Icma.az
close
up
RU
Cənubi Qafqazın gələcəyi bu müharibədən asılıdır KONKRET

Cənubi Qafqazın gələcəyi bu müharibədən asılıdır KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin “Avropa ilə müharibə edə bilmərik” bəyanatı gündəmdə geniş rezonans doğurub. Siyasi dairələrdə bu açıqlamanın həm Moskvanın real mövqeyini, həm də informasiya savaşının elementlərini əks etdirə biləcəyi barədə müxtəlif mülahizələr irəli sürülür. Bəs, bu bəyanatların fonunda postsovet məkanında, xüsusilə, Cənubi Qafqazda hansı geosiyasi dəyişikliklər baş verə bilər?

Məsələni KONKRET.az-a şərh edən politoloq Elçin Xalidbəyli bildirib ki, Medvedevin sözləri hazırkı reallığı əks etdirir:

“Rusiyanın Avropa ölkələri ilə müharibə aparması əslində NATO ilə savaş deməkdir. Çünki Avropa məkanında dövlətlərin əksəriyyəti NATO üzvüdür və alyansın kollektiv müdafiə mexanizmi mövcuddur. Bu səbəbdən Moskvanın Avropa ilə müharibəyə girməsi real deyil. Rusiya nə hərbi, nə də iqtisadi resurs baxımından NATO ilə toqquşmaya hazırdır. Hətta Vladimir Putin illər öncə etiraf etmişdi ki, NATO ilə müharibəni təsəvvür etmək belə mümkün deyil və bu, Rusiya üçün fəlakətli nəticələr doğura bilər”.

Politoloqun sözlərinə görə, hazırda əsas həlledici məqam Ukraynadakı müharibədir:

“Ukrayna savaşının nəticələri həm NATO–Rusiya münasibətlərinin, həm də bütövlükdə postsovet məkanında Moskvanın davranışlarının istiqamətini müəyyən edəcək. Əgər Rusiya bu müharibədən məğlub ayrılarsa, Cənubi Qafqaz da daxil olmaqla MDB ölkələrinə qarşı uzunmüddətli aqressiv siyasət yürütməyəcək. Amma əksinə, Rusiya qalib gələcəyi təqdirdə, postsovet məkanında daha sərt və təhdidkar mövqe ortaya qoya bilər”.

Elçin Xalidbəylinin fikrincə, məhz Ukrayna cəbhəsindəki nəticələr Cənubi Qafqazda geosiyasi balansı da birbaşa formalaşdıracaq.

Müşviq Tofiqoğlu

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://konkret.az
archiveBu xəbər 30 Sentyabr 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri