Icma.az
close
up
RU
Müharibədən sonra Rusiya ordusunun başına nə gələcəyi açıqlanıb…

Müharibədən sonra Rusiya ordusunun başına nə gələcəyi açıqlanıb…

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Keçmişə qayıdış qaçılmazdır..?

Rusiyanın Ukraynada udub-udmamasından asılı olmayaraq, Kreml yenə də Rusiya ordusunu yenidən qurmalı və strukturlaşdırmalı olacaq.

Məsələn, yenidən Ukraynanın işöalına başlamaq üçün..?

SİA-nın məlumatına görə, ABŞ-ın “Business Insider” portalı Rusiya ordusunun müharibədən bir neçə il sonra necə görünəcəyi ilə bağlı mümkün variantları açıqlayıb. Vaşinqtonda yerləşən RAND Corp beyin mərkəzinin yeni təhlilinə görə, dörd ehtimal nəticə var ki, onlardan ikisini həyata keçirmək olduqca çətin olacaq.

…Deməli, RAND birinci variantı “Şoyqu planı” adlandırır, çünki o, ümumiyyətlə Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqunun açıq şəkildə səsləndirdiyi plan və vədlərə əsaslanır. Bu variant mahiyyət etibarı ilə rus ordusunun Ukraynaya tammiqyaslı işğalından əvvəl olduğu vəziyyətə qayıtmasını nəzərdə tutur. Bu, müəyyən texnologiyaların çatışmazlığını idxal vasitəsilə ört-basdır etməklə, atəş gücü ilə əsgərlərin sayını müəyyən dərəcədə balanslaşdırmaq cəhdidir. …Ən təəccüblü odur ki, Şoyqunun planı Ukraynada əksini sübut edən sübutlara baxmayaraq, Rusiya ordusunun əsasən yaxşı vəziyyətdə olduğunu güman edir.

“Business Insider” yazır bunu.

…Rusiya ordusunun müharibədən sonra edə biləcəyi ikinci variant 2008-ci ildə Rusiyanın o zamankı müdafiə naziri Anatoli Serdyukovun təklif etdiyi islahatı tam şəkildə həyata keçirmək cəhdidir. Bu islahat silahlı qüvvələrin Qərb modelinə keçidi nəzərdə tuturdu: sayca daha kiçik, lakin yaxşı təlim keçmiş və təchiz edilmiş, hibrid müharibəyə yönəlmiş və özəl hərbi podratçılarla fəal şəkildə məşğul olmağa hazır olan ordu.

Analitiklərin fikrincə, belə bir ordu daha çox qorxutma və pozma strategiyasına güvənəcək, lakin planda Rusiyanın hegemonluğunu genişləndirmək üçün quru qoşunları yoxdur.

…Üçüncü variant sovet və rus müharibə ənənələrinin tamamilə rədd edilməsini və prinsipial olaraq yeni bir şeyin yaradılmasını nəzərdə tutur. Xüsusilə, bu, komanda təşəbbüsü idarəetmənin ən yüksək pillələrindən aşağı səviyyələrə keçirildiyi zaman Qərb yanaşmasının tətbiqi ola bilər.

RAND bildirir ki, ideya “sovet və rus əməliyyat modellərinin artıq həyat qabiliyyətli olmadığının etirafına əsaslanır, bu fakt Rusiya qüvvələrinin Ukraynadakı zəif fəaliyyəti ilə vurğulanır”. Lakin analitiklər bu variantı ən az ehtimal hesab edirlər.

…Qəribədir ki, Rusiya üçün ən asan variant keçmişə qayıtmaqdır. Bu yolda Rusiya ordusu Rusiyanın müdafiə sənayesi bazasının yaratdığı geniş silah ehtiyatı ilə silahlanmış nəhəng çağırışçılar ordusunun Sovet standartına qayıdacaq.

…Bu yolun əsas arqumenti ondan ibarətdir ki, Rusiya ordusu Ukraynadakı müharibə zamanı köhnə sistemlərə, həddindən artıq atəş gücünə və kütləviliyə arxalanaraq bir çox cəhətdən bu modelə qayıtmalı oldu – və bu, Rusiyanın Ukraynada həlledici qələbəsinə səbəb olmasa da, dalana dirənməyə kifayət etdi.

Bunu RAND analitikləri deyirlər.

Əli Babayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:224
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Fevral 2025 00:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri