Icma.az
close
up
RU
“Müharibədən sağ çıxmaq olsa da salamat qalmaq olmur...”

“Müharibədən sağ çıxmaq olsa da salamat qalmaq olmur...”

Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Mən 5 il öncədən ad günümü qeyd etmirəm. İllər öncə hələ orta məktəb vaxtından müəyyən sosial durumla bağlı ad günlərini qeyd etməzdik. Bizlər üçün ən xoş gün bayram günləri olardı. Elə onda da həm ad günümüzü, həm də şad günümüzü qeyd edərdik. Düzdü, uşaq vaxtları bunları bilməsəm də, mövcud şərait mənə reallığı göstərib, qəbul etdirmişdi və mənim üçün bu da kifayət idi”.

Adalet.az xəbər verir ki, bunu Vətən müharibəsi qəhrəmanı Qəzənfər Ağayev deyib. 

“Xatrlayıram ilk dəfə evə elektirik xəttinin çəkilməsi və işıq lampasının yanmasını. Bəlkə də o gün ən xoşbəxt günüm idi. Bəlkə də ən gözəl ad günüm idi. İllər çox tez keçdi. Orta məktəb, ali hərbi məktəb və şərəfli, çətin, zəhmətli iş həyatı. Əslində bu iş deyildi bu yaşam idi. Xidmət illərimdə də hansısa dağda, hansısa dərsdə, hansısa təlimlərdə olduğuma görə uşaqlıqdan adət etdiyim ad günü qeydinə əməl edirdim. Lakin ara-sıra yoldaşlarla bu günləri bəhanə edərək biryerə yığılardıq. O günlər üçün adam darıxır. 

27 sentyabr 2020-ci il tarixində düşmən hücumuna qarşı əks-hücum əməliyyatı ilə Vətən müharibəsi başlamışdı. Bu şanlı tarixin necə başladığını hansı günlərdən keçdiyini hər bir azərbaycanlı öz hüceyrəsinə qədər bilir və yaşayıb. Tapşırıqların əvvəlində mən gənc, döyüş təcrübəsi olmayan bir zabit-komandir idim. Tabeliyimdə olan hərbi qulluqçular hansı ki, onlar təkcə hərbi qulluqçu deyil, eyni zamanda ən yaxın sirdaş, dara düşəndə qardaş, yola çıxanda yol yoldaşı idilər. İndi də elədir! Bölmənin bir çoxlarının müəyyən təcrübələri olsa da əsasən gənc heyətdən ibarət idilər. Aşağı-yuxarı həmyaşıd idik tabelikdə olan heyətlə və demək olar ki, şəxsi həyatla bağlı problem kimi görünən məsələlərimiz eynilik təşkil edirdi. Qayğılarımız, sosiallaşmağımız ümumilikdə eyniydi. 

Fərqli bölgələrdə eyni ruhda yetişən, fərqli ailələrdə eyni məqsəd üçün ölümü gözə alan gənclər. Müharibənin 1-2 həftəsindən etibarən bölmədə tək zabit mən qalmışdım və mənsub olduğum bölmənin digər bölmənin bütün heyyətini həm tanıyır, həm də etibar edirdim, çünki onların həyata keçirdiyi əməliyyatları görmüşdüm. İlk əvvəllərdə 2 bölmə ayrı-ayrılıqda qarşıya qoyulan tapşırıqları icra etsə də, müharibənin ortalarına yaxın vaxtlarda şəxsi heyyətdən olan şəhidlərimizin və yaralılarımızın olması ilə bağlı birgə fəaliyyət yerinə yetirirdik. 

O fəaliyyətlər zamanı öz fikrimdə yanılmadığımı gördüm və bu çox qürurlu hissdir. Bizlər azərbaycanlılar, vətən keşikçiləri həm yanımızda, həm də digər istiqamətdə döyüşən döyüşçülərimizlə fəxr edirdik. Fərqli istiqamətlərdə eyni müqəddəs amal uğrunda ölümün gözünə dik baxanlar. 27 sentyabr tarixindən başlayaraq bugünki gün-13 oktyabrda daxil olmaqla hər gün yaralılarımız, şəhidlərimiz oldu.  

5 il öncə bu günlərdə 2 bölmənin məhdud sayda şəxsi heyəti “alınmaz qala” adlanan “Ağdərənin açarı” olan yüksəklikdə öz iradəsini, biliyini, əzmini, ruhunu, həyatını qoyurdu. Bu igidlər düşmən minaatanı, snayperi və texnikalarının açdığı atəşlər altında düşmənin elitası sayılan onların xüsusi təyinatlıları ilə ölüm-dirim mübarizəsindəydi. Burada bir çox mövzulara toxuna bilər və hətta dərinliyinə getmək olar.  O susuzluqla, aclıqla, yorğun, stresli olan vaxtlarımı xatrlayıram və həmin vaxtlarda sıralarımızdan cismən ayrılanları. O gündən özümə aid şad günü qeyd etmirəm. 

Düzdü, şəhidlərimizin qisasını aldıq, onların şəhid olduğu müqəddəs amal artıq həyata keçib və buna görə ruhları şaddır, cənnətdədirlər, amma içmdə olan o qüssə mənə imkan vermir ki, ad günü qeyd edəm.   Bu gün cismən aramızda olmayanlara-şəhidlərimizə Allah rəhmət etsin, xidmətdə olanlara güc-qüvvət versin. Müharibə insanlığın öldüyü yerdir və o yerdən sağ çıxmaq olsa da salamat qalmaq olmur. Bu gün aramızda sağ olan, lakin salamat olmayan adsız qəhrəmanlarımız var. Gəlin Vətən müharibəsində bir olub tarix yazdığımız kimi, onlara-adsız qəhrəmanlara sahib çıxaq”, - deyə döyüşçümüz bildirib.

Vasif ƏLİHÜSEYN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://adalet.az
archiveBu xəbər 14 Oktyabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri