Icma.az
close
up
RU
Müharibəni Azərbaycan dayandıracaq?

Müharibəni Azərbaycan dayandıracaq?

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Yaxın Şərq növbəti  gərginlik içərisindədir.  

İsrail - İran qarşıdurması sadəcə iki dövlət arasında olan gərginlik deyil, bütün regionun sabitliyinə yönəlmiş təhdiddir. Hərbi əməliyyatlar hər gün daha da genişlənir və bu prosesin hansı mərhələyə qədər gedə biləcəyi barədə suallar getdikcə artır. 

İran daxilində yaşayan milyonlarla azərbaycanlının taleyi də bu fonda ciddi narahatlıq doğurur. Vəziyyət təkcə təhlükəsizlik deyil, həm də diplomatik müstəvidə mühüm suallar yaradır.  Bu münaqişənin qarşısı necə alına bilər? Sülhə aparan yol varmı? Varsa, həmin yolda hansı ölkələr vasitəçi rolunu üzərinə götürə bilər?

Maraqlıdır ki, hazırda həm Tehranla, həm də Təl-Əvivlə münasibətlər saxlayan nadir ölkələrdən biri də Azərbaycandır. Bakı uzun illərdir bu iki qarşı tərəflə paralel şəkildə münasibət qurmağa çalışır və regionda balanslı mövqe nümayiş etdirir. Bu mənzərədə diqqəti çəkən əsas suallardan biri də budur: Azərbaycan bu münaqişədə vasitəçi rolunu oynaya bilərmi? Yoxsa tərəflərdən birinin buna hazır olmaması bu ehtimalı sıradan çıxarır?

"Cebheinfo.az"-a açıqlamasında politoloq Rufiz Hafizoğlu bildirib ki,  bu gün dünyada baş verən bir çox münaqişələrdə  proksi savaşların şahidi oluruq:

"Yəni bu gün Yaxın Şərqdə HƏMAS, "Hizbullah", Husilər, İraq "Hizbullah"ı, "Ceyşül Məhdili", "Vail Mehdi" və s. adlar çəkildikdə, ilk olaraq ağla gələn ölkə İran olur. Başqa sözlə desək, "Hizbullah" yazılır, İran oxunur. Eyni şəkildə İsrail yazılır, amma əslində ABŞ oxunmalıdır.

Bu baxımdan da İsrail-İran arasında alovlanan bu qarşıdurma əslində ABŞ və İran arasında gedən  savaşın tərkib hissəsidir. Hətta daha geniş mənada, bu münaqişə İran və Çin kimi güc mərkəzləri ilə Qərb, xüsusilə də ABŞ arasında gedən qlobal qarşıdurmanın Yaxın Şərqdəki fraqmentlərindən biridir."

Politoloq qeyd  edib ki,  Azərbaycan həm İsraillə, həm də İranla diplomatik münasibətləri qoruyub saxlayan nadir ölkələrdəndir. Ancaq münasibətlər hər zaman stabil olmayıb:

"İranın Birinci və İkinci Qarabağ müharibəsində Azərbaycana qarşı sərgilədiyi mövqe, habelə dini elitanın Azərbaycan xalqının milli və demokratik dəyərlərinə yönəlik destruktiv yanaşması bu münasibətlərin soyumasına səbəb olub. Bu səbəblə Azərbaycan zaman-zaman İranla münasibətlərində ciddi gərginliklə üzləşib. 

Bunun bariz nümunələrindən biri də İran tərəfindən səfirliyimizə edilən hücumdur. Əgər bu gün münasibətlər nisbətən normallaşıbsa, bu, ilk növbədə Azərbaycanın yürütdüyü balanslı və soyuqqanlı xarici siyasət nəticəsində baş verib.  

Bildiyiniz kimi, Azərbaycan Xarici İşlər Nazirliyi son gərginlik fonunda rəsmi bəyanatla çıxış etdi və bildirdi ki, Azərbaycan ərazisi İranın vurulması üçün istifadə olunmayacaq. Bu, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan, balanslı və düzgün mövqeyidir.

Bundan başqa, rəsmi Bakı İsrailə çağırış etdi ki, azərbaycanlıların sıx məskunlaşdığı ərazilər hərbi hədəfə çevrilməsin. Bu da diplomatik baxımdan olduqca düzgün və vaxtında verilmiş bir çağırış idi. Təbii ki, İsrail bu çağırışa hansı səviyyədə əməl edəcək  bu, başqa məsələdir. Çünki həmin ərazilərdə hərbi obyektlərin olub-olmaması məsələsi də ayrıca araşdırma tələb edir. Amma Azərbaycanın bu tip çağırışlarla çıxış etməsi regional sabitlik baxımından çox önəmlidir. "  

R.Hafizoğlu vurğulayıb ki, Azərbaycan vasitəçilik missiyasına gəlincə,  Azərbaycan bundan əvvəl də bəzi regional böhranlarda vasitəçi kimi çıxış edib:

"Məsələn, Prezident İlham Əliyev qeyd etmişdi ki, Azərbaycan İsrail və Türkiyə arasında "Mavi Mərmərə" böhranı zamanı vasitəçi olub. Həmçinin Suriyada baş verən bəzi hadisələr fonunda da Azərbaycan bu rolu oynayıb.   

Bu mənada, Azərbaycanın diplomatik potensialı, beynəlxalq imici və hər iki tərəflə münasibətləri onu potensial vasitəçi kimi önə çıxarır. Amma burda əsas məsələ budur: tərəflər, yəni İran və İsrail, Azərbaycanın bu rolda çıxış etməsinə razılıq verərlərmi?

Məncə, bu, çox real deyil. Hazırkı İran hakimiyyəti Azərbaycanın vasitəçi olmasına isti yanaşmayacaq. Digər tərəfdən, əgər İran razılaşsa belə,İsrail, daha doğrusu, ABŞ bu razılığı qəbul etməyə bilər. 

Məsələyə başqa aspektdən baxsaq, Türkiyə, Oman, İtaliya və Norveç kimi ölkələr artıq özlərini mümkün vasitəçilər kimi təklif ediblər. Amma bu da bir sual doğurur ki, əgər münaqişə İsrail və İran arasındadırsa, nə üçün danışıqlarda İsrail yox, ABŞ tərəf kimi qəbul olunur? Cavab sadədir: bu münaqişədə tərəflər əslində ABŞ və İrandır. Çin isə İranın yanında olsa da, hələlik birbaşa mövqe ortaya qoymur.

Yenə də təkrar edirəm ki, Azərbaycanın bu missiyanı üzərinə götürmək üçün bütün diplomatik imkanları və təcrübəsi var. Lakin əsas problem tərəflərin buna razı olmamasıdır. Azərbaycanın diplomatik mövqeyinə gəldikdə, açıq şəkildə deməliyəm ki, bu gün təəssüf doğuran bir məqam var: bir çoxları Azərbaycanın Yaxın Şərq siyasətini haqsız yerə tənqid edir. Guya Azərbaycanın bu bölgədə heç bir siyasəti yoxdur və ya Azərbaycan hadisələrə yalnız İsrail prizmasından yanaşır. Bu isə kökündən yanlış və absurd yanaşmadır.

Əslində Azərbaycanın olduqca düşünülmüş, praqmatik və milli maraqlara əsaslanan bir Yaxın Şərq siyasəti var. Bu siyasət heç bir halda hansısa başqa dövlətin maraqları üzərində qurulmayıb. Azərbaycanın bu istiqamətdə atdığı bütün addımlar sırf öz dövlət maraqlarına söykənir və bu baxımdan olduqca düzgün istiqamətdə qurulmuş siyasətdir. 

Qeyd etmək lazımdır ki, bu gün bir çox ərəb ölkələri, xüsusilə Səudiyyə Ərəbistanı, Qətər və digərləri də eynilə bu cür praqmatik siyasət yürüdürlər. Azərbaycanın bölgədəki siyasəti onların yanaşmalarına bənzəyir və bu, müsbət haldır.

Ən mühüm məsələ isə budur: Azərbaycan bu mürəkkəb və gərgin münaqişə ocaqlarından uzaq durmağı, kənarda qalmağı bacarıb. Əgər biz bu gün Yaxın Şərqdə baş verən münaqişələrin içində deyilsəksə, bu, heç şübhəsiz ki, Azərbaycanın uğurlu və balanslı xarici siyasətinin nəticəsidir".

Səbinə Uğur
"Cebheinfo.az"

Açar sözlər: İsrail İran müharibə Azərbaycan Rufiz Hafizoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 İyun 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see310

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see275

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see271

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see270

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see263

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see260

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see253

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see253

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see248

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see238

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see233

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see224

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see221

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see216

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see216

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see215

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see204

Zoopark 5 milyon manatdan çox gəlir qazanıb

12 Sentyabr 2026 10:32see204

Hər evdə var, amma bu təsirini çoxları bilmir

12 Sentyabr 2026 12:30see204

Neft kəskin ucuzlaşdı

12 Sentyabr 2026 10:14see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri