Icma.az
close
up
RU
MÜHARİBƏNİ BİTİRƏCƏK ÜÇ ŞƏRT Putin niyə nümayişkəranə şəkildə meydandan qaçır?

MÜHARİBƏNİ BİTİRƏCƏK ÜÇ ŞƏRT Putin niyə nümayişkəranə şəkildə meydandan qaçır?

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsini durdurmağa çalışsa da, hələ ki, bu yöndə irəliləyiş əldə edə bilməyib. Bundan öncə ABŞ və Rusiya arasında Ər-Riyadda keçirilən görüş nəticəsiz qaldı. İndi diqqətlər İstanbuldakı danışıqlara fokuslanıb.

Zelenski Türkiyəyə getməklə hamıya mesaj verdi ki, baxın, mən burdayam və biz sülh istəyirik, ancaq Putin ortalıqda görünmür. Zelenski sanki Putini cəngavər döyüşünə çağırır, Putin isə nümayişkaranə şəkildə meydandan qaçır...

Əslində, Putin dünya ictimaiyyətinə özünü sülhsevər kimi göstərmək və Donald Trampa kələk gəlməklə Qərbin yeni sanksiyalarının qarşısını almaq üçün İstanbulda danışıqlar prosesinə razılaşıb. Kreml rəhbərinin gerçəkdən müharibəni dayandırmaq niyyəti olsaydı, İstanbula heç bir çəkisi olmayan Vladimir Medinskinin başçılıq etdiyi nümayəndə heyətini göndərməzdi.


İstanbul görüşündən ümumi deklorativ sözlərdən başqa, hansısa həlledici nəticələrin çıxacağı inandırıcı deyil və bu prosesin inkişaf dinamikası müharibənin uzanacağından xəbər verir.

Ümumiyyətlə, hipotetik olaraq bu müharibənin dayandırılması üç halda mümkündür.

Birincisi, ABŞ və Avropa Ukraynaya böyük həcmdə hərbi yardım göstərsə və eyni zamanda Rusiyaya qarşı real təsiredici sanksiyalar tətbiq etsə. Belə olan təqdirdə Ukraynanın şərtləri ön planda duracaq və daha çox ziyan çəkməkdən qorxan Rusiya həmin tələbləri yerinə yetirmək məcburiyyətində qalacaq. Hələ ki, Qərb dünyası Rusiyaya qarşı sözdə sərt, əməldə isə yumşaq münasibət göstərir. Putin də bunu görür və elə bu səbəbdən də hadisələrin xarakterinə, mövcud vəziyyətə uyğun davranır.

İkincisi, tərəflərdən birinin ağır məğlubiyyətə uğrmasından sonra sülhə gedilməsi qaçılmaz olacaq. Bəs, kimin qalib gəlməsi ehtimalı daha yüksəkdir? Hələ ki, Ukrayna ordusunun Rusiyaya qalib gələcəyinin əlamətləri görünmür, ancaq bu, mümkünsüz də deyil. Əgər Qərb yuxarıda sadalananları edərsə, Ukrayna Silahlı Qüvvələri (USQ) döyüş meydanında rus ordusunu ağır məğlubiyyətə uğrada bilər. Rusiya demək olar ki, hal-hazırda öz potensialından maksimum istifadə edir. Rusiya hərbi komandanlığının strateji planına əsasən Ukrayna şəhərlərinin bütün infrastruktur obyektləri aviasya, ballistik, qanadlı raketlər və zərbə dronlarıyla indiyə kimi çoxdan tamamilə sıradan çıxarılmalıydı.

Buna paralel olaraq Rusiya ordusu ukraynalıları kiçik şəhərlərə çəkməli, küçə döyüşlərində yormalı və onların əsgər resursunu əritməliydi. Rusiya rəhbərliyinin strateji planında üzücü müharibədə Ukraynanın iqtisadi, humanitar və hərbi cəhətdən taqətdən salınması dayanırdı. Lakin Rusiya istədiyinə nail ola bilmədi, çünki Ukrayna dözüm və rəşadət nümayiş etdirməklə yanaışı, Qərbdən maliyyə və silah yardımı alır. Buna baxmayaraq, Rusiya indiki intensivliklə müharibəni davam etdirməkdə maraqlıdır, çünki onlar Ukraynanı gec-tez taqətdən düşürəcklərinə əmindirlər.


Üçüncüsü, Rusiya və Ukrayna bir-birini yorub əldən salandan sonra onların hər ikisi müharibəyə müvəqqəti fasilə verməyə məcbur qalacaqlar. Bu variantı da istisna etmək olmaz.

Yuxarıda sadalananları Qərbdə yaxşı bilirlər və sülhdən danışmaqlarına baxmayaraq, bir çoxları müharibənin uzanmasını istəyirlər. Trampın hərəkətləri və Putinə qaqrşı münasibəti ABŞ-nin müharibəni bitirmək fikrindən uzaq olduğuna dair şübhələr yaradır. Tramp İstanbul görüşündən yayınan Putini ittiham etmək əvəzinə deyib: "Putin və mən görüşməyincə, Ukrayna ilə bağlı yaxşı bir şey olmayacaq".

Belə olan təqdirdə, Ukraynanı İstanbul görüşünə getməyə vadar etmək nəyə lazımdır?

Ukraynada davam edən müharibə həm də Vladimir Putinin strateji cəhətdən deyildiyi qədər də güclü bir siyasətçi olmadığını düşünməyə əsas verir. Güclü siyasətçi heç bir savaş aparamdan, dinc yolla Ukraynanı öz tərəfinə çəkə bilərdi. Bunun üçün Putinin ixtiyarında çox böyük maddi imkanlar və yaxşı fürsətlər vardı. Lakin Rusiya Prezidenti tarixi sələfləri kimi ənənəvi zorakılıq metodundan başqa bir şey bilmədiyini göstərdi. Putin təcavüzkarlığın daha səmərəli olduğunu düşünərək Ukraynanı hərblə özünə tabe etdirməyə girişdi, ancaq zaman onun hesablarını puça çıxardı. Əgər Rusiya hərb yolunu seçmişdisə, Ukrayna ordusunu ən azından bir ay içərisndə məğlub etməliydi, əks halda Ukrayna Silahlı Qüvvələri Qərbin yardımları ilə güclənəcəkdi və Moskvanın şərtləri heç bir əhəmiyyət daşımayacaqdı, necə ki, indi məhz bu baş verir...

2022-ci il fevralın 24-dən indiyədək Rusiya ordusunun işğal etdiyi ərazilər qələbənin meyarı sayıla bilməz, bunu Putin də dərk edir. Qələbə yalnız rəqib ordunun məhvindən sonra mümkündür. Beləliklə, Rusiya Ukrayna ordusunu sındırmağı bacarmadığından müharibə uzanır. Rusiya işğal etdiyi ərazilərin beynəlxalq səviyyədə hüquqi statusunu öz leyhinə həll etməyincə, qələbə barədə danışmaq axmaqlıqdır. Hazırda danışıqlar prosesinə razılıq verməyə məcbur qalmış Rusiya Prezidenti müharibənin dayandırılması barəsində yox, qələbə haqqında düşünür.

Bəzi analitiklərin fikrincə, Rusiya Ukraynada zəbt etdiyi əraziləri legitmləşdirmək üçün Baltik ölkələrinə hücüm planlayır. Ancaq Rusiya Ukraynadakı müharibəni öz leyhinə həll etmədən Baltik dövlətlərinə niyə təcavüz etsin ki?

Belə hesab olunur ki, ABŞ və Avropa Baltik ölkələrini Rusiyanın cayanğından qurtarmaq üçün Ukraynada Rusiyaya böyük güzəştlərə getmyə məcbur olacaq. Ancaq bu, çox radikal ssenaridir və Rusiya üçün böyük risk daşıyır. Unutmayaq ki, Ukraynadakı müharibə artıq ABŞ və Avropanın nəzarətinə keçib, bunu ancaq siyasi korlar görməyə bilər...

Vaqif Nəsibov

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 May 2025 08:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri