Icma.az
close
up
RU
“Müharibədən çıxmalıyıq!” Qatı rus şovinistləri niyə “həyəcan təbili” çalır?

“Müharibədən çıxmalıyıq!” Qatı rus şovinistləri niyə “həyəcan təbili” çalır?

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Ukraynada işlərin heç də Rusiyanın xeyrinə getmədiyini anlayanların sayı sürətlə çoxalır. Artıq Rusiyadakı beyni, qanı zəhərlənmiş qatı müharibə həvəskarlarının, millətçilərin, imperiyaçıların da “kürkünə birə düşməyə” başlayıb.

“Rusiya Ukraynanı məğlub edə bilmirsə, müharibədən çıxmaq barədə düşünməlidir”.

Bunu Donbas separatçılarının keçmiş komandiri, hazırda həbsxanada cəza çəkən tanınmış imperiyaçı, şovinist, hərbi cinayətkar İqor Strelkov (Qirkin) Telegram kanalında yazıb.

Qirkin(Ukraynada ona “Dırkin” deyənlər də var, rus dilini bilənlər bunun nə anlama gəldiyini başa düşür) Donald Trampın Rusiyanı “kağız pələng”ə bənzətməsi ilə razılaşdığını qeyd edib: “Trampın son bəyanatını (Rusiyaya qarşı son dərəcə sərt) oxudum, burada o, Ukraynanın Rusiyanı məğlub edə biləcəyini deyir, çünki Rusiyanın "kağız pələng" olduğu ortaya çıxıb. Təəssüf ki, bir sıra məsələlərdə onunla razılaşmaya bilmirəm.

Həqiqətən, hamının üç günə, ən uzağı üç həftəyə dağılacağını gözlədiyi bir ölkəyə qarşı üç il yarım müharibə aparmaq - bunu bacarmaq lazım idi. Xüsusilə də bu, belə böyük potensiala, bu qədər uzun hərbi tarixə, bu qədər əhəmiyyətli hərbi ənənəyə və kifayət qədər böyük orduya malik olan bir ölkədən gözlənilməzdi.

Artıq Qara dənizdəki şərq bazalarımıza zərbələr endirildiyini görürük. Üç il yarım əvvəl onun üzərində dənizə və havaya tam nəzarət edən Qara dəniz donanması haradadır? Düşmən pilotsuz katerlərlə Novorossiyskə hücum edirsə və donanma bunun qarşısını tam ala bilmirsə, o hara getdi?

Krımda nə baş verir? Qonşu bölgəyə - Perm bölgəsinə zərbələr endirilirsə və biz tamamilə cavab verə bilmiriksə və bunun qarşısını ala bilmiriksə, burada nə baş verir?

Müharibədə qalib gələ bilmiriksə, bəlkə, həqiqətən ondan çıxmalıyıq? Söhbət ondan gedir ki, “tərəfdaşlarımız” bizə imkan verməyəcək. Biz düşünməliyik ki, “tərəfdaşlarımızı” müharibədən çıxmağa necə məcbur edək, onları buna necə razı salaq. Əgər məcbur etməyi bacarmırlarsa, deməli, suallar hərbi rəhbərliyə aid olmalı deyil.

Ümumiyyətlə, mən vəziyyəti son dərəcə ağır və getdikcə pisləşən kimi qiymətləndirirəm. Təəssüf ki, mən Ukrayna üzərində tez qələbənin heç bir perspektivini görmürəm. Çünki bu qələbəni hazırlamaq üçün heç bir iş görülmür”.

Qirkin NATO-Rusiya qarşıdurması barədə də pessimist əhval-ruhiyyədədir. O, Rusiyanın NATO ilə müharibəyə hazır olmadığını qeyd edir: "Açığını deyim ki, biz bu müharibəyə tamamilə hazır deyilik: biz səfərbər deyilik, heç nəyə hazır deyilik. Müharibəyə hazırlaşmaq əvəzinə, bayramlar, müxtəlif idman tədbirləri dayanmadan davam edir. Moskvada həmişəki kimi bu il dördüncü dəfədir ki, yenidən səki daşları düzürlər. Bu arada Kursk və Belqorod vilayətlərindən olan qaçqınlar isə sərhəd boyu şəhərlərdən ərazimizin dərinliklərinə axışır və daimi hava hücumları nəticəsində dağıntılar olur. Yəni biz müharibəyə hazırlaşmamışdıq və indi də hazır deyilik”.

Məsələ ondadır ki, oxşar fikirdə olan “Z- patriotlar” kifayət qədər çoxdur. Məsələn, ən tanınmış “Z-bloqer”-lərdən olan, həmçinin də yazıçı və publisist kimi tanınan digər qatı şovinist Maksim Kalşnikov da müharibəni vaxtında bitirmək lazım olduğunu yazıb. 


Müharibədən əvvəl və onun yeni başlanğıcında böyük həvəslə işğalı dəstəkləyən Kalaşnikov indi deyir: “Müharibə uzanarsa, iqtisadiyyatımız çökəcək. Üstəlik, hökumətin iqtisadi blokunun (ƏDV-nin, aksizlərin artırılması, kreditlər üzrə yüksək faiz dərəcələrinin artırılması) hərəkətləri prosesi sürətləndirməyə zəmanət verir. Eyni şey yarım milyon ehtiyatda olan hərbçinin mümkün çağırışına da aiddir. Bu, iqtisadiyyatın belini qıracaq. İqtisadiyyat çökəcək. Və bu baş verərsə, döyüşmək qeyri-mümkün olacaq.

Biz mövcud cəbhə xətti boyunca atəşkəsə sövq edilirik… Xalqımıza Ukraynanın heç vaxt NATO-ya qəbul edilməyəcəyini bildirən gözəl bir kağız veriləcək. Amma reallıqda keçmiş Sovet Ukraynasının 80%-i Şimali Atlantika blokunun forpostuna çevriləcək. Və hətta elan edəcəklər: "Biz dövlətçiliyimizi qoruyub saxlaya bildik!" Üstəlik, əbədi məşəllər alovlanacaq və nifrət bütün nəsillərə yayılacaq. Zelenski atılacaq və bəlkə də həbs ediləcək, lakin Kiyevin yeni hökmdarları da Ukraynanın qalan hissəsini eyni qərbyönlü kursla aparacaqlar. Rusiya isə aktiv xarici siyasətdən həmişəlik kənarda qalacaq. Sistem böhranı ilə ciddi mübarizə aparılmalı olacaq…”

C.Məmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:28
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 Sentyabr 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see293

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see187

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see172

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see166

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see155

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see153

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

12 Noyabr 2025 08:18see151

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see147

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see141

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see139

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see139

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see138

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see138

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see137

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see134

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see133

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see131

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see131

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see129

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri