Müharibədən sonra ukraynalıların neçə faizi Polşadan qayıdacaq?
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
"Rating Group" tərəfindən aparılan sorğunun nəticələrinə görə, Polşada yaşayan ukraynalı qaçqınların əksəriyyəti yaxın vaxtlarda və ya müharibə bitdikdən sonra Ukraynaya qayıtmağı planlaşdırır.
Bizim.Media xəbər verir ki, sorğunun nəticələri aşağıdakı kimidir:
43% — müharibə bitdikdən sonra qayıtmağı planlaşdırır;
8% — yaxın vaxtlarda bunu etmək istəyir;
26% — qayıtmağı planlaşdırmır;
23% — hələ qərar verməyib.
Yaş kateqoriyalarına gəldikdə, Ukraynaya qayıtmağı planlaşdıranların ən böyük hissəsini 51 yaşdan yuxarı şəxslər (58%) təşkil edir. 18-35 yaş arası gənclər arasında isə bu rəqəm cəmi 36% təşkil edir.
Bundan əlavə, qayıtmaq qərarına maliyyə vəziyyəti də təsir göstərir: aşağı gəlirli respondentlərin 55%-i, orta gəlirli insanların 47%-i, təminatlı şəxslərin isə 34%-i evə qayıtmağı planlaşdırır. Daimi yaşayış yeri olaraq respondentlərin 40%-i Polşanı, 17%-i digər Avropa ölkəsini, 6%-i isə Avropadan kənar ölkəni seçmək istəyir. Qalan 37% respondent hələ qərar verməyib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 16 Sentyabr 2026 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















