Icma.az
close
up
RU
Məktəb rəhbərliyinə 5 illik limit qoymaq təhsildə yanlış istiqamətdir Ekspertdən ETİRAZ

Məktəb rəhbərliyinə 5 illik limit qoymaq təhsildə yanlış istiqamətdir Ekspertdən ETİRAZ

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

"Məktəb rəhbərliyinə 5 illik limit qoymaq təhsildə idarəetmənin mahiyyətini anlamaqda yanlış istiqamətdir. Problem müddətdə deyil, seçim mexanizmindədir. Əgər rəhbər vəzifəyə peşəkar, liderlik keyfiyyətlərinə malik, idarəetmə bacarığı formalaşmış şəxs gətirilirsə, o zaman onun fəaliyyətinin davamlılığı məktəbin inkişafı üçün üstünlükdür. Təhsil bir sahədir ki, burada təcrübə illərlə cilalanır, liderlik isə praktikada formalaşır".

Redaktor.az xəbər verir ki, bu fikirləri təhsil eksperti özünün feysbuk hesabında yazıb.

"Təhsil tədqiqatçısı Maykl Fullan yazırdı: “Yaxşı məktəb direktoru təkcə idarəçi deyil, o, öyrənən təşkilatın mədəniyyətini yaradan liderdir. Belə liderlər zamanla yetişir, göstərişlə yox, təcrübə ilə formalaşır.”

Eləcə də UNESCO-nun “Educational Leadership and School Management” hesabatında qeyd olunur ki, “direktorun uğuru illərlə qurulan etimada, komanda ruhuna və sistemli inkişaf planına əsaslanır.”

Bugünkü reallıqda məktəb direktorlarının üzərinə düşən inzibati yüklər, hesabatçılıq, formal yazışmalar onları strateji lider olmaqdan uzaqlaşdırır. Halbuki keyfiyyətin monitorinqi cəza yox, inkişaf aləti olmalıdır. Direktorun fəaliyyəti 1, 3 və 5 illik mərhələlərlə formativ şəkildə dəyərləndirilsə, bu həm şəffaf, həm də inkişaf yönümlü sistem yaradar. Təəssüf ki, hazırda aparılan monitorinqlər əsasən rəqəmlərə əsaslanır, halbuki təhsil keyfiyyəti rəqəmlərdə deyil, insan faktorunda gizlidir.

Finlandiyalı pedaqoq Pasi Sahlberg yazır: “Təhsildə ən vacib islahat insana investisiyadır. Əgər rəhbərləri dəyişməklə yox, onları inkişaf etdirməklə məşğul olsaq, nəticə qalıcı olar.”

Uzun illər məktəb idarəetməsində təcrübə qazanmış, kollektivlə güvən əlaqəsi qurmuş direktorları sistemdən uzaqlaşdırmaq yox, onların modelini gənc rəhbərlərə örnək kimi təqdim etmək lazımdır. Təhsildə keyfiyyət müddətlə ölçülmür — keyfiyyət insanla, liderliklə və ardıcıl dəstəklə ölçülür. Elm və Təhsil Nazirliyinin diqqəti rəhbərlərin sayına deyil, keyfiyyətinə yönəltməsi təhsil sisteminin sabitliyinə və inkişafa ən böyük töhfə olacaq".

Xədicə BAXIŞLI 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Oktyabr 2025 22:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri