır. Gələcəkdə kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Fransa və Hindistandan alınan silahlar növbəti hərbi qarşıdurmanın baş verməsi üçün istifadə oluna bilər. Hər hansı təxribatın baş verməsi sərhədlərin delimitasiya prosesinin ləngiməsinə gətirib çıxara bilər”.

Politoloq vurğulayıb ki, Ermənistan öz hərəkətlərində ehtiyatlı olmalıdır: “Ermənistanın sərhəddə təxribatlara başlaması Azərbaycanın adevkat tədbirlərə əl atmasına gətirib çıxara bilər. Əslində məğlub olan ölkə ordu quruculuğu ilə məşğul olmamalı, başqa ölkələrdən hücum xarakterli silahlar almamalı və şərti sərhəddə qoşun cəmləşdirməməlidir. Beynəlxalq ictimaiyyətin səssizliyi Ermənistanı bu addımları atmağa sövq edir. Bu isə İrəvana baha başa gələcək”.

Yunis ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Fevral 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1175

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see358

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see346

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see345

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see344

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see337

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see299

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see275

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see245

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see217

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see204

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see204

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see201

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see197

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see196

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see188

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see184

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see177

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see174

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri