Müharibədən sonra Hindistan və Pakistan arasında ilk yüksək səviyyəli təmas olub
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu il may ayında 87 saat davam edən müharibədən sonra Hindistan və Pakistan arasında ilk yüksək səviyyəli təmas olub.
APA-nın “Geo.tv”-yə istinadən xəbər verir ki, bu gün Pakistan Milli Assambleyanın spikeri Ayaz Sadiq Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarla Dəkkədə Banqladeşin ilk qadın baş naziri olmuş Begüm Xalidənin dəfn mərasimində bir-birinin əlini sıxıb.
Pakistan Milli Assambleyasının yaydığı məlumatda bildirilib ki, Cayşankar Sadiklə təkcə əl sıxmayıb, eyni zamanda özünü təqdim edərək spikeri tanıdığını bildirib.
Açıqlamada vurğulanır ki, bu qarşılıqlı təmas 2025-ci ilin mayında baş vermiş Pakistan–Hindistan münaqişəsindən sonra Hindistan tərəfi tərəfindən təşəbbüs göstərilən ilk mühüm yüksək səviyyəli əlaqə olub.
Pakistan Milli Assambleyasının məlumatında qeyd edilir ki, İslamabad dialoqun və əməkdaşlığın, o cümlədən Pahalqamda baş vermiş iddia olunan təxribatla bağlı sülh danışıqları və birgə araşdırmaların aparılmasının vacibliyini ardıcıl şəkildə vurğulayaraq, gərginliyin qarşısının alınmasına çağırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 31 Dekabr 2025 18:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















