Müharibədə gərginlik artır! Onlar obyektə 164 dron və 11 raketlə zərbə endiriblər
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiyanın Ukraynanın Poltava və Xarkov bölgələrində yerləşən qaz istehsalı obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində 5 nəfər həlak olub, 37 nəfər yaralanıb.
Turkustan.az xəbər verir ki, gecə saatlarında baş verən hücumlar zamanı enerji infrastrukturu birbaşa hədəfə alınıb. Ölənlər arasında iki xilasedicinin də olduğu bildirilir.
Ukraynanın dövlət enerji şirkəti Naftogaz-ın baş direktoru Sergey Koretski hücum nəticəsində şirkətin üç əməkdaşının həyatını itirdiyini açıqlayıb. O qeyd edib ki, zərbələr dronlar və ballistik raketlərin koordinasiyalı istifadəsi ilə endirilib. Hadisə nəticəsində obyektlərdə ciddi dağıntılar yaranıb və istehsalda fasilələr qeydə alınıb.
Poltava vilayət rəhbərliyi iki fərqli ərazinin birbaşa zərbəyə məruz qaldığını, əlavə olaraq dağıntıların da infrastruktur ziyanını artırdığını bildirib. Hücumdan sonra təxminən 3500 abonent qaz təchizatından məhrum qalıb.
Ukrayna Hərbi Hava Qüvvələri isə açıqlayıb ki, Rusiya yerli vaxtla saat 18:00-dan etibarən ölkə ərazisinə 11 ballistik raket və 164 pilotsuz uçuş aparatı buraxıb. Məlumata görə, 1 raket və 149 dron zərərsizləşdirilsə də, 8 raket və 14 dron 14 müxtəlif nöqtəyə zərbə endirib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:189
Bu xəbər 05 May 2026 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















