Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

Müharibədə dağıdılan şəhər yenidən necə dirçəldi? Eski Bilecikdə danışan tarix

Müharibədə dağıdılan şəhər yenidən necə dirçəldi? Eski Bilecikdə danışan tarix

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Bəzən bir şəhər sizə tarix danışmaz, sizi tarixlə baş-başa qoyar. Türkiyənin Bilecik şəhərindəki Eski Bilecik də məhz belə bir yerdir. Daşları, türbələri, divar yazıları, az qala, havası da səni keçmişə aparır. Osmanlı imperiyasının ilk qığılcımlarının alovlandığı bu bölgədə siyasi qərarların deyil, mənəvi mirasların da izləri görünür. Yəni Eski Bilecik, əslində, köhnə deyil, bünövrədir. Burada ziyarət etdiyim hər türbə, gördüyüm hər bioqrafiya lövhəsi mənə bir şeyi xatırladır: tarixi qoruyub-yaşatmaq həm də gələcəyi qurub-inkişaf etdirməkdir.

"Seranit Azərbaycan"ın təşkil etdiyi mediatur çərçivəsində ziyarət etdiyim bu məkan tarixlə baş-başa qalmaq üçün ən gözəl fürsət idi.

Oxu.Az Eski Bilecikdən reportajını təqdim edir.

Qeyd edim ki, 1921-ci ildə Bilecik yunanlar tərəfindən işğal olunub. İşğal təkcə fiziki deyil, şəhərin tarixinə - mənəvi sütunlarına da zərbə vurub. Məscid, türbə, bazar, evlər yandırılıb, məhv edilib. Dağılmış Bilecikdən cümhuriyyətə cəmi dörd min nəfərlik əhali qalıb. Halbuki 1920-ci illərin əvvəllərində bu şəhərdə 12 min nəfər yaşayırdı. İşğal zamanı Eski Bilecik tamamilə yandırılmış və viran qoyulmuşdu. Şəhərin mərkəzi köçürülərək yenidən tikilib və indiki Bilecik olub. 2000-ci illərdən sonra isə bərpa prosesi başlayıb. Tarixi məkanlar mərhələli şəkildə yenidən inşa edilib. Ancaq orijinal şəhər artıq yoxdur. Bu baxımdan, bu gün Eski Bilecik açıq muzeyi xatırladır. Burada tarixi və yenidən doğulan gələcəyi eyni anda hiss edirsən. Məscidlər yenidən ibadətə açıqdır, türbələr ziyarət edilir, minarələrdən azan səsləri eşidilir.

Müharibədə dağıdılan şəhər yenidən necə dirçəldi? - Eski Bilecikdə danışan tarix

Eski Bilecikdə baş çəkdiyimiz ilk məkan Şeyx Ədəbalının türbəsidir. Bu, sadəcə, bir qəbir daşının altında yatan adamın adı deyil, bir dövlətin fikir atasıdır. Şeyx Ədəbalı XIII əsrdə yaşamış sufi alimi, Osmanlı imperiyasının qurucusu Osman Qazinin qayınatası və ilk şeyxülislamıdır. Amma bu bioqrafik detallar belə onun gerçək böyüklüyünü ifadə edə bilmir. Çünki o, Osman Qazini dövlətə ruhani və etik təməllərlə hazırlayan bir mürşid idi.

Türbənin içində sükut hökm sürür. Ziyarətçilər astaca ona təşəkkür, özlərinə dua edirlər. Bu sükut isə həm də onun məşhur nəsihətinin əks-sədasıdır.

"İnsanı yaşat ki, dövlət yaşasın"

Şeyx Ədəbalının türbəsinin yaxınlığında yerləşən bir guşədə Osmanlı sultanlarının portretləri və bioqrafiyaları yerləşdirilib. Divarboyu sıralanan bu portretlər, sadəcə, tarixi şəxsiyyətlərin şəkilləri deyil, bir imperiyanın, bir dövlətin 600 illik yaddaşıdır. Ən diqqətçəkən məqam isə odur ki, bu təqdimat çox sadədir, lakin didaktik bir təsirə malikdir. Hər padşahın yanında onun dövlətə, elmə və cəmiyyətə verdiyi töhfələr qeyd olunub. Nəticə isə oxucuya və ziyarətçiyə buraxılır.

Buradan Osmanlının ikinci sultanı, Osman Qazinin oğlu Orxan Qazi məscidinə üz tuturam. Orxan Qazi məscidi Eski Bilecikdə babası Şeyx Ədəbalı türbəsinin yaxınlığında yerləşən qədim bir ibadət məkanıdır. Amma bu məscidi fərqləndirən əsas cəhət onun qeyri-adi memarlıq quruluşudur. Ədəbalı türbəsindən bir az aralıda yerləşən Orhan Qazi məscidi dik bir təpənin kənarındakı qayaların üzərində inşa edilib. Məscidin ilk minarəsi bu gün də əsas binadan təxminən 30 metr uzaqda, bir qayanın üzərində ucalır. Məscid Sultan II Əbdülhəmid dövründə təmir olunub və bu günümüzə həmin vəziyyətdə çatıb. Qeyd etdiyim kimi, işğal dövründə şəhər və abidələr zərər gördüyü üçün müstəqillik dövründə yenidən restavrasiya edilib. Məscid erkən dövr Osmanlı memarlığının tipik nümunələrindən biridir. Ən maraqlısı isə odur ki, Orxan Qazi məscidinin önündə hər bazar səhəri birlik və həmrəyliyin gözəl bir nümunəsi yaşanır. Bilecikli xeyriyyəçilər tərəfindən sübh namazından sonra ziyarətçilərə pulsuz şorba paylanır. Məscidin sadəliyi isə ibadətin təməl mahiyyətini qoruyur - təmtəraqdan uzaq, səmimiyyəti və ruhani təvazökarlığı ifadə edir.

Qeyd edim ki, Orxan Qazinin 1322-ci ildə özünün tikdirdiyi bu tarixi məbəd, günbəzi qurğuşunla örtüldüyü üçün xalq arasında Qurğuşunlu Məscid olaraq da tanınır. İlk dəfə məscidə və aralıdakı minarəyə baxanda təəccübümü gizlədə bilmədim. Sonra başımı qaldırıb qarşıdakı qayalıqda onu görəndə belə bir hiss yaşadım: sanki məscid yer üzündə, minarəsi isə göydədir.

Bilecikdəki bu tarixi yerlər yalnız keçmişə deyil, gələcəyə də yol göstərir. Burada gənclər türbələrə baş çəkir, yaşlılar dua edir, müəllimlər şagirdlərə tarixi anladırlar. Hər abidə bir kitab, hər daş bir cümlədir. Eski Bileciyi tərk edəndə bir sufi kəlamı yadıma düşür: "Ölülər deyil, canlılar unudurlar".

Çünki bu yerlər bizə təkcə nə baş verdiyini deyil, niyə baş verdiyini, daha önəmlisi, niyə yadda saxlamalı olduğumuzu xatırladır. Əgər bir gün yolunuz Bileciyə düşsə, yalnız türbələri və tarixi abidələri ziyarət etməyin, öz içinizə də baş çəkin. Elə Şeyx Ədəbalı da bunu tövsiyə edərdi. Özünü kəşf edən dünyanı kəşf edər.

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Avqust 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see451

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see413

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see295

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see293

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see287

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see260

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see257

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see244

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see229

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see226

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see222

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see222

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see210

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see208

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see206

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see204

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see202

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see201

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see187

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri